Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Dollar-Manat və Avro üçbucağı

 

Məktəb vaxtı bizə tədris edilən həndəsə dərslərindən yaxşı bilirik ki, bir düz xətt üzərində yerləşməyən və bir müstəvi üzərində olan üç nöqtə və bu üç nöqtəni ardıcıl şəkildə birləşdirən parçalardan əmələ gələn fiqura üçbucaq deyilir. Coğrafiya dərsində isə Bermud üçbucağının şıltaqlığı və açılmamış sirləri barəsində çox mühazirələr dinləmişik.

Əslində bu üç valyuta arasında yaranan məzənnə fərqi və bu münasibətlərin Bermud üçbucağı qədər təhlükəli olub olmaması bir çoxlarının ağlına belə gəlməmişdir. Elə bu müqayisənin də gündəmdə olmaması hələlik insanların şokdan çıxmaması kimi qiymətləndirilə bilər.

Qloballaşan dünyada son zamanlar neft böhranının yaratdığı çətin vəziyyət bir çox ölkələrdən o cümlədən Azərbaycandan da yan keçməmişdir. Məsələ baş vermiş hadisənin hansı ölkəyə təsir etməsindən getmir, ondan gedir ki, ölkə belə vəziyyətin yaranmasına qədər hansı antiböhran tədbirləri görmüşdür? Və ümumiyyətlə həm vətəndaşlar, həm də hakimiyyət bu böhrana hazırdımı?

Uzun illər boyu Azərbaycanda baş verən iqtisadi və sosial inkişaf tərzi həm aylıq əmək haqqı ilə dolanan, həm də kiçik və orta sahibkarlıq fəaliyyəti göstərən şəxslərdə sabaha inam hissini, etibar və stabillik tendensiyasını bərqərar etmişdir. Artıq minimum yaşayış həddini addımlayan bir çox insanlar özlərinə avtomobil alır və qismən də olsa ipoteka ilə ev götürür bir sözlə normal dolanmaq üçün mühitdən yararlanırdılar.

Ötən ilin üçüncü rübündən başlayaraq neft və neft məhsullarının dünya bazarında qiymətinin aşağı düşməsi xam mal ixrac edən ölkələri böhran dalğası ilə üz-üzə qoydu. Müqayisə üçün qeyd edək ki, ölkəmizdə 2009- cu ilin müvafiq ayında neftin qiyməti ən minimum həddə qədər 40 dollara enmişdir. Lakin bu minimum qiymət çox sürməmiş və artıq 2010-2011 ci illərdə 80-100 dollar arasında dalğalanmışdır. Eyni zaman da da 2008-ci ildə neftin pik nöqtəyə 150 dollara çatması da bu çətin vəziyyətdən çıxmağa zəmin yaratmış olurdu.

Dünya ölkələrinin yaranmış bu vəziyyətdən çıxması üçün hər birinin fərqli strategiyaları və yürütdüyü siyasəti göstərmək olar. Məsələn qonşu Rusiya əhalinin rifah halı üçün vergi siyasətində güzəştlər tətbiq edir və eyni zamanda aparıcı iş adamlarını avropa iqtisadiyyatına deyil məhz doğma torpaqlara investisiya qoymağa çağırır. Əlbəttə ki, bu siyasətin ən baris nümunəsi İran iqtisadiyyatını göstərmək olar. Hammı daxili istehsal ilə məşqul olur idxal demək olar ki, yox dərəcəsindədir. Bütün əhali yerli məhsul alır. Tibb, Kənd təsərüfatı, yüngül sənaye, avtomatika, hərbi sahələr inkişaf edir lakin hasil edilən neft  Amerikanın bura qoyduğu 1972 ci ildəki sanksiyaya müvafiq olaraq rezervlərdə qatlaşır və keyfiyyətini itirir. ABŞ gələn 6 ay ərzində İranın başqa ölkələrə neft satışına qadağa qoymayacağı öhdəliyi götürdü. Bununla da Rusiya növbəti zərbəni almış oldu. Lakin rusların çıxış yolunu qeyri-neft sektorunun inkişafında görməsi daxili sabitliyi tənzimləyir.

Azərbaycanda isə bu məsələlərin ölkəmizin ən pik inkişaf və abadlıq işlərində Avropa oyunlarına ciddi şəkildə hazırlaşması dövrünə təsadüf etməsi heç də xoşagələn hal kimi qarşılana bilməz. Uğurlu strategiyanın nəticəsi olaraq hazırlıqlar tam gücü ilə davam edir, infrastruktur yenilənir bütün sahələrdə ciddi islahatlar keçirilir.

Fevralın 21 də bu üçbucağın formalaşması insanların illər boyu sabit və dəyişməz mühitdə firavan yaşam tərzindən dünyada baş verən böhrandan müdafiə tədbirinin tətbiqi mərhələsinə yönəltdi. Əslində bu yanaşmanın digər bir başqa forması o olardı ki, rusyada rublun məzənnəsinin aşağı düşməsi dövründən başlayaraq yavaş-yavaş manatın məzənnəsi dəyşilərdi. Və bu ərəfədə mətbuatın açıqlamasında da deyildiyi kimi hər ay milyardlarla vəsaitlər dövriyyəyə buraxılmazdı. Lakin bu qərarın da qəbul edilməsinin tam dəqiq şəkildə hansı sonluqla bitməsi də məlum olmur. Alqışa layiq bir haldır ki, daxili istehsal məhsullarının qiymətləri sabit saxlanılmışdır və bundan istifadə etmək istəyənlər layiqli cəzasın almışdır. Neftin qiyməti aşağı düşürsə demək dünya bazarında dollar ilə alınıb satılan neftdən ölkəmizə daxil olan vəsaitlər azalır. Əgər ölkəyə əvvəlki dövrlər ilə müqayisədə daha az dollar daxil olursa, demək bu dollar daha baha qiymətə satılmalıdır. Sadə bir məntiqlə qəbul etmək olar ki, bu ən çox ixrac potensialının artmasına bir təkan vermiş olacaq. Artıq idxal mərhələsinə son qoyaraq ölkəmiz daha çox ixrac meylini gücləndirmək istiqamətindədir. İnsanların bu təşvişdə “dollar alsaydım qabağa düşərdim”, “bilənlər aldı” bu kimi deyimlər ilə çaxnaşma yaradırlar. Artıq bir neçə gün dolların kiçik məbləğlər ilə qalxması bu sıçrayışın olmasına işarə idi. Birdə iqtisadiyyatdan da məlumdur ki, pullar bir yerdə dayanmağı sevmir və ən güclü iş adamları nəğd şəkildə çox az miqdarda vəsait saxlayırlar. İndidən sonra isə əhalinin dollar şəklində əmanətlər saxlaması heç də o demək deyil ki, onlar iflasdan tam sığortalanmış olurlar. Çoxları bundan çıxış yolu kimi, daşınmaz əmlaka investisiya yatırmağı məsləhət görür. Əlbəttə ki, hər ay daşınmaz əmlak bazarında baş verən qiymət artımı və insanların gələcək haqqında informasiyaya malik olmaması burada durğunluq yaradır. Amma durğunluq bir işə yaramır. Kimə lazımdırsa əmlakı artıq indi almaq lazımdır. Gecdə olsa fəaliyyətə başlamaq nağd şəkildə saxlanılan pulların batma riskini azaldır.

Sonda onu demək olar ki, bu islahatların və dəyişikliklərin əhali arasında yaranan çaxnaşmaya səbəb olması təbii haldır. İllər boyu sovet psixologiyasında böyüdüyümüz rejim bizim bədənimizdən tam çıxmamışdır. Lakin hakimiyyətin bu istiqamətdə apardığı bu innovativ tədbirlərin gələcək nəsillər üçün çox ideal bir şəraitin yaradılmasına imkan verməsi birmənalı şəkildədir. Hər bir yeniliyin əvvəlində çətinliklər olsa da sonda hər bir şey öz yerini tapır. Bu üçbuçağın isə hansı nəticələr verəcəyi isə yalnız proqnozlaşdırıla bilər.

 

Ruslan İsrafilov, iqtisadçı