Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanda mükəmməl müdafiə sistemi qurulub

 

Regionların sosial-iqtisadi inkişafından danışarkən, öncə insanı cəlb edən məqam abadlıq-quruculuq işləri, infrastruktur dəyişiklikləri, başdan-başa yeniləşmə və müasirləşmədir. Bu inkişaf və tərəqqi həyatımızın bütün sahələrinə nüfuz edib. Ümumi inkişaf fonunda bölgələrimizdə fəaliyyət göstərən dövlət, qeyri-dövlət qurumlarının, sosial və ictimai təşkilatların hər biri öz işini köklü şəkildə dəyişmiş, çağdaş dünyanın tələb etdiyi ölçü və meyarlığa uyğun səviyyədə qura bilmişdir. Diqqəti çəkən digər bir məqam isə həmin qurum və təşkilatlarda çoxlu sayda savadlı, bilikli, innovativ yeniliklərə yiyələnən gənclərin təmsil olunmasıdır. Belə gənclərdən biri – Tovuz Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Elmir Quliyevlə görüşüb fikir mübadiləsi apardıq. O, respublikamızda gedən sıçrayışlı inkişafdan, sosial rifah dövlətinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən, rəhbərlik etdiyi qurumun fəaliyyət sferasından və əldə olunan nailiyyətlərdən söhbət açdı.

Öncə ondan başlayım ki, son illər ölkəmizin iqtisadi cəhətdən möhkəmlənməsi və güclənməsi, Dövlət Proqramlarının ardıcıl olaraq həyata keçirilməsi həyat və fəaliyyətimizin bütün sahələrinə öz müsbət təsirini göstərmişdir. Artıq Azərbaycan 10-15 il bundan əvvəlki Azərbaycan deyil. Ölkəmizə bir dəfə gələn, ikinci dəfə gəldikdə onu tanıya bilmir. Əvvəllər paytaxt ilə regionların inkişaf səviyyəsi bir-biri ilə müqayisəolunmaz dərəcədə fərqlənirdi. Bu səbəbdən də şəhərlərə güclü axını dayandırmaq mümkün olmurdu. İndi demək olar ki, bütün rayon mərkəzlərinin, iri yaşayış məntəqələrinin görkəmi köklü şəkildə dəyişib, infrastrukturu başdan-başa yenilənib. Yeni yollar, körpülər tikilib, parklar salınıb, su və kanalizasiya sistemləri dəyişdirilib, sosial-mədəni obyektlər, inzibati binalar inşa olunub, yaşayış massivləri, qaçqın və köçkün şəhərcikləri salınıb və bütün bunlarla paralel çoxlu sayda istehsal və emal müəssisələri yaradılıb və yeni iş yerləri açılıb. Bu tədbirlər sürətlə davam etdirilir. Hədəf bütün kəndlərin, qəsəbələrin yeni meyarlar və standartlar səviyyəsində inkişafını təmin etməkdən ibarətdir. İndi hansı bölgəyə ayaq bassan insanın zövqünü oxşayan, ruhunu təzələyən bir mənzərənin şahidi olursan. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali hədəf seçdiyi siyasətin kökündə, təməlində insan amili və onun yüksək yaşam tərzi dayanır.

Cənab Prezidentin dönə-dönə vurğuladığı kimi, dünyada neft ehtiyatları ilə zəngin ölkələr çoxdur. Lakin bu zənginlik heç də həmin ölkənin xalqlarına həmişə xoşbəxtlik gətirməyib. Yalnız neft gəlirlərindən səmərəli və rasional istifadə edən, milli iqtisadiyyatını dinamik inkişaf yoluna çıxaran, gəlir və mənfəətlərin ədalətli bölgüsünü təmin edən və həmin gəlirlərin böyük bir hissəsini sosial problemlərin həllinə yönəldən dövlətlərin vətəndaşları yüksək rifaha qovuşa bilirlər.

