Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

ZAQATALA DİRÇƏLİŞ, ÇİÇƏKLƏNMƏYÜKSƏLİŞİLLƏRİNİYAŞAYIR

 

Hər dəfə bir rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən yenilikləri işıqlandırarkən çətinliklə üzləşməli olursan – necə yazasan ki, məqalələr bir-birinə bənzəməsin. Hansı bölgəyə ayaq basırsan dinamik inkişafın, tərəqqi və yüksəlişin şahidi olursan. Hər yerdə möhtəşəm tikinti-quruculuq işləri gedir, şəhər və kəndlərimizin, yaşayış məntəqələrimizin infrastrukturu kökündən təzələnir, bir dəfə getdiyin yeri ikinci dəfə tanıya bilmirsən. Bu, bir reallıqdır. Jurnalist bir qəzet məqaləsində gördüklərinin hamısını öz oxucusuna çatdıra bilmir. Bir də ki, görünən dağa nə bələdçi?! Azərbaycan elə də böyük məmləkət deyil ki, onun hər yerini gəzib görmək kiməsə müyəssər olmasın…

Zaqatalaya necə gəlib çatdığımı hiss edə bilmədim. Yol boyu qarşıma çıxan heyrətamiz mənzərə məni elə ağuşuna almışdı ki, bir neçə saatın necə ötüb keçdiyindən xəbərim olmadı. İndi bu yerlərin yamacı da, düzəni də, dağı da zümrüd örpəyə bürünüb, gül-çiçəyin ətri-rayihəsi insanı bihuş edir. Görülən irimiqyaslı tikinti-quruculuq işləri bu gözəllikləri birə-on qat artırıb.

Zaqatala və Balakən rayonları respublikamızın strateji nöqtəsində yerləşir. Bu bölgənin inkişafına və çiçəklənməsinə ölkə başçısının diqqət və qayğısı hər addımda görünür. Əgər belə olmasaydı, son 10 il ərzində Zaqatalanın siması bu qədər dəyişməzdi. 2004-cü ildən Dövlət Proqramlarının icrası nəticəsində burada irili-xırdalı o qədər işlər görülüb ki, onları saymaqla qurtarmaq olmaz. Zaqatalada hər gələn il əvvəlkinə  nisbətən uğurlu olub, heç bir sahədə geriləmə, tənəzzül müşahidə olunmayıb.

Tikilən yüzlərlə sosial obyektlər, yollar, körpülər, yaşayış binaları, aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri Zaqatalanın tərəqqi və yüksəliş mərhələsinə daxil olduğundan xəbər verir.

Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramlarının icrası istiqamətində işlərin davam etdirilməsi nəticəsində 2014-cü ildə Zaqatala rayonunda tikinti sektoru istisna olunmaqla, 180,8 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə 6,3 faiz çoxdur. Sosial məsələlər həmişə diqqət mərkəzində saxlanılmış, əmək haqqı, pensiya və müavinətlər artmış, belə ki, 2014-cü ildə orta aylıq əmək haqqı 250 manat, orta aylıq pensiya 153,7 manata çatdırılmışdır. 2014-cü il bütün sahələr üzrə əvvəlki illərdən  məhsuldar olub, daha çox işlər görülüb. Keçən il kənd təsərrüfatı məhsullarının istehsalı 3 milyon 375 min manat artaraq 103 milyon 277 min manata çatdırılmışdır. «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı  təminatına dair Dövlət Proqramları”nın icrası ilə bağlı rayonda kənd təsərrüfatı işlərinin miqyası genişləndirilmiş, əvvəlki illərdən daha çox qarğıdalı, paxlalı, qızılgül ləçəyi, kartof, tərəvəz, çay yarpağı istehsal olunmuşdur. Bağlardan 29 min 526 ton meyvə, 760 ton üzüm toplanmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi ilə bağlı işlər davam etdirilmişdir. Bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır ki, ötən il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonun Əliabad qəsəbə, Əlibayramlı və Qandax ərazi nümayəndəliklərində bu sahədə yoxlamalar aparılmış, heç bir qanun pozuntusu və əyinti aşkar edilməmişdir. Keçən il «Aqrolizinq» ASC-nin Zaqatala filialı tərəfindən 2 ədəd kombayn və 1 ədəd traktor sahibkarlıq subyektlərinin ixtiyarına verilmiş, həmçinin rayonda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir. Bundan başqa, fermerlər Bakı şəhərində  təşkil olunan yarmarkalarda fəal iştirak edirlər.

Zaqatalada ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına xüsusi diqqətlə yanaşılır. Bu istiqamətdə görülən tədbirlər nəticəsində il ərzində 40 min 648 manat cərimə tətbiq olunmuşdur.

İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən «Ümumrespublika yaşıllaşdırma» marafonu çərçivəsində ötən il rayonda 10 min 960 ədəd ağac əkilmiş, 1100 hektar mədəni meşə əkininə qulluq edilmiş, 60 hektar sahədə yeni meşə massivi yaradılmışdır. Bu istiqamətdə işlər 2015-ci ildə də vüsətini azaltmadan davam etdiriləcək.

Rayonda məktəbəqədər təhsil müəssisələrinin tikintisi və təmiri, onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görülüb. Zaqatala şəhərində, Lahıc, Danaçı və Faldarlı kəndlərində yeni körpələr evi-uşaq bağçaları inşa edilmiş, 6 saylı şəhər və Muxax kənd uşaq bağçalarında yenidənqurma-bərpa işləri aparılmış, yeni avadanlıqlarla təchiz edilmişdir.

– Muğanlı kənd, Əliabad qəsəbə körpələr evi-uşaq bağçalarında son tamamlanma işləri gedir, yaxın zamanlarda bu müəssisələr fidan balaların ixtiyarına veriləcək. Şəhərdə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yeni 100 yerlik uşaq bağçasının tikintisinə başlanılıb. Zaqatala şəhərinin Azərbaycan prospektində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış və burada tikilən 100 yerlik yeni uşaq bağçası istifadəyə verilmişdir.

Rayonda həyata keçirilən infrastruktur işlərində və bunun nəticəsi olaraq qazanılan uğurlarda özəl bölmənin xüsusi çəkisi və payı var. Belə ki, sahibkarlıq subyektlərinin maliyyə vəsaiti hesabına rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksəkmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmiş, ümumi sahəsi 13 min 602 kvadratmetr olan 93 fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir. Ümumilikdə, son bir ildə 8 milyon manat həcmində abadlıq, tikinti və yenidənqurma işləri görülmüş, bələdiyyələr tərəfindən aparılan tikinti-quruculuq işlərinin həcmi 261,4 min manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan  Zaqatala Rayon İcra Hakimiyyətinə ayrılan vəsait hesabına şəhərin Heydər Əliyev və Azərbaycan prospektlərində, 28 may, Ü.Sadıqov, Şəhriyar, Qarabağ, Sülh, Vidadi və V.Qurbanov küçələrində, şəhərin şimal-qərb yaşayış massivində abadlıq-quruculuq və yenidənqurma işləri aparılmış, Sülh küçəsində ictimai binaların həyətlərində nümunəvi həyət layihələrinə uyğun olaraq xeyir-şər evi tikilmiş, ətrafda abadlıq işləri görülmüşdür.

Zaqatalada ən çox diqqət yetirilən sahələrdən biri əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi, onların elektrik enerjisinə, təbii qaza, içməli suya olan tələbatının dolğun şəkildə ödənilməsidir. Rayon icra hakimiyyəti, müvafiq qurumlar bu sahəni daim nəzarətdə saxlayır, yaranan problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görür.

Sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Muğanlı, Əlibayramlı, Dombabinə, Muxax, Çobankol, Qımız, Bazar, Zəyəm və Gözbarax kəndlərində su xətləri dəyişdirilmiş, subartezian quyuları təmir edilmişdir.

Danaçı, Uzunqazmalar, Uzuntala, Ələsgər və Paşan kəndlərində modul tipli subartezian quyuların tikintisi üçün torpaq sahələri ayrılaraq layihələndirmə işlərinə başlanmışdır.

– Ötən il ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlərə diqqət artırılmış, mövcud təcrübənin təkmilləşdirilməsi və inkişafına ciddi fikir verilmişdir. Görülən tədbirlərin ən mühümü XI sinif şagirdləri arasında Heydər Əliyev irsinin dərindən öyrənilməsi məqsədilə ulu öndərin adını daşıyan Mərkəzdə keçirilən dərslər və məşğələlər olmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən «Ölkəmizi tanıyaq» layihəsi Zaqatala rayonunda uğurla həyata keçirilmişdir. Keçən il orta məktəbi bitirən 1244 nəfər məzundan 341 nəfəri tələbə adını qazanmışdır. Bunlardan 18 nəfər 600-dən yuxarı, 37 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Orta məktəbi bitirən 4 məzun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülmüşdür. Fərqlənən müəllimlər fəxri adlar və medallarla təltif olunmuş, qabaqcıl məktəblər mükafatlar almışdır.

Rayonda səhiyyənin inkişafı sahəsində də müəyyən işlər görülmüşdür. Zaqatala rayon Mərkəzi xəstəxanasına ötən il 417 min manat dəyərində dərman və sarğı materialları verilmiş, gündəlik yükü 60-70 xəstə sayından 110-120-ə qədər artmışdır. Respublika prezidentinin tapşırığına uyğun olaraq 80 min  665 nəfər tibbi-profilaktik müayinədən keçmişdir. Ötən il Rayon Olimpiya İdman kompleksinin imkanlarından da səmərəli şəkildə istifadə olunmuşdur. Cüdo və güləş üzrə respublika, beynəlxalq yarışlarda və turnirlərdə idmançılar yüksək nəticələr qazanmışlar.

Ötən il Qəbələdə keçirilən voleybol üzrə qızlar arasında yeniyetmələrin IX Respublika oyunlarının zona mərhələsində Zaqatala komandası birinci yerə layiq görülmüşdür.

Rayonda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə ciddi fikir verilmiş, çağırış yaşlı gənclərlə geniş iş aparılmışdır. Zaqatala ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların «N» saylı hərbi hissələri ilə yaxşı əlaqələr qurulmuşdur. 2014-cü ildə 652 nəfər həqiqi hərbi xidmətə yola salınmış, 210 nəfər çağırış yaşlı gənc dövlət hesabına rayonun avtomobil sürücüsü hazırlayan məktəbində təhsil almışdır. Həmin gənclərin hamısı öz sürücülük fəaliyyətini milli ordunun sıralarında davam etdirəcəkləri ilə qürur hissi keçirirlər.

Rayonda Ulu Öndərə hörmət əlaməti olaraq onun irsinin dərindən öyrənilməsinə diqqət yetirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, onun tövsiyə və tapşırıqları ictimaiyyətə çatdırılır. Bunun üçün rayon ərazisində təbliğat qrupları yaradılıb. Həmin qruplar vasitəsi ilə təkcə ötən il Heydər Əliyev Mərkəzində, müəssisə və təşkilatlarda, yaşayış yerlərində 130 görüş keçirilib.

2014-cü il Azərbaycan üçün uğurlu il olub, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadi artım baş verib, demokratik islahatların və bəşəri dəyərlərin bərqərar olub inkişaf etdirilməsi istiqamətində bir addım da irəliyə gedilib. Ən əsası da odur ki, dünyanı cənginə alan böhranlar Azərbaycanın davamlı və dayanıqlı inkişafına ciddi əngəl törədə bilməyib. Ölkəmizdə qazanılan bu uğurlarda Zaqatalanın kiçicik də olsa payı var. Rayonun turizm potensialı böyükdür, bağçılıq, tərəvəzçilik və meşəçilik təsərrüfatlarının genişləndirilməsinə və bu sahədə müasir tipli modern emal müəssisələrinin yaradılmasına yaxşı imkanlar mövcuddur. Bu sahələrin inkişafı üçün məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.

Zaqatalanın gözəl təbiəti, əlverişli iqlim şəraiti olduğu kimi, onun insanları da əməksevərdir, mehribandır, qonaqpərvərdir. Bu bölgəyə səfərim zamanı həmişə çox yerdə görə bilmədiyim həlim və isti münasibətlə qarşılaşıram. Burada hər qarşına çıxan salam verib səninlə hal-əhval tutmadan, hətta evinə qonaq dəvət etmədən keçinə bilməz. İnsana belə xoş münasibəti, lütf və mərhəməti dünyanın heç yerində görməmişəm. Bu, bir fenomendir, yalnız Azərbaycana və azərbaycanlılara məxsus olan fenomen!

 

ZülfüİLYASOV,

«İqtisadiyyat» qəzetininbölgə müxbiri,

Zaqatalarayonu