Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

SƏSİNİZ-SORAĞINIZ ÇOX-ÇOX UZAQLARDAN GƏLƏCƏK

 

Azərbaycanın iqtisadiyyatı möhkəmləndikcə paytaxt Bakı şəhəri ilə yanaşı, regionlarında müasir tələblər səviyyəsində yenidən qurulmasına abadlaşdırılmasına və müasirləşdirilməsinə böyük önəm verilir. Son 10-11 il ərzində görülən möhtəşəm işlər, həyata keçirilən genişmiqyaslı tədbirlər elə  bir vəziyyət yaradıb ki, artıq şəhərlə kənd arasındakı fərqi seçmək olmur. Bir neçə il öncə Bakı  şəhərindən başqa beynəlxalq əhəmiyyətli tədbirlər keçirmək üçün respublikamızın heç bir şəhərində lazımi şərait yox idi. İndi Azərbaycanda  Gəncə, Sumqayıt, Naxçıvan, Xaçmaz, Qəbələ, Mingəçevir, Şəki, Şirvan, Lənkəran, Zaqatala və digər şəhərlər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. İnkişaf  və tərəqqi dalğası bölgələrimizin  simasını kökündən dəyişməklə bərabər, iqtisadiyyatın şaxələnməsinə və yeni texnologiyalar əsasında qurulmasına imkan vermiş,  bir sıra yeni sahələrin və fəaliyyət növlərinin intişar tapıb yaranmasına səbəb olmuşdur. Hazırda  ölkəmizdə 10-15 il öncə  olmayan, yaxud da  zəif inkişaf edən fəaliyyət sferalarının formalaşması prosesi gedir. Belə sahalərdən biri də turizm sektorudur. Qısa zaman kəsiyində Azərbaycanda yaradılan  və ən yüksək standartlara cavab verən turizm infrastrukturu ölkəmizə gələn turist axınını artırmışdır. Rəsmi məlumata görə il ərzində Azərbaycana gələn xarici turistlərin sayı  bir milyon nəfəri ötüb keçmişdir. Bu sahədə artım dinamikası yüksələn xətt üzrə davam edir. Turizm obyektlərinin və  marşrutlarının böyük bir hissəsi  bölgələrimizin payına düşür. Bu isə  öz növbəsində yüksək standartlara cavab verən modern  kadr hazırlığı məsələsini ön poana çəkir. Mingəçevir Turizm Kolleci də bu məqsədlə yaradılmışdır. Fəaliyyət göstərdiyi 9 il ərzində kollec qarşısına qoyduğu missiyanın öhdəsindən  gələ bilməmişdir. Mincəçevir turizm  Kollecinə yarandığı gündən iqtisad elmləri direktoru, professor,»Qızıl qələm» mükafatı laureatı Əyyub Əyyubov rəhbərlik edir. O, həmçinin Respublika Ziyalılar Cəmiyyəti Mingəçevir şəhər şöbəsinin sədri Rusiya yazıçılar Birliyinin üzvüdür. Sosial və təbiət elmləri üzrə bir neçə beynəlxalq  Akademiyanın həqiqi üzvü, beynəlxalq  mükafatların və qızıl medalların sahibidir. Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. 24 kitabın və 280 elmi  məqalənin müəllifidir. Onunla müsahibəni oxucularımıza təqdim edirik.

- Əyyub müəllim, Maşallar  titullarınız o qədər çoxdur ki, hamısını qeyd edə bilmədim. Belə görünür ki, sanki bmrünüzün hər  anını mənalı və faydalı işlərə sərf etmişsiiz. Mingəçevir Turizm Kollecinin yaranmasında və inkişaf edərək bu səviyyəyə gəlib çıxmasında Sizin müstəsna rolunuz və  gərgin əməyiniz olub. Nə yaxşı ki, çəkdiyiniz zəhmət hədər getmyib, gözəl işlərdvə və xeyirxah əməllərdə öz təcəssümünü tapıb. Sizinlə bütün bunlar barədə bölüşmək çox maraqlı olardı. Öncə, rəhbərlik etdiyimiz təhsil müəssisəsi haqqında ümumi məlumat vermənizi xahiş edərdik.

- Gənc nəslin təlim-tərbiyəsi mənim həyat kreditimdir. Mingəcevir Turizm Kollecinin işə bunun içərisində xüsusi yeri və rolu vardır. Turizm sahəsi Azərbaycan üçün yenidir.  Yeniliyə ilk imza atmaq isə böyük məsuliyyət tələb edir. Dövlətimizin, dövlət başçımızın xüsusi qayğı və diqqəti  olmasaydı biz qısa zamanda belə modern, müasir tələblərə cavab verən  təhsil müəssisəsi yarada bilməzdik.  Mingəcevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli qərarı ilə yaradılmış və respublikamızda bu tipli orta ixtisas təhsilli kadr hazırlayan ilk təhsil müəssisələrindən biri hesab olunur. Kollec yarandığı vaxtdan aşağıdakı ixtisaslar üzrə  subbakalavr ixtisas dərəcəli mütəxəssis hazırlığı aparır: ingilis dili, ibtidai sinif müəllimliyi, mehmanxana işi və onun təşkili, bədən  tərbiyəsi və idman, mühasibat uçotu, turist-mehmanxana təsərrüfatının təşkili və idarə  olunması, dekoraiv tətbiqi incəsənət və xalq sənəti,  nəqliyyatda daşınmaların təşkili, bələdçilik işi, muzey işi və abidələrin qorunması, reklam işi.

2006-2014-cü illər ərzində kolleci 4906 məzun bitirərək öz ixtisasları üzrə müxtəlif sferalarda fəaliyyət göstərirlər.

Kollecin maddi-texniki bazası bir əsas tədris korpusundan köməkçi korpusundan, idman meydancasından, yeməkxanadan ibarətdir. Kollecdə həmçinin 40 sinif otağı, o cumlədən 20 fənn  kabineti, 2 laboratoriya, 1 linqafon, 3 kompleks təchiz olunmuş kompüter mərkəzi,27030 kitab nüsxəli kitabxana, 50 nəfərlik iki zal vardır. Hal-hazırda kollecin işçi tərkibi 176  nəfər, o cümlədən 168 nəfər pedaqoji  heyət və 8 nəfər texniki işçidən ibarətdir. Pedaqoji  heyətin tərkibində bir nəfər elmlər doktoru professor, 4 nəfər elmlər namizədi, 8 nəfər mağistr vardır. Kollecdə tədris  prosesinin normal təşkilini təmin etmək,  müasir təlim metodlarından effektiv istifadəni həyata  keçirmək üçün 11 fənn komissiyası  fəaliyyət göstərir. Hal-hazırda kollecdə tələbə  kontingenti 2263 nəfərdir. Tədris əyani və qiyaği şöbələrdə aparılır. Əyani təhsil üzrə 1598 nəfər qiyabi təhsil üzrə 665 nəfər təhsil alır.

Azərbaycan Respublikası Mədəniyyət və turizm naziri Əbulfəz qarayevin, şəhər İcra Hakimiyyəti başçısının, müəssisə və təşkilat  rəhbərlərinin, ali və orta ixtisas müəssisələri  rəhbərlərinin iştirakı ilə 2011-ci ili naprel ayında  kollecin fəaliyyətə başlamısının 5 illiyi münasibəti ilə geniş tədbirlər keçirilmişdir. 2016-cı ildə kollesin yaranmasının 10 illiyi də təntənəli şəkildə qeyd olunacaq.

- Bir neçə kəlmə də kollecdə həyata  keçirilən təhsil standartları barədə danışardınız…

- Kollecdə ölkəmizdə aparılan təhsil islahatlarına uyğun olaraq orta ixtisas təhsil  müəssisələrinin Boloniya prosesinə qoşulması istiqamətində müvafiq fəaliyyət həyata keçirir. Bu prosesin tələblərinə üyğun olaraq 2011-ci ildən etibarən kollecdə tələblərin biliyinin çoxballı sistem üzrə qiymətləndirilməsi qaydaları tətbiq edilmişdir. Avropa Kredit Transfer sisteminə keçilməsinə ilə əlaqədar olaraq aşağıdakı tədbirlər həyata keçirilmişdir.  Belə ki, 10 fənn kabinetində proyektor, 3 fənn kabinetində «Ağıllı lövhə quraşdırılmışdır. «Kimya» və «Fizika»  laboratoriyaları müasir texniki avadanlıqlarla  təchiz edilmişdir. Müasir tipli linqafon kabineti, 3 tam təchiz edilmiş kompüter mərkəzi yaradılmış və internet təlim sistemi şəbəkəsinə qoşulmuşdur. Əsas tədris binasında bütün kabinetlər  müşahidə kameraları ilə təchiz edilərək tədris prosesinə nəzarət təmin edilmişdir. Bütün fənn kabinetləri yeni standartlar səviyyəsində maddi- texniki bazaya malikdir. Kollecdə elektron kitabxana şəbəkəsi yaradılmış və kitabcana fondunun zənginləşdirilməsi üçün davamlı iş aparılır.

Kollec, eyni zamanda tələblərin asudə  vaxtlarının səmərəli təşkili idman yarışlarının və digər bədii-kütləvi tədbirlərin həyata keçirilməsində həmişə fərqlənişdir. Kollecin «MTK – Ulduz» futbol komandası istər şəhər miqyaslı yarışlarda, istərsə də  respublika turnirlərində iştirak etmiş və 2013-cü ildə həvəskar komandalar arasında keçirilmiş XV ölkə birinciliyinin qalibi olmuşdur.

Komanda Beynəlxalq Futbol Federasiyaları İttifaqının keçirdiyi «Krım payızı» futbol  turnirlərində iştirak etmək hüququ qazanmış 8 komandanın iştirakı ilə 2013-cü ilin  sentyabrın 17-22-i  tarixində Simferepol şəhərində keçirilən həmin terizmdə qələbə əzmi nümayiş etdirilərək IV yeri qazanmışdır. Bundan başqa, kollecdə şahmat, cido, güləş, boks, kinboks, avarçəkmə və digər  fərdi  idman növləri üzrə məşqlər aparılır və  tələbələr istər republika, istərsə də beynəlxalq yarışlarda uğurla iştirak edərək yüksək nəticələr qazanmışlar.

- Hörmətli professor, turizm dynyaya açıq olan fəaliyyət sahəsidir. Ölkəmizi dünyada tanıtmaq, qlobal aləmə təqdim etməy üçün türizm böyük imkanlara malikdir. Bu  mənada beynəlxalq əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Rəhbərlik etdiyimiz kollecin beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz?

- Kollec yarandığı gündən beynəlxalq əməkdaşlığı əsas vəzifə olaraq qarşıya qoymuş bu məqsədə çatmaq üçün illər fəaliyyətini genişləndirmişdir. Britaniya Şurasