Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 AZƏRBAYCANIN "ŞİMAL QAPISI" QUSAR YENİLƏŞIR VƏ MÜASİRLƏŞİR

 

Azərbaycanda regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər Qusar rayonunun da sosial-iqtisadi cəhətdən inkişafına təkan vermiş, illərlə mövcud olmuş bir çox məişət, kommunal və sosial problemlərin aradan qaldırılması üçün  iri həcmli layihələr  həyata keçirilmişdir. Qusar rayonunun iqtisadiyyatının inkişafını əks etdirən nəticələrin təhlili də göstərir ki, ötən illərdə olduğu kimi bu ildə də  rayonun əsas iqtisadi göstəricilərində artım qeydə alınmış, sənaye məhsullarının (xidmətlərin) həcmi 24,3%, kənd təsərrüfatında ümumi məhsul istehsalı 15,8%, pərakəndə əmtəə dövriyyəsi 10,4%, əhaliyə göstərilən pullu xidmətlər 10,6%, poçt və rabitə xidmətlərinin həcmi 15,8% artmışdır. Rayonun yerli gəlirlər proqnozu 4539,0 min manata qarşı 4574,6 min manat və ya 100,8% icra olunmuşdur. Rayonun yerli xərclərinin dəqiqləşdirilmiş məxaric proqnozu isə 17.386,2 min manata qarşı 15331,4 min manat və ya 88,2% icra olunmuşdur. 2015-ci ilin  ümumi xərclərinin 66%-i əmək haqlarının, pensiya və müavinətlərin, 34%-i isə sair xərclərin ödənilməsinə yönəldilmişdir.  Son illərdə respublikamızda, o cümlədən Qusar rayonunda sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Rayon İcra Hakimiyyəti bu sahənin inkişafı üçün bütün imkan tədbirlərini həyata keçirmişdir. Belə ki, 2014-cü ildə rayonda fəaliyyət göstərən sahibkarların 40 layihəsinə 6512,5 min manat, cari ildə  23 layihəyə 2835,5 min manat güzəştli kredit ayrılmış və bu layihələrin həyata keçirilməsi nəticəsində 73 yeni iş yeri açılmışdır. Ümumilikdə, 2014-cü ildə 509, 2015-ci ildə  628 yeni iş yeri açılmışdır.

Qusar rayonun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafının  dəstəklənməsi məqsədilə fermer və sahibkarlara güzəştli şərtlərlə 28 baş cins iribuynuzlu mal və 631 ton mineral gübrə verilmişdir. Bu il də əkilmiş buğda sahələrinə görə 5043 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 661,1 min manat, əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə 8020 nəfərə 413,5 min manat subsidiya ödənilmişdir.

Həmçinin, kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində görülən tədbirlər rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına müsbət təsir göstərmişdir. Belə ki, 01 iyul 2015-ci il tarixə olan statistik məlumata görə, bütün təsərrüfat kateqoriyaları üzrə bu il də təsərrüfatlarda 28623 hektar sahədə dənli və dənli paxlalılar biçilmiş, həmin sahələrdən 60014 ton məhsul yığılmış və orta məhsuldarlıq 21,0 sentner təşkil etmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4269 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq keçən ilə nisbətən 3,7 sentner çox olmuşdur. Biçilmiş  18132  hektar buğda sahəsindən 36790 ton, 10208 hektar arpa sahəsində 22656 ton məhsul toplanmışdır.  2015-ci ildə rayondan, eyni zamanda, 24947 ton kartof, 16046 ton tərəvəz, 839 ton qarğıdalı və 9449 ton meyvə yığılmışdır. Həmçinin, 3472 ton ət, 22044 ton süd, 7 milyon 135 min ədəd yumurta və 138,2 ton yun istehsal edilmişdir. Rayonda gələn ilin məhsulu üçün 5397 hektar sahədə payızlıq şum  sürülmüş, 705 hektar buğda və 130 hektar arpa əkilmişdir.

Əhalinin içməli su və  suvarma  təminatının yaxşılaşdırılması məqsədilə daha bir layihənin Urva kəndində həyata keçirilməsinə başlanılmışdır. Belə ki, kəndin yuxarı hissəsində suyun çatışmazılığı poblemi nəzərə alınaraq Cağar-Cibir kanalı üzərində nasos stansiyası tikilməklə, 606 metr boru xətti və 2750 metr arx çəkilməklə suyun kəndin su anbarına çatdırılması üçün tikinti işlərinə  başlanılmışdır.

Qusar rayonunun 2015-ci il üçün rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış “İnkişaf Planı”na uyğun olaraq, bir çox sahələrdə, o cümlədən abadlıq-quruculuq sahəsində bir sıra işlər görülmüş və bu işlər hazırda da davam etdirilir.

 Qusar rayonunun elektrik enerjisi ilə təminatı sahəsində də son aylarda müəyyən irəliləyişlər müşahidə olunur. Belə ki, müxtəlif kəndlərdə 10 kv-luq HEVX-də ümumilikdə 335 ədəd, o cümlədən Kuzunqışlaq və Cağarqışlaq kəndlərini elektrik enerjisi ilə təmin edən 10 kv-luq xətlərdə 200 ədəd istismara yararsız dayaq yeniləri ilə əvəz edilmiş, 10 və 6 kv-luq HEVX-də 155 ədəd dayaq təmir olunmuş, 443 ədəd dəmir dayaq korroziya qarşı boya ilə rənglənmiş, 15,3 km naqil yenisi ilə əvəz edilmiş, 22,4 km məsafədə sallanmış naqillər dartılmış, 2 km məsafədə xəttaltı ağacların budanılması işləri görülmüş, 155 ədəd sayğac yeniləri ilə əvəz edilmişdir. Şəbəkədə aparılan yenidənqurma işləri ilə əlaqədar 16 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 14930 metr SİP kabel xətti çəkilmişdir. Cağarpalasa kəndində 1 ədəd əlavə transformator quraşdırılmış, Yeni Həyat, Kuzun, Balaqusar və Yuxarı Zeyxur kəndlərində sıradan çıxan transformatorlar yeniləri ilə əvəz edilmişdir.

Qusar rayonunda yaşayış məntəqələrinin qazlaşdırılması və abonentlərin təbii qazla təminatında olan problemlərin aradan qaldırılması sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, bu dövrdə Əcəxuroba və Suduroba kəndlərinin qazlaşdırılması işləri başa çatdırılaraq həmin kəndlər təbii qazla təmin edilmiş və daha 10 kəndin qazlaşdırılması sahəsində işlər hazırda davam etdirilir.

Qaz təminatının yaxşılaşdırılması məqsədi ilə Qusar rayonunda ümumilikdə müxtəlif diametrli  1775 metr, Köhnə Xudat Qazmalar kəndində 300 metr yeni qaz xəttləri çəkilmiş, rayon ərazisində istismar müddəti bitmiş 70 ədəd QTŞ yeniləri ilə əvəz edilmişdir. 2015-ci ildə rayonda 410 fərdi evə təbii qaz verilmiş,  150 ədəd məişət qaz sayğacı yeniləri ilə əvəz edilmiş, 88 ədəd məişət qaz sayğacı həyətlərdən küçəyə çıxarılmışdır. Abonentlər tərəfindən istehlak olunan təbii qazın ödənişi son 4 ayda əvvəlki aylarla müqayisədə xeyli artmışdır. Belə ki, son 4 ayda ümumi ödəniş faizi müvafiq olaraq 300% (3 dəfə), 126,8%,124,3% və 135,0% təşkil etmiş, o cümlədən əhali abonentləri üzrə ödənişlər son 4 ayda müvafiq olaraq 163,6%, 145,1%, 153,4% və 134,0% olmuşdur.

Bütün bunlarla yanaşı, qeyd edilməlidir ki, Qusar şəhərinin mərkəzi küçələrindəki qaz xətləri həm texniki cəhətdən və həm də mənəvi cəhətdən bu günün tələblərinə cavab vermir və bu gün şəhərdə aparılan abadlıq işlərinə nəinki uyğun gəlmir, hətta görülən bu işlərə və şəhərin ümumi görkəminə xələl gətirir.

Rabitənin səviyyəsinin yüksəldilməsi məqsədilə şəhər və  kənd yerlərində istismara yararsız vəziyyətdə olan 30000 metr kabel xətləri yeniləri ilə əvəz olunmuş, 36000 m yeni FO kabel xətləri çəkilmiş, 15  ədəd dəmir, 70 ədəd ağac dirək yeniləri ilə əvəz edilmiş və 71 ədəd dirək təmir edilmiş, çayın sağ sahili yaşayış massivində 304 nömrəlik yeni EATS istifadəyə verilmişdir. 9 ayda 6 provayderin ümumilikdə 1155 portu genişzolaqlı internet xidmətinə qoşulmuş və beləliklə 9 ayda rayon üzrə internetə qoşulmuş  abunəçilərin sayı  da buna uyğun 1155 olmuşdur.  Bu ildə kənd EATS-də əlavə avadanlıq quraşdırılaraq 800 port artırılmışdır. Şəhər və kəndlərdə əlavə olaraq 9800 metr müxtəlif növ kabellər çəkilmiş və 12 abunə qutusu quraşdırılmış, 17 abunə qutusu yeniləri ilə əvəz edilmişdir.  2015-ci ildə Qusar rayonunda 95 ədəd, kənd yerlərində 236 ədəd olmaqla cəmi  331 ədəd yeni telefon çəkilmişdir.

Əhalinin içməli su ilə təminatının və çirkab suların axıdılması xidmətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində rayonun 5 yeni yaşayış massivində və 7 mərkəzi küçədə kanalizasiya və su xətlərinin çəkilməsi işləri başa çatdırılmış, digər küçələrdə bu işlər davam etdirilir. Podratçı təşkilatlar tərəfindən ümumilikdə 80,9 km-lik kanalizasiya xətti, 50,0 km-lik su xətti, 3739 metr ev birləşmə xətləri çəkilmiş və evlərin qarşısında  3124 kanalizsiya quyusu tikilmişdir. Yasab kəndində içməli su təminatının yaxşılaşdırılması məqsədilə Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə “Ot kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardımı Proqramı” çərçivəsində 9 km-lik ana su xətti olmaqla 13 km-lik su xətti çəkilmiş, 50 tonluq su anbarı və 2 supaylayıcı tikilib istifadəyə verilmişdir. Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün daha bir layihənin həyata keçirilməsinə hazırlıq işləri görülür. Bu layihə çərçivəsində rayon İcra Hakimiyyəti 15 kənddə su təmizləyici qurğuların quraşdırılması üçün lazımı sənədlər hazırlanmış, kənd bələdiyyələri tərəfindən  həmin qurğuların tikintisi məqsədilə torpaq sahələri ayrılmışdır.

Qusar rayonunda təhsil müəssisələrinin  maddi-texniki təchizatının möhkəmləndirilməsi sahəsində də müəyyən  işlər görülmüşdür. Hazırda  Hil  kəndində 720 şagird yerlik məktəbin tikintisi davam etdirilir. 55 yerlik Kiriq kənd Körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır. 2015-ci ildə 937 nəfər orta məktəbləri bitirmiş, onlardan 475 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, bu da ümumi məzunların sayına nisbətdə 50,7% (2014-cü ildə 46,3%) təşkil edir. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının xətti ilə  keçirilən qəbul imtahanlarında iştirak etmiş abituriyentlərdən 157 nəfəri, fərdi qaydada xarici dövlətlərin ali təhsil müəssisələrinə imtahan vermiş məzunlardan 34 nəfəri (cəmi 191 nəfər, 40%) (2014-cü ildə 156 nəfəri (35%) ali məktəblərə qəbul olmuşdur. Təqdirəlayiq haldır ki, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayında da ötən illərlə müqayisədə artım müşahidə edilir. Belə ki, 2012-ci ildə 500-dən yuxarı bal toplayan abituriyentlərin sayı 5 nəfər idisə, 2015-ci ildə bu rəqəm 31 nəfər olmuşdur. 2015-ci ildə ali məktəbə qəbul olanların 55%-i, yəni 191 nəfərdən 105 nəfəri şəhər orta məktəblərinin, qalan 86 nəfər isə digər 34 məktəbin payına düşür.

Qeyd olunanlarla yanaşı, ötən müddət ərzində “Kənd investisiya layihəsi” çərçivəsində Balaqusar kəndində ümumi uzunluğu 4,6 km, Yasab kəndində 6,6 km, Piral kəndində 6,3 km uzunluğunda kənddaxili yollar təmir edilmiş, Balaqusar  kəndində 6 otaqdan ibarət ümumi sahəsi 117 m2 olan tibb məntəqəsi tikilib istifadəyə verilmiş, Gedəzeyxur kəndində 4,8 km-lik su xətti çəkilmiş, 1 ədəd 25 tonluq su çəni qoyulub, 1 bulaq tikilmişdir. Xürel kəndində 4,9 km-lik su xətti çəkilmiş, 1 ədəd 30 tonluq su çəni qoyulmuşdur. Bu kəndlərdə işlər davam etdirlir. Növbəti ildə Avaran, Aşağı İmamqulukənd, Bədişqala kəndlərində su xətlərinin çəkilməsi, İmamqulukənd uşaq bağçasının təmiri və digər layihələrin həyata  keçirilməsi nəzərdə tutulur.

Qusar rayonunda müxtəlif sahələrdə aparılan təqdirə layiq işlərə, mövcud problemlərin aradan qaldırılmasında müəyyən nailiyyətlərin əldə edilməsinə baxmayaraq, müəyyən sahələrdə çatışmazlıqlar mövcuddur və yaxın gələcəkdə bu problemlər də öz həllini tapacaqdır.

 

Nailə Cabbarova