Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Reklamın anatomiyasına və substansional mexanizminə dair

 

Biliyi başqa insanlarla ünsiyyətdə ya bilavasitə, ya da rabitə kanalları – kitablar, mətbuat, radio, televiziya, internet və s. vasitəsi ilə  almaq olar.  Deyilən növ biliklərin daşıyıcısı olan bəzi xəbərlər reklam halını alır.

Heç kimə sirr deyil ki, hazırda reklam bəzi hallarda zəhlətökən, təngəgətirən, bezikdirən milçəyə bənzəyir ki,   bu zaman onu uzaqlaşdırmaq üçün "qolların" yorulur. İnsanlar jurnallarda parlaq müşayiət olunan mətinli illüstrasiyaları artıq görmək istəmirlər, qəzetlərdə, nəqliyyatda, küçə afişalarında rəngli elanlara etinasız yanaşırlar, televiziya kanallarında reklam gedən kimi pult vasitəsilə  digər kanallara çevirirlər, «spam»dan (ing.spam –  reklam  və digər məlumatların kütləvi göndərilməsi) şikayət edirdər və s.

Buna baxmayaraq, reklam həyatımıza o qədər daxil olmuşdur ki, müasir dünyanın mənzərəsini reklamsız təsəvvür etmək praktiki cəhətdən qeyri-mümkündür.

Əgər elm və mədəniyyətin nailiyyətləri, ixtiralar gizli saxlanılsaydı, müasir dünya daha yaxşı olardı. Onda  reklam, çox güman ki, mövcud olmazdı. Nəyə görə? Sosial  yönümlü reklamsız hər hansı səviyyədə  seçkini necə təsəvvür edirsiniz?

Reklamın mahiyyətini izah etməzdən əvvəl onun haqqında müxtəlif peşə  sahiblərinin sentimental fikirləri, düşüncələri ilə tanış olmaq  maraqlıdır.

Polşalı satirik Henrik Yaqodzinskinin fikrincə, «Reklam ticarətin mühərrikidir: yüzlərlə insan hərəkət edir,  bir nəfər ticarət edir».

Kanada kulturoloqu Marşalı Maklyuen müasir dövrdə reklama fenomenal hadisə kimi yanaşır: «Reklam XX əsrin ən böyük incəsənətidir".

M.Maklyuenin reklam haqqında digər bir fikri də maraqlı səslənir: «Bütün reklamlar yaxşı xəbərlərdir».

Amerikalı huquqşünas və yazıçı Uilyam Orvil Duqlas reklamı daha da ideallaşdırır: «Reklamda  millətin idealları görünür».

Fin yazıçısı Martti Parni reklama bir qədər  fərqli münasibət bildirir: «Reklam insanları ehtiyacları  ödəməyə məcbur edən elə vasitədir ki, onun haqqında insanlar əvvəllər eşitməmişlər».

ABŞ-ın reklam biznesinin tanınmış xadimi Eldar Şoaff reklama şişirdilmiş tərif verir: "Reklam yazını, həqiqətən də, bütövlükdə yalan etməyi bacaran sənətdir".

Digər amerikalı satirik Uill Rocers reklamın əhəmiyyətini belə izah edir: «Bir reklam elanı qırx baş məqalədən üstündür».

İngilis publisisti Siril Nortkot Parkinson reklama bir qədər abstrakt yanaşır: «Heç bir  reklam satılması mümkün olmayanı sata bilməz».

Fantastika janırı üzrə yazıçı Herbert C.Yells reklama qəribə tərif verir: «Reklam qanuniləşdirilmiş yalandır». Mütəxəssislər haqlı olaraq, reklamı "ticarətin mühərriki» adlandırırlar. Hələ vaxtı  ilə ABŞ-ın ən varlı və nüfuzlu adamlarından biri hesab edilən C.Rokfeller demişdir: «…biznesdə iki şey var ki, onlara çəkilən xərclərdə heç bir qənaətə yol vermək olmaz. Bunlar reklam və sığortadır».

Corc Oruell reklamı obrazlı şəkildə,  «Donuzları cəlb etməkdən ötrü çirkli su ilə ləyəni döyən çömçənin çıxardığı səs-küylə müqayisə edir».

Məşhur alman iqtisadçısı H.Şvalbe qeyd edirdi: «…əgər biz reklamı məcbur edirik ki, o bizə xidmət  etsin, onda reklamın fenomenini dərk etmək vacibdir. Ən azı, biz bilməliyik ki, reklam özü nədir? Əgər  biz ondan fayda götürmək məqsədilə istifadə ediriksə, necə olmalıdır? Maraqlı olardı ki, reklamın inkişaf tarixinə dair biz burada qısa arayış verək. Amma bu, o qədər də vacib deyil. Çünki geniş  yayılmış və inanılmış, «reklam da bəşəriyyətin özü qədər yaşlıdır və qocadır» fikrinə diqqət yetirmək kifayətdir».

ABŞ-ın dəfn sənayesinin reklam  sloqanı qeyri-adi səslənir: «Siz ölürsünüz, qalanını biz  edirik».

Reklam haqqında məşhur müddəalardan birində reklam təklif edir: «Məni al və  xoşbəxt olacaqsan».

Reklam haqqında digər bir  aforizmdə deyilir: «Pulu qorumaqdan ötrü reklamı məhdudlaşdırmaq (ixtisar etmək) vaxtı qorumaqdan ötrü saatı saxlamaqdır».

Reklam hər hansı qanuni və qeyri-qanuni üsulla verilən informasiyadır.

Göründüyü kimi, müxtəlif peşə sahibləri reklama özünəməxsus paradiqmalardan yanaşırlar.

Reklam nədir? Onun hansı parametrləri mövcuddur? Ümumiyyətlə, iqtisadi ədəbiyyatlarda reklamın onlarla tərifi mövcuddur: Əgər reklamın  anatomiyasına və antologiyasına müraciət  etsək, görərik ki, o, çoxşaxəlidir. Hər şeydən  əvvəl, «reklam» termininin etimologiyası, mənşəyi və kökü ilə tanış  olmaq zəruridir. «Reklam» termini öz etimologiyasına görə latın sözü «reklamare» sözündən olub «qışqırmaq», «hay vermək», «çağırmaq», «cavab  vermək» mənalarında işlədilir. Bəzi müəlliflər  onun fransız sözü «reklamare» («qışqırmaq»)  anlayışından əmələ gəldiyini bildirirlər. Belə  ki, qədim Yunanıstanda və qədim Romada xalqın toplaşdığı meydanlarda və digər yerlərdə yüksəkdən qışqırmaqla və ya xəbər verməklə elanlar bildirilirdi. Məhz «reklam» anlayışının kökü burdan götürülmüşdür.

Reklam sözünün lüğət vahidi bir sıra  Qərbi Avropa dillərində saxlanılmış və fransız  təsiri vasitəsilə əvvəl Rusiyada, sonra Azərbaycanda kök salmışdır. Alman dilində istifadə edilən «Werbung» anlayışı reklamın təsiredici funksiyasına diqqəti cəlb edir və çoxsaylı mənalar daşıyır: «təşviqat», «elçi göndərmə», «təngə gətirmə» və s. İngilis dilində XIX  əsrin əvvəlində «Adversite» feli geniş istifadə olunmağa başladı. Oksford  lüğətində qeyd edilidiyi kimi, XV-XVI əsrlərdə «Adversite» feli hər hansı bir şeyin xəbər  verilməsini, deməli, reklamın informasiya  funksiyasını bildirirdi. Roman dilləri (fransız, italyan, ispan) «Publicite» (fransız sözü) anlayışına  «Publicitad» (ispan sözü) reklam ünvanının kütləviliyini əlavə etdilər. Bütövlükdə, «reklam» anlayışı konkret fəaliyyət növünü, məhz reklam  fəaliyyətini müəyyən edən termin kimi son olaraq XVIII əsrin ikinsi yarısında formalaşmışdır.

Hər şeydən əvvəl reklamın qanunvericilik bazası ilə tanış olaq.

3 oktyabr 1997-ci ildə qəbul edilmiş «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində deyilirdi: «Reklam fiziki  və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər  (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata  keçirilməsinə kömək göstərmək məqsədilə  yayılan informasiya»dır.

Yeni (2015-ci ildə) qəbul edilmiş «Reklam haqqında»  Azərbaycan Respublikası Qanununda (madda 2) reklama aşağıdakı tərif verilir: «Reklam  bazar subyektlərinin qeyri-müəyyən dairəsinə ünvanlanaraq, onun diqqətinin reklam obyektinə istənilən formada, müxtəlif vasitə və üsullarından istifadə etməklə cəlb olunması, marağın formalaşdırılması və saxlanılması, əmtəənin müvafiq bazarda tanınması və satışı məqsədilə yayımlanan məlumat»dır.

Beynəlxalq Ticarət Palatasının Reklam Fəaliyyətinin Beynəlxalq Kodeksində reklama aşağıdakı tərif verilmişdir: «Reklam termini ən geniş  mənada hansı kütləvi informasiya vasitəsində istifadə edilməsindən asılı olmayaraq, özünə əmtəə, xidmət  və avadanlığı, hər hansı bir reklam formasını daxil  edərək və qablaşmada, yarlıqlarda və ticarət  məntəqələrinin materiallarında gedən reklam elanlarını daxil edərək izah edilməlidir».

Siyasi Reklamın Əxlaq Kondeksində reklam  formasından biri olan siyasi reklam siyasi  proses iştirakçılarının (siyasi fəaliyyətin subyektlərinin) xeyrinə ictimai rəyin formalaşması məqsədilə federal qanunvericiliyin reklamı kimi qəbul edilən siyasi partiyaların iştirakçıları haqqında məlumatların kütləvi  informasiya vasitələrində yayılması kimi  səciyyələndirilir. 

 

BDU-nun dosenti F.M.Qarayev