Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Dinamik inkişaf edən müəssisə: “Ucar Aqro”

 

Müasir dövrdə  dünya toyuq əti bazarına nəzər salsaq görərik ki, bu bazaar  dinamik inkişaf edir. Son 4 il ərzində dünya üzrə toyuq əti istehsalı orta hesabla dörd faiz artmışdır.

Dünyanın regionlarından asılı olaraq, quşların növlərinə görə quş əti istehlakı da fərqlidir.  Belə ki, ABŞ-da və Braziliyada toyuq ətinə daha çox tələbat olduğu halda, Çində insanlar ördək və qaz ətinə üstünlük verirlər.  Rusiyada quş əti istehsalında toyuq ətiunin payına  90% düşür, qalan 10% isə başqa növ quş ətlərinin üzərinə düşür.

Azərbaycanda quşçuluğun inkişaf etdirilməsi dövlətin daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, son illərdə illik istehsal gücü 55 min ton quş əti və 248,5 milyon ədəd yumurta olan 39 quşçuluq fabrikinin istehsal gücünün genişləndirilməsinə və əlavə olaraq 5 damazlıq, 1 əmtəəlik və 9 broyler fabrikinin işə salınmasına 98 milyon manat güzəştli kredit verilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, respublika üzrə istehsal olunmuş quş ətinin orta hesabla 57 faizi, yumurtanın 41 faizi sənaye üsulu ilə istehsal edilir. Ölkə əhalisinin quş ətinə və yumurtaya olan tələbatı demək olar ki, daxili istehsal hesabına tam ödənilir. Respublikamızda sənaye üsulu ilə quş əti istehsalının artırılmasına geniş imkanlar vardır. Hazırda ölkədə 47 quşçuluq fabriki fəaliyyət göstərir. Yeni texnologiyaların tətbiqi, damazlıq quşçuluq təsərrüfatlarının yaradılması yolu ilə sənaye quşçuluğunu inkişaf etdirmək mümkündür.

 İndi Azərbaycanda elə bir region yoxdur ki, orada yüksək inkişaf tendensiyası müşahidə olunmasın. Ucar rayonunda son illər bir sıra məqsədyönlü iqtisadi islahatların həyata keçirilməsinə xüsusi diqqət göstərilir ki, bu da son nəticədə kənd təsərrüfatı  sahəsinin yaxşılaşdırılması üçün imkanlar yaradır.

Ucar rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, tərəvəzçilik aparıcı rol oynayır.

Rayon üzrə 2014-cü ildə diri çəkidə 5016 ton ət, 38359 ton süd, 19607 min ədəd yumurta, 71,1 ton yun istehsal olunmuşdur. 2013-cü illə müqayisədə ət istehsalı 0,03 faiz, süd istehsalı 8,5 faiz, yumurta istehsalı 0,03 faiz, yun istehsalı 1,4 faiz artmışdır.

 “Azərbaycan Respublikası Regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər)” üzrə nəzərdə tutulmuş tədbirlərin ardıcıl surətdə uğurla həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının bazarlara sərbəst çıxarılmasını təmin etmək məqsədilə satış yarmarkalarının təşkil edilməsi, sahibkarlığın inkişafına Dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi əhali arasında kənd təsərrüfatına marağı daha da artırmışdır.

 Müasir və unikal quşçuluq kompleksi: “Ucar Aqro” MMC

 Azərbaycanda müasir beynəlxalq standartlara cavab verən, yalnız ölkədə deyil, həmçinin, Cənubi Qafqazda belə analoqu olmayan unikal quşçuluq kompleksi - “Ucar Aqro” MMC-nin baş direktoru Rüfət Məmmədzadə şirkətin yaranma tarixi haqqında belə deyir: “Şirkətimizin yaranma tarixi, quş ətinin emalı müəssisəsi “Ucar Aqro” MMC-nin təməl qoyulması ilə üst-üstə düşür. Bu, 2012-ci il sentyabr ayının 5-i tarixidir. Amma buna qədər bütöv bir mütəxəssislər kollektivinin gərgin iş prosesi olub. Bazarın öyrənilməsi, biznes strategiyasının hazırlanması və planlaşdırılması, texniki-iqtisadi əsasın hazırlanması və s. – bütün bunlar layihənin baş tutması üçün vacib idi.

Ucar rayonunda 2012-ci ildə quş ətinin emalı üzrə zavodun təməlqoyma mərasimi keçirildi. Şirkətimiz respublikada formalaşmış bir bazara çıxırdı. Aydındır ki, bizi sərt rəqabət də gözləyirdi. Lakin biz heç nədən qorxmadıq və qarşımıza məqsəd qoyduq – bu, bazarda sadəcə iştirakçılardan biri olmaq yox, bura yenilik gətirmək, Azərbaycanda bizə qədər heç kimin etmədiyini etmək idi. Bu gün isə deyə bilərəm ki, şirkətimiz bu məqsədə çatıb”.

 “Ucar Aqro” MMC-nin məhsulları “Mərcan” brendi ilə istehsal olunur. Bunlar “Mərcan kənd çolpası”, “Mərcan Premium” və “Mərcan Broyler” toyuqlarıdır.

Kənd toyuğunun istehsal təklifini ilk dəfə “UcarAqro” MMC vermişdir. Şəhər əhalisinin kənd təamlarına olan tələbatını nəzərə alaraq gigiyenik bağlamada supermarket rəflərinə bu məhsul təqdim edilir. İndi istehlakçılar əmindir ki, supermarket rəflərində əsl kənd toyuğu, İslam qayda-qanununa əsasən kəsilmiş və gigiyenik bağlamada istehlakçılara təqdim olunan brend “Mərcan” məhsullarıdır.

Əvvəllər kənd toyuqları zənbillərdə satılırdı. Lakin indi satış yüksək gigiyenik qaydada, adı, ünvanı bilinən, istehsal tarixi məlum olan, çəkisi görünən formada təşkil edilir. Bu da müəssisənin rəqabət gücünü artırır.

Fabrikin daxilində təmizliyə ciddi riayət edilir. Bu, təhlükəzliyi təmin etməyin ilkin addımlarındadır. Girişdə duş kabinələri də var. “UcarAqro” MMC 5 hektar ərazisi olan müəssisədir. Garant Holding-in bir hissəsi olan "UcarAqro" MMC şirkətinin kəsim sexinin təməli 2012-ci il sentyabr ayında qoyulub. Ümumi ərazisi digər istehsal sahələri də daxil olmaqla 87 hektar təşkil edir.  Müəssisədə işçilərin təhlükəsizliyi ciddi qorunur. Bununla bağlı emal maşınlarının ətrafında qırmızı xətlər çəkilib. Fövqəladə hal baş verərsə, o xəttə əl vurmaq kifayətdir ki, bütün mexanikanın fəaliyyəti dayansın.

Azərbaycanda ilk dəfə olaraq bu müəssisədə məhsullar vakuum qablarda qablaşdırılır. Həmin qablar İngiltərədən gətirilir. Bunun özəlliyi isə odur ki, toyuqların içərisinə hava dolmur. Belə qabda onları 5 gün soyducudan ayrı saxlamaq mümkündür.

“Ucar Aqro” MMC-nin məhsulları təkcə paytaxt Bakıya deyil,  Göyçaya, Kürdəmirə, Sumqayıta da göndərilir. Gələcəkdə çatdırılmaların logistik şəbəkəsini genişləndirməyi düşünürlər. Müəssisə daxili bazarda mövqeyini möhkəmləndirdikdən sonra xarici ölkə bazarları barədə də qərarlar qəbul etməyi nəzərdə tutur.

Müəssisənin Avropanın bir sıra təşkilatları ilə əməşdaşlıq edir. Bu yaxınlarda müəssisə  ekoloji normalara uyğun olaraq, beynəlxalq “Eko neo” şirkətinin “b” kateqoriyasında müəyyənləşdirilmişdir. Qeyd edək ki, bu, Avropa reytinqidir.

 İstehsal prosesi

Toyuqların istehsalı zamanı şirkətdə istehsalatın əsas yeddi prinsipinə riayət edilir: - Yalnız 1-ci sinif, zülallarla zəngin QOST 25391-82 dövlət standartına uyğun ət istehsal edilir. Bu yetişdirilmə prosesinə ciddi nəzarət istehsalatın hər mərhələsində nəzarət və laboratoriya təhlillərinin vasitəsi ilə monitorinqlərin aparılmasını tələb edir;

- Toyuqların kəsilməsi beynəlxalq MS 15000-2009 (İslam normalarına uyğun) standartlarına uyğundur;

- Yalnız təbii şəraitdə yetişdirilmiş təbii yemlərdən istifadə edilir (buğda, çovdar, göyərti və s.);

- Emal zamanı kəsildikdən sonra 0-+2C temperatur əldə etmə imkanı verən soyutma üsulundan istifadə edilir;

- Gigiyenanın və qida təhlükəsizliyinin bütün prinsiplərinə riayət edilir;

- Ətin çəkisinin artırılması üçün heç bir süni üsuldan (inyeksiya, stimulyator və s.) istifadə etmirik;

- İstehsalatın - emal, çatdırılması, saxlanılması və satışa qədər bütün mərhələlərində lazımi temperatur saxlanılır.

Bu barədə Satış və Marketing departamentinin müdiri Samir Eyyubov belə deyir: “Toyuqların kəsimi prosesində biz yalnız qiblə sistemində qurulan avadanlııqlarla kifayətlənmirik. Məhsulun xaşlama dərəcəsində 52-53 dərəcədən yuxarı qalxmasının qarşısımı almışıq. Bu hallalıq şərtidir. Quşların humanist baxımdan əziyyət çəkməmək üçün yüngül şokdan keçirilməsi məsələsi də diqqət mərkəzindədir”.

Departament müdirinin sözlərinə görə, “Mərcan” brendinə qədər ölkəmizdə toyuq ətinin soyudulması köhnə üsulla həyata keçirilirdi.“Mərcan” toyuqları hava ilə soyudularaq hər bir toyuq ayrı-ayrılıqda, bir birinə toxunmadan, yüksək gigiyenik şəkildə soyudulur və toyuğun tərkibində olan faydalı təbii şirələr qorunur. Toyuq ətinin istehsal prosesində istifadə olunan xüsusi növ qablaşdırma zərərli bakteriyaların sayını və inkişafını minimum səviyyəyə salaraq,  ətin təzəliyini, toyuq ətində olan vitaminləri və mineralları bütün saxlama müddətində tam qoruyur.  Müəssisənin yüksək keyfiyyətli, halal (əl ilə kəsilir), yeni növ qablaşdırma, yüksək gigiyena şəraitində (hava ilə soyutma) istehsal etdiyi toyuq əti və toyuq əti məhsullarının keyfiyyəti  beynalxalq İSO 22000 sertifikatı ilə təsdiqlənmişdir. İl ərzində müəssisə 17 min ton məhsul istehsal etmə gücünə malikdir. Kəsmə qüvvəsi saatda 6 min başdır”.

 Ən yeni texnologiyalardan istifadə edilir, innovasiyalar tətbiq edilir

“Ucar Aqro” istehsalatda ən yeni texnologiyalardan istifadə etməklə yanaşı, innovasiyaları da tətbiq edir. Müəssisədə istehsalat demək olar ki, tam olaraq avtomatlaşdırılıb. Zavodun ən yeni avadanlığı xaricdən, əsasən Avropa ölkələri olan Almaniya, Niderland , İsrail, İspaniya və İtaliyadan gətirilmişdir. İstehsalat proseslərinin əksəriyyəti avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Əl əməyi isə yalnız onun labüd olduğu yerlərdə, məsələn, halal standartına uyğun olaraq toyuğun kəsilməsi zamanı tətbiq edilir.

Ümumilikdə istehsalat prosesi inkubasiya, yetişdirilmə zonası, ətin emalı zavodu, logistik (ticarət nöqtələrinə çatdırılma) və satış mərhələlərindən ibarətdir.

İnkubasiya ilkin mərhələdir. İstehsalat prosesi buradan başlayır.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar bir sıra müəssisələrdə kimyəvi üsullarla toyuqların sürətlə yetişdirilməsi halları baş verir. “Ucar Aqro” MMC-də toyuqlar təbii yolla yetişdirilir. Qeyd edək ki, bütün dünyada,  eləcə də Azərbaycanda quş fermalarında broyler cücələri yetişdirilir. Onların təbii potensialları digərlərindən daha tez - 40-42 günə böyüməyə imkan verir. Fabrikdə də broyler cücələri yetişdirilib istehsal edilir. Fabrikdə digər istehsalçılardan fərqli olaraq məhsul növü üçə çatdırılıb, broyler cücələrindən başqa 100-110 gün ərzində yetişdirilən “Süsəx” cinsindən “Kənd çolpası” və 75-80 gün ərzində yetişdirilən “Yubileynaya” cinsindən “Premium” toyuqları da yetişdirilir.

Müəssisədə yumurtadan yalnız broyler cücələri yetişdirilir, digər cinslər daimi tədarükçülərdən alınır. Bunlar  əsasən fermer təsərrüfatları və özəl təsərrüfatlardır. Müəssisəyə gətirilən toyuqlar mütləq yoxlamadan keçir və yalnız bundan sonra emal edilir, bu zaman tam gigiyena normalarına müvafiq şəraitdə halal standartının bütün tələblərinə riayət edilir.

 "Mərcan" -  toyuq məhsulları WorldFood 2015 qida sərgisində

Ərzaq bazarının aparıcı qida məhsulları mayın 21-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Qida Sənayesi  sərgidə“Garant Holding” MMC "Ucar Aqro" MMC –nin məhsulları ilə təmsil olunmuşdur.

“Ucar Aqro”-nun təqdimetdiyi 1314 nömrəli stenddə “Mərcan” adı altında toyuq və toyuq əti məhsulları sərgilənib. Soyudulmuş və d ondurulmuş toyuq əti məhsulları ilə yanaşı, stenddə sərgilənən canlı toyuq və cücələr sərgi ziyarətçilərinin diqqətini cəlb edib.

Bu gün "Ucar Aqro" MMC sabit inkişaf edən qabaqcıl müəssisələrdəndir. Yazını elə müəssisənin baş direktoru Rüfət Məmmədzadənin əminliklə söylədiyi fikirlərlə tamamlayırıq: “Biz artıq Azərbaycan bazarında özümüzü tanıtmışıq. Bu işdə bizə həmçinin Bakıda keçirilən Beynəlxalq “World Food-2014” sərgisi kömək oldu. Şirkətimizin stendi bir çox iştirakçını cəlb etdi, onların içində potensial əməkdaş və istehlakçılarımız da var idi. Biz maraq doğurmaq üçün hər şeyi xırda detallara qədər düşünmüşdük. Bu isə öz müsbət nəticələrini göstərdi.

“Ucar Aqro”nun Azərbaycan bazarına məhsullarını 2014-cü ilin mart ayının 1-dən çıxarmasına baxmayaraq, biz bir sıra iri ticarət obyektləri ilə müqavilə bağlamışıq. İndi bizim məhsulumuzu istehlakçılara geniş məhsulların geniş assortimentini və yüksək keyfiyyətli xidmət təklif edən, A kateqoriyalı brend supermarketlərdə əldə etmək mümkündür”.  

 

Nailə CABBAROVA