Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Zəfər dolu, qələbə dolu günlər qabaqdadır

 

Azərbaycanın son illər qazandığı nailiyyətlərdən danışarkən bir məqam xüsusilə diqqəti çəkir. Ötən əsrdə bizimlə bir ittifaq daxilində yaşayan respublikaların əksəriyyətində müstəqillik qazanıldıqdan sonra 20 ildən artıq bir müddət ərzində o qədər də ciddi irəliləyişlər baş verməyib. Yalnız iri şəhərlərdə dəyişikliklər baş verib, regionlarda isə nəzərə çarpacaq inkişaf özünü göstərməyib. Ölkəmizdə isə paytaxtla, iri şəhərlərlə yanaşı, regionlarda da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, sosial infrastruktur başdan-başa yenilənib, çoxlu sayda istehsal sahələri yaradılıb. Bir-birinin ardınca qəbul olunan üç Dövlət Proqramının hamısı bilavasitə regionların sosial-iqtisadi tərəqqisinə hesablanıb və həmin Proqramların uğurlu icrası respublikamızın hər bir kəndini, şəhərini, qəsəbəsini, ucqar ərazilərini gülə-çiçəyə qərq edib, hər yanı laləzara çevirib. Düşmən tapdağında olan torpaqlarımızın təmas nöqtələrində yerləşən yaşayış məntəqələri də bu inkişaf və yüksəlişdən kənarda qalmayıb. Belə ərazilərdən biri də Qarabağımızın dilbər guşələrindən biri olan Füzuli rayonudur.

Təkcə son dörd ildə burada həyata keçirilən sosial-iqtisadi tədbirlərin, infrastruktur layihələrinin miqyası və həcmini göz önünə gətirsək, deyilənlərin bir daha şahidi olarıq. Bu müddət ərzində görülən işlərin təməlində ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2004-cü ildən başlayaraq reallaşdırılan Dövlət Proqramları dayanır. Həmin Proqram Füzuli rayonunun sosial-iqtisadi və mədəni həyatında dərin iz buraxmışdır. Fakt və rəqəmlərə müraciət edək.

Öncə qeyd etmək lazımdır ki, son dörd il ərzində cənab prezident iki dəfə Füzuliyə tarixi səfər etmiş, bir sıra obyektlərin açılışını və təməlqoyma mərasimlərini həyata keçirmişdir. Prezident səfərləri zamanı yerli əhali, ictimaiyyətin nümayəndələri ilə görüşmüş, onların arzu və təkliflərini dinləmiş və həmin fikirlər sonralar prezident tərəfindən imzalanan sərəncamlarda öz real təcəssümünü tapmışdır. Son illər Füzuli rayonunda gerçəkləşdirilən iri layihələri sıralasaq, uzun bir siyahı alınar: Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Bayraq Meydanı, YAP rayon təşkilatının binası, Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq bağçası, 13 saylı orta məktəb, Gənclər Mərkəzi, Şahmat məktəbi, Qəhrəmanlar Parkı, Horadiz dəmiryol stansiyası, Rayon İcra Hakimiyyəti, Polis və Təhsil şöbələrinin  yeni binaları, Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Bakı avtomobil yolu...

Bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, adı çəkilən obyektlərin hamısının açılışında möhtərəm prezident İlham Əliyev şəxsən iştirak etmişdir.

Bundan başqa, Rayon Statistika İdarəsi, Kənd Təsərrüfatı İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binaları, Əhmədbəyli kəndində 340 yerlik gimnaziya, 35 yerlik uşaq bağçası... Bunlar isə tikintisi başa çatmaqda olan obyektlərin tam olmayan siyahısıdır. Görülən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, Füzuli rayonu abadlaşıb, gözəlləşib, müasirləşib və düşmənin gözünə sipər olan möhtəşəm bir qalaya çevrilib.

Cari ilin rəqəm və faktları da fərəh hissi doğurur. Artıq beşinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikamızın 100 min tonu keçən rayonları sırasında öz yerini qoruyub saxlayır. Bu ilin nəticələri daha yüksək olmuşdur. Belə ki, 32,8 min hektar sahənin məhsulu vaxtında biçilmiş, sahələrdən 111,2 min ton məhsul əldə edilmiş, hər hektarın məhsuldarlığı 34 sentnerə gəlib çatmışdır. Taxılçılığın intensiv inkişafı ilə bağlı ölkə başçısının göstərişlərinə əsasən, bu sahəyə diqqətin artırılması nəticəsində Füzulidə yaradılmış toxumçuluq təsərrüfatlarında hər hektardan 60 sentnerə yaxın məhsul yığmaq mümkün olmuşdur. Heyvandarlığın inkişafı ilə bağlı da xeyli tədbirlər görülmüşdür. Hazırda rayonda 33 min baş qaramal, 129 min baş qoyun-keçi, 463 min baş ev quşları vardır. Cari ilin ötən ayları ərzində 1016 ton ət, 10364 ton süd, 4180 min ədəd yumurta, 149 ton yun istehsal edilmişdir. Göstərilən rəqəmləri əvvəlki illərlə müqayisə etdikdə bütün sahələrdə artım baş verdiyi müşahidə olunur. İstehsalda baş verən irəliləmə rayon əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsinə və respublikanın satış məntəqələrinə xeyli miqdarda məhsul çıxarılmasına imkan yaratmışdır.

Ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına qayğı və diqqətin artması bu sahədə müsbət meyillərin yaranmasına gətirib çıxarmışdır. Son dörd ildə sahibkarlıq subyektlərinə yaradılan şərait nəticəsində Əhmədbəyli ərazisində 5 min ton tutumlu kənd təsərrüfatı məhsulları saxlayan soyuducu terminalı, ildə 2,5-3 min ton quş əti istehsal edən «Qarabağ-Broyler» MMC fəaliyyətə başlamışdır. Hazırda Haramı düzü deyilən ərazidə 5 min baş ətlik və südlük istiqamətlər üzrə heyvandarlıq kompleksinin və sutkada 10 min litr süd qəbulu gücünə malik zavodunun tikintisi tamamlanma mərhələsindədir. Bu yaxınlarda Üçüncü Zobucuq qəsəbəsində istehsal gücü gündə 40 ton olan çörək məmulatları zavodu istifadəyə veriləcək. Dövlət Proqramı çərçivəsində yaşayış məntəqələrinin içməli və suvarma suyuna olan tələbatını ödəmək məqsədi ilə 20 artezian quyusunun qazılması planlaşdırılmışdır. Proqramın qəbul olunmasından ötən bir il yarım ərzində 22 artezian quyusu qazılaraq istifadəyə verilmişdir. Alıxanlı, Kürdmahmudlu, Şükürbəyli, İkinci Mahmudlu və Kərimbəyli kəndlərində 21 artezian nasosu, 11 sayğac dəyişdirilmiş və digər işlər görülmüşdür.

Füzulidə qaz çəkilişi artıq başa çatmaq üzrədir. İndiyədək 33 yaşayış məntəqəsində əhali təbii qazla təmin olunmuş, 4 və 5 saylı Qayıdış qəsəbələrində son tamamlama işləri həyata keçirilir. Araz Zərgər və Araz Dilağarda kəndlərində sayğacquraşdırma işləri davam etdirilir. Cari ilin oktyabr ayının sonunacan 39 yaşayış məntəqəsinin hamısında əhali təbii qazdan istifadə etmək imkanı qazanacaq.

Rayonda təhsil və səhiyyənin yüksək standartlar səviyyəsində qurulması istiqamətində nəzərəçarpacaq işlər görülmüşdür. Rayonun bütün kənd və qəsəbələrində müasir tələbələrə cavab verən tədris müəssisələri tikilərək istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi hesabına Horadiz şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçaları, Böyük Bəhmənli kənd xəstəxanası üçün 15 çarpayılıq yardımçı bina tikilmiş və  istifadə olunmaqdadır.

Qəzalı vəziyyətdə olan ictimai binalarda, yataqxanalarda məskunlaşmış 400 ailə üçün yeni qəsəbənin salınmasına yaxın vaxtlarda start veriləcək. Bir sözlə, Füzuli rayonu tikinti-quruculuq meydanına çevrilib, Horadiz şəhərinin küçələri göz oxşayır, parklar, xiyabanlar, yaşıllıq zolaqları, çəmənliklər, yeni tikililər bu gözəlliklərə xüsusi çalarlar qatıb. Cənab prezident İlham Əliyevin son səfəri zamanı Horadiz şəhərində Bayraq Meydanı, Milli Qəhrəmanlar parkı, 31 Mart soyqırımı qurbanlarına xatirə abidəsi, Şəhidlər Xatirə Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, boulinq zalı, Rayon İcra hakimiyyəti üçün inzibati bina istifadəyə verilmişdir. İşğal zamanı yandırılmış 227 fərdi ev, bundan başqa, Alıxanlı kəndində 50 fərdi ev tikilərək vətəndaşların ixtiyarına verilmişdir. Füzuli rayonu ərazisində «Hər adama bir qızıl gül əkək» kampaniyası çərçivəsində 120 min ədəd qızıl gül, 20 min ədəddən artıq çinar ağacı əkilmişdir.

Füzuli rayonunun 50 mindən çox əhalisi 50 şəhər və rayona səpələnmişdir. Onlarla əlaqə qurmaq çətin olduğu qədər də vacibdir. Rayon İcra Hakimiyyəti müəyyən olunmuş qrafik əsasında  əhalinin daha çox məskunlaşdığı Bakı, Sumqayıt şəhərlərində, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında müvafiq təşkilatların nümayəndələri ilə birlikdə müntəzəm görüşlər keçirir, vətəndaşları narahat edən problemləri yerindəcə çözməyə çalışır.

Qaçqın və köçkün soydaşlarımıza xüsusi yanaşma tələb olunur. Onlar öz yurd-yuvalarını, ata-baba məzarlıqlarını qoyub gəlmişlər. Bu qəbildən olan insanların problemlərinə daha yaxından bələd olmaq üçün səyyar qəbulların təşkili mühüm əhəmiyyət daşıyır. Müraciətləri yerindəcə operativ şəkildə həll olunan vətəndaşların başqa ünvanlara üz tutmalarına lüzum qalmır. Təkcə 2015-ci ilin altı ayı ərzində rayon icra hakimiyyəti başçısının 22 səyyar qəbulu olmuş və 1300 vətəndaş dinlənilmiş, onların böyük əksəriyyətinin qaldırdıqları məsələlər yerindəcə həllini tapmışdır.

Hazırda ölkə miqyasında regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramının üçüncü mərhələsinin (2014-2018-ci illər) icrası istiqamətində tədbirlər davam etdirilir. Dünyanı cənginə alan maliyyə və iqtisadi böhranlara rəğmən, Proqramın icrası ilə bağlı ləngimə, tənəzzül və yaxud digər çətinliklər müşahidə olunmayıb.

Həmin Proqramda Füzuli rayonunun sosial-iqtisadi inkişafına yönəlik xeyli sayda bəndlər və maddələr özünə yer almışdır. Füzulililər nəzərdə tutulan bütün vəzifələrin yüksək səviyyədə yerinə yetiriləcəyinə böyük əminlik ifadə edirlər. Təkcə qalır Qarabağ probleminin həlli. Azərbaycan dövlətinin iqtisadi gücünün və qüdrətinin, beynəlxalq aləmdə nüfuzunun durmadan artması, düşmən tərəfin siyasi, iqtisadi və humanitar uçurum kənarına gəlib çıxması bizim bu ülvi və müqəddəs məqsədlərə qovuşacağımız günü yaxınlaşdırır.

 

Zülfü İLYASOV,

bölgə müxbiri