Hər bir ölkənin siyasi sistemində sosial təsisatlar və onların inkişaf səviyyəsi mühüm yer tutur. Bu strukturun əsas həlqələri sosial müdafiə, sosial öhdəlik və sosial sığortadır. Demokratiyanın səviyyəsi, insan hüquq və azadlıqlarının vəziyyəti sosial təminat sisteminin mükəmməlliyi ilə ölçülür. Sosial təminat sistemi zəif olan ölkədə insan hüquq və azadlıqlarının dolğun ödənilməsi haqqında danışmaq yersizdir.

Azərbaycan dövləti qısa zaman kəsiyində sosial təminat və sosial müdafiə sistemini təkmilləşdirərək onu yüksək standartlar səviyyəsinə gətirib çıxara bilmişdir. Dünyanın bütün qabaqcıl təcrübəsi öyrənilmiş, ümumiləşdirilmiş və unikal qanunvericilik bazası yaradılmışdır. Sosial müdafiə sistemində yüksək şəffaflıq, qanunun aliliyi təmin olunmuş, cəmiyyətin bütün üzvlərinin və sosial qruplarının mənafeyi nəzərə alınmışdır. Sosial müdafiə mərkəzlərinin maddi-texniki və innovativ təminatı yüksək tələblər səviyyəsində qurulmuş, onların yerləşdikləri binalar əsaslı təmin olunmuş və yeniləri tikilmişdir.

Tovuz Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi də bir dövlət qurumu olaraq əhaliyə göstərilən xidmətin səviyyəsinin yeni çağırışlara uyğun şəkildə qurulması, vətəndaşları narahat edən problemlərin operativ şəkildə həll olunması və sosial təminat sisteminin modernləşdirilməsi istiqamətində dövlətimizin qarşıya qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün əzmlə çalışmışdır. 2014-cü ildə olduğu kimi, cari ildə də Mərkəz işini günün tələbləri səviyyəsində quraraq əhalinin sosial təminatı ilə bağlı nəzərdə tutulan bütün tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olmuşdur. Tovuz Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi 2015-ci ilin altı ayı ərzində Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il fərmanına əsasən, ünvanlı sosial yardımın maarifləndirilməsi və təşviq olunması istiqamətində lazım olan bütün tədbirləri görmüşdür. Cari ilin birinci yarımilliyi ərzində ünvanlı sosial yardımın təyin olunması məqsədi ilə Mərkəzə müraciət etmiş 1229 nəfərdən 1203 nəfərinə ünvanlı sosial yardımın təyin edilməsi üçün sənədlər qəbul olunmuş və həmin sənədlərə komissiyada baxılaraq 1127 nəfər ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 76 nəfərə isə yardımın verilməsindən imtina olunmuşdur. Rəqəmlərdən aydın görmək olar ki, müvafiq dövr ərzində sosial yardım almaq üçün müraciət edən vətəndaşların çox böyük qisminin, təxminən 96 faizinin tələbi yerinə yetirilmişdir. Bütövlükdə götürdükdə, hazırda Tovuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2296 ailənin 10782 ailə üzvünə ünvanlı sosial yardım təyin edilərək ödənilir ki, bunun da aylıq məbləği 413371 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli fərmanına əsasən, 1 aprel 2014-cü il tarixindən əlillik, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zaman əlil olduqda, Çernobıl qəzası zamanı əlil olduqda I qrup əlilliyə görə sosial müavinət alanlara aylıq 60 manat məbləğində Prezident təqaüdü təsis edilmişdir. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən müavinət alanların sayı 7117 nəfər, aylıq tələbatı 470110 manatdır. Müavinət alanların 2322 nəfərinə Kapital Bankın, 4755 nəfərinə isə Beynəlxalq Bankın plastik kartları verilmişdir.

Tovuz ƏSMM-i 2015-ci ilin birinci yarımilliyində Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adını almış bir nəfərin ailəsinə hər ay 1000 manat, 10 nəfər əməkdar işçi adına layiq görülmüş vətəndaşın hər birinə ayda 60 manat müavinətin ödənilməsini təmin edir. Cari ilin birinci yarımilliyində yaşa görə müavinət alanların sayı 292 nəfər, ümumi səbəbdən əlilliyə görə müavinət alanların sayı 2821 nəfər olmuşdur ki, bunların 259 nəfəri I qrup, 1347 nəfəri II qrup, 1215 nəfəri III qrup, 9 nəfəri isə respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillər, həmçinin 20 Yanvar hadisəsi zamanı əlil olanlardır.

Sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların sayı 888 nəfər, ailə başçısını itirdiyinə görə sosial müavinət alanların sayı 492 nəfər, kommunal xidmət və digər xidmətlərə görə müavinət alanların sayı 1711 nəfərdir. Bundan başqa, 393 müharibə əlilinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü verilmiş, 274 nəfər isə şəhid ailəsi kimi prezident təqaüdü alır. Bundan əlavə, Mərkəzdən 81 nəfər ünvanlı sosial yardım alan ailənin 1 yaşadək olan uşaqlarına hər ay 45 manat, 141 nəfər müharibə əlillərinin 269 nəfər uşağının hər birinə ayda 12 manat, 1100 nəfər anaya yeni doğulmuş uşağa görə 99237 manat birdəfəlik müavinət, 55 nəfər Çernobıl əlilinin hər birinə 195 manat birdəfəlik müalicə pulu, 30 nəfər penitensiar müəssisələrdən azad olunanların hər birinə 420 manat birdəfəlik müavinət ödənilmişdir.

Tovuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi işçilərinin ştat cədvəli üzrə sayı 53 nəfər, bunun 24 nəfəri Mərkəzdə, 29 nəfəri isə sosial məişət xidməti strukturunda çalışır. Sosial məişət xidməti strukturunun əməkdaşları tərəfindən 197 nəfər tənha ahıl vətəndaşa qulluq göstərilir. Bunların 171 nəfəri 70 yaşdan yuxarı, 26 nəfəri 70 yaşdan aşağı olan vətəndaşlardır. 35 nəfəri isə əlildir.

Ümumiyyətlə, Mərkəz çox geniş və əhatəli fəaliyyət həyata keçirir. Dövlətimiz maddi yardıma ehtiyacı olan vətəndaşlarımıza hərtərəfli qayğı və diqqət göstərir. Bütün bunlar son 11 il ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində mümkün olmuşdur. Azərbaycan dövləti durmadan inkişaf edir, öz iqtisadi gücünü və qüdrətini möhkəmləndirir. İqtisadi imkanlar artdıqca sosial təminatın miqyası və həcmi də genişləndiriləcək. Ancaq əlillər, sağlamlıq qüsuru olan vətəndaşlar maddi yardımla yanaşı, mənəvi yardıma da möhtacdırlar. Belə kateqoriyadan olan insanlara sayğı və mərhəmət göstərmək hər bir cəmiyyət üzvünün mənəvi borcu və vicdan işi olmalıdır.

Bu fikirlərin davamı olaraq, qeyd etmək istərdik ki, hər bir dövlət mahiyyət etibarı ilə özünü üstqurum sisteminin mükəmməlliyində və bitkinliyində təcəssüm etdirir. Bu sistemin bütün həlqələri və təsisatları qanunun aliliyinə, yüksək əxlaqi-mənəvi dəyərlərə istinad edərək hər bir fərdin, hər bir cəmiyyət üzvünün azad və firavan yaşamasını təmin etməlidir. Dövlətimizin seçdiyi strateji hədəflər və bu yolda atılan uğurlu və inamlı addımlar bizi hər gün bu ülvi və nəcib məqsədlərə yaxınlaşdırır.

 

Zülfü İLYASOV,

Bölgə müxbiri.