Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 Milli məhsullarımız xarici bazarlarda

 

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq son illər ölkəmizin hər bir sahəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Bu istiqamətdə iqtisadiyyatın əsas prioritetlərindən sayılan sahibkarlığın inkişafı da göz qabağındadır. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlara güzəştli kreditlərin verilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan rəqabət qabiliyyətli layihələrin reallaşdırılması, əhalinin müxtəlif təbəqələrinin sahibkarlıq fəaliyyətinə cəlb olunması bu sahəyə dövlət dəstəyinin bariz göstəricisidir.

“Az-Granata” şirkəti də geniş çeşidli məhsul istehsalına malik sahibkarlıq subyektlərindən biridir. Cənubi Qafqazın ən böyük istehsalçılarından olan şirkət dünyanın 10-dan artıq ölkəsinə məhsul ixrac edir.

 2011-ci ilin avqust ayından fəaliyyətə başlayan “Az-Granata” şirkətinin mərkəzi  Ağsuda yerləşir. 8.8 hektar ərazini əhatə edən zavodun örtülü əsas sahəsi 20500 kvadratmetr, istehsalat sahəsi 15000 kvadratmetr,  örtülü köməkçi sahəsi isə 5500 kvadratmetrdir. Zavod ətrafı 24000 kvadratmetr ərazidə yaşıllaşdırma işləri həyata keçirilmişdir. Zavodun su ehtiyacının qarşılanması məqsədilə 6 artezian quyusu istifadəyə verilmişdir ki, bununla da günlük 700-800 ton su təmin edilir. Zavodun 1000 ton su ehtiyatı və saatda 40 ton suyu təmizləyə bilən su filtri də mövcuddur. 2 ədəd 2000 kV-lıq transformator, 1 ədəd 1750-lik generator, 800 kV-lıq UPS sistemi və 7 km elektrik xətti ilə təmin olunmuş zavod daxili havasını saatda 10-15 dəfə dəyişəcək havaladırma sisteminə də malikdir. Zavodun kanalizasiya xəttinin uzunluğu 8000 metrdir. Hazırda 180 nəfərlik kadr potensialına malik zavodun gələcəkdə 350 nəfəri işlə təmin edəcəyi də planlaşdırılır. Zavod şirə və şərab istehsalat sexləri, 5 mərtəbəli inzibati bina və ziyarətçilərin qonaqlaması üçün 3 mərtəbəli və 13 qonaq otaqlı otel binasından ibarətdir.

 “Az-Granata” şirkəti istehsal prosesində əsasən ən son və modern  texnologiyalardan istifadə edir ki, bu avadanlıqlar da əsas olaraq Almaniya, İçveçrə, İtaliya, Bolqarıstan və Fransa kimi ölkələrdən alınır. Zavod daxilində mövcud olan analiz laboratoriyasında məhsulun kimyəvi və mikrobioloji, ləzzət, dad,  aroma, görüntü və satışa uyğunluğunu müəyyənləşdirən lazımi təhlillər aparılır, məhsulun həm gigiyenik, həm də  digər standartlar baxımından uyğunluğu təmin edilir.

Zavodda istehsal kompleksinin əsas bölmələrinə:

- çəyirdəkli, çəyirdəksiz və tumlu meyvələrin emalı texnologiyalarının daxil olduğu meyvələrin ilkin emalı sexi;

- qısamüddətli, yüksək temperaturlu sterilizasiya üçün pasterizə edicilər, aseptik saxlama çənlərinin daxil olduğu yarimfabrikatların aseptik saxlanması sexi;

- su və şirələrin hazırlanması sexi;

- məhsulların və yarımfabrikatların müxtəlif şüşələrə və aseptik qablaşdırmalara tökülməsi sexi;

- şirələrin karton paketlərə tökülməsi sexi;

- xammalın, yarımfabrikatların və məhsullların keyfiyyət nəzarəti üçün laboratoriya daxildir.

3 ədəd meyvə şirəsi üçün və 1 ədəd şərab üçün cəmi 4 ədəd qablaşdırma xəttinə malik olan zavodda 1 l, 750 ml və 200 ml-lik şüşə qablaşdırma üçün 1 ədəd qablaşdırma xəttində meyvə şirəsi və nektarı pasterizə edilərək qablara doldurulur. 1 l-lik və 200 ml-lik Tetra-Pak xəttində isə hər biri üçün 1 ədəd qablaşdırma xəttində meyvə şirəsi və nektarı pasterizə edilərək qablaşdırılır.  Burada 16 növ meyvə şirəsi istehsal edilərək 50 ədəd şərti qablarda istehlakçıya təqdim  olunur. İstehsal gücü saatda 12 ton meyvə şirəsi və 3 ton şərab olan zavod saatda 20 ton meyvə qəbulu gücünə malikdir.  Zavodun illik istehsal gücü 50000 ton meyvə şirəsi və ya 65 milyon şərti qabdlaşdırmadır. Meyvə qəbulu sexi üzüm, nar, alma, armud və heyva çeşidləri üçün uyğundur. Bu sexdə meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, istənməyən mikrorqanizmlərin öldürülməsi, aseptik çəndə saxlanılması və qatılaşdırılaraq konsentrat hala gətirildikdən sonra aseptik çənə doldurulması mərhələləri həyata keçirilir. Zavodda 2 milyon litrlik hazır məhsul anbarı da mövcuddur.

“Az-Granata" zavodunun səlahiyyətində həmçinin 300 hektarlıq orqanik nar bağı və 500 hektarlıq orqanik üzüm bağı var. Şirkətin istehsal kompleksi saatda 7000 ədəd 1 litrlik tetrapak, saatda 9000 ədəd 200 ml tetrapak, saatda 4000 ədəd 1 litrlik şüşə qablaşdırlmalı şirə istehsalı üçün nəzərdə tutulub.

Şirkətdə şirə istehsalı üçün əsasən toxumlu və çəyirdəkli meyvələrin, sitrus meyvələrinin və giləmeyvələrin müxtəlif növlərindən istifadə olunur. Şirkət “Vita1000” adı altında tetrapak və şüşə qablaşdırmalarda istehlakçılara nar, alma, qara qarağat, portağal, armud, çiyələk, ərik, üzüm, ananas, banan, şaftalı, çaytikanı, albalı, ağ gilas, böyürtkən, yemişan, moruq, feyxoa və digər meyvələrin şirə və kompotlarını təlkif edir. “Az-Granata” şirkətinin məhsulları sırasına  öz dadı və faydalı xüsusiyyətləri ilə seçilən, həmçinin Azərbaycanın meyvə şirələri bazarında yeni məhsul olan “+more” şirələri də daxildir. “+more” şirələri də müxtəlif meyvə çeşidlərindən hazırlanaraq tetrapak və şüşə qablaşdırmalarda istehsal olunur.

İstehsal etdiyi şərab çeşidləri ilə Azərbaycanın şərab sektorunda özünəməxsus yer tutan “Az-Granata” klassik və ən yeni innovativ texnologiyalardan istifadə edir. Yüksək keyfiyyətli üzüm növlərindən hazırlanan şərablar xarici bazarlara da çıxarılır. Zavodun şərab xəttində Qırmızı Kəmşirin, Qırmızı Kəmturş və Ağ Turş növləri üzrə “Kəhrəba”, “Səyyah”, Rübai”, “Bellus”, “Qaragöz” adı ilə şərablar istehsal olunur. Nar və üzüm ehtiyatı isə şirkətə məxsus 700 hektar bağlardan təmin edilir. Bağlarda Rkasiteli və Saperavi texniki sortları ilə yanaşı, süfrə üzümü də yetişdirilməkdədir. Zavodun gələcək meyvə ehtiyacını təmin etmək üçün 1000 hektar bağ salınması da planlaşdırılır.

“Az-Granata” şirkəti həmçinin öz məhsullarını yalnız yerli  deyil, həm də xarici bazara təqdim edir. Belə ki, zavod ilk dəfə 2011-ci ilin noyabr ayında nar şirələrini Almaniyaya ixrac etmişdir. Sonralar Avstriya, İngiltərə, Çexiya, Polşa, Rusiya, ABŞ, BƏƏ, Macarıstan və Qazaxıstan kimi ölkələrə də nar suyu və konsentratını ixrac edən şirkət hazırda məhsullarını dünyanın müxtəlif ölkələrinə ixrac etməkdədir.

Şirkət zəngi məhsul çeşidləri və keyfiyyətli fəaliyyətinin nəticəsi olaraq bir sıra sertifikatlara da layiq görülmüşdür.  Bunlara Bio Certificate for the EU, USDA organic for the U.S.A., Kosher Certification, İSO 22000-2005 Food safety, Management System, İSO 9001-2008 Quality management System və Halal Certification daxildir.

Zavodun Ağsu şəhərində öz məhsullarından ibarət mağazası da fəaliyyət göstərir ki, bu da firmanın öz məhsullarını istehlakçılara daha tez bir zamanda  çatdırması, həmçinin onları sərgiləmək imkanı baxımından əlverişlidir.

Zavodun geniş çeşiddə məhsullarının təqdim olunduğu mağazanın əsas özəlliklərindən biri isə şirkətin yerli bazarda olmayan ixrac məhsullarını da alıcılara təqdim etməsidir. Belə məhsullardan biri kimi Rusiyada məşhur olan “Leyli” nar suyunu qeyd etmək olar.

Dünyanın bir çox ölkəsinə yerli məhsullarımızı ixrac etməklə Azərbaycan iqtisadiyyatına töhfə verən şirkət həm də milli meyvələrimizin keyfiyyət və əvəzolunmazlığını da nümayiş etdirməkdədir.

 

Mətanət Hüseynova