Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Bank kredit təşkilatları KİV-lə sıx əməkdaşlıq edir

 

Bu  günlərdə Mətbuat şurasında  Azərbaycanın bank-kredit sektorunun nüfuzlu təmsilçilərindən olan «Kred Aqro» Bank Olmayan Kredit Təşkilatının və Zərdabi Mətbuat Mərkəzinin  birgə layihələri çərçivəsində   «Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələr təcrübəsi, mövcud durum və həllini gözləyən vəzifələr» mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə giriş nitqi ilə Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə çıxış edərək: "Layihəmiz hər iki tərəf üçün önəmli bir ilə təsadüf edib.  Burada yalnız Milli Mətbuatımızın yaranmasının 140 illik yubileyini nəzərdə tuturam. Dekabrın  25-də ölkəmizin öncül jurnalist təşkilatlarından olan Zərdabi Mətbuat Mərkəzinin 10 yaşı tamam  oldu", - deyə bildirmişdir.

R.Hüseynzadə əlavə edərək demişdir: "Zərdabi Mətbuat Mərkəzi məhz bunları nəzərə alaraq media ilə sıx əməkdaşlığa görə «Kred Aqro» BOKT-nın Müşahidə Şurasının sədri cənab  Douqlası L.Leavensi və İdarə Heyətinin  sədri  cənab Məcid Əsədovu diplomu ilə mükafatlandırılıb. Xahiş edirik ki, buyursun… Digər mükafatlar isə sizlərin də iştirakı  ilə sahiblərinə təqdim olunacaq.

Hər iki təşkilat dörd ildir əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, bu, medianın bank-kredit sektoru ilə ən uzunmüddətli birgə layihəsidir. Digərlərinin ömrü çox vaxt 4-5 aya catmayıb. Ölkədə qarşılıqlı etimada, yaradıcı, təşəbbüskar fəaliyyətə əsaslanan birgə fəaliyyətin mümkünlüyü praktikada sübut olundu.

Görülən tədbirlər bank-kredit sahəsinin ölkənin müntəzəm yayımlanan, ictima fikrə təsir göstərən KİV-ində sahənin daha aktiv və peşəkarlıqla işıqlandırılmasını  tendensiyaya çevrilib".

Sonra o, bu sahədə statistik rəqəmləri diqqətə çatdırmışdır. Birgə əməkdaşlığa başlanan 2012-ci ilin aprelində monitorinq aparılan, ölkənin müntəzəm  yayımlanan, ictimai fikrə təsir göstərən 24 qəzetində cəmi 118, 7 informasiya agentliyində 82 belə  yazı təqdim edilmişdisə, dekabrda bu rəqəmlər müvafiq olaraq qəzetlərdə 307-yə, informasiya agentliklərdə 455-ə çatdı. Müqayisə üçün deyim ki, 2013-cü ildə 31 KİV-də mövzuya dair 8840  material yayımlanmışdırsa, 2014-cü ilin cəmi 9 ayında bundan çox yazının təqdimatı (9874) qeydə  alınıb.

2014-2015-ci illərin 10 ayının (fevral-noyabr) müqayisəsi də inkişaf tempinin davamını göstərməkdədir. Belə ki, həmin müddətdə monitorinqi aparılan 31 KİV-də ümumilikdə 647-dən çox  materialın verildiyi (11655-11098) qeydə alınıb. Ölkədə mart ayından sonra bank-kredit sektorundakı yaşantılar da informasiya axınına təsirsiz qalmayıb. Lakin əvəzində KİV-imizdə maarifləndirici yazılara meyil güclənib. Əslində, layihələrimizin əsas məqsədlərindən biri də budur.  Doğrudur, yazıların müəyyən qismində təhlildən çox konfliktologiya meyilləri qabarıq  nəzərə çarpır. Hər halda, demokratik cəmiyyətdə yaşadığımızdan bunu məqbul saymalıyıq. Çünki  oxucu özü üçün həqiqətləri mənbələrin, məxəzlərin müqayisəsində müəyyənləşdirir.

2104-cü ilin 10 ayında qəzetlərdə 32, informasiya agentliklərində 1 maarifləndirici yazı  verilmişdisə, 2015-ci ilin müvafiq dövründə yazılı mətbuatda bu rəqəm 290-a, informasiya  agentliklərində isə 10-a çatıb. «İqtisadiyyat» 38, «Bakı xəbər» 30, «Ekspress» 27, «Həftə içi» 24 maarifləndirici material dərc edib. İnformasiya agentliklərindən «Milli.az»  8, «Gün.az», «Salamnews.orq» bu janrda 1 material yayımlayıblar.

Analitik yazılara gəldikdə isə bu il ümumilikdə 1066 material təqdim olunub ki, burada birinciliyin «İqtisadiyyat» qəzetinə məxsusluğu təəccüb doğurmur. «Bakı xəbər», «Yeni Müsavat», «Bizim yol», «Mövqe», «Ekspress», «Həftə içi», «Azərbaycan» qəzetləri də analitik yazılarla oxucularını bilgiləndirmək missiyasının öhdəsindən məharətlə gəliblər.

Xəbər məkanında qəzetlərdə ilk üçlük «İqtisadiyyat», «Bakı xəbər», «Həftə içi»nə, informasiya  agentliklərində isə «APA»-ya, Azərbaycan Dövlət İnformasiya Agentliyinə və «Trend» İnformasiya Agentliyinə məxsusdur.

«Dəyirmi masa»da «İqtisadiyyat» qəzetinə də  mükafatlar təqdim olunub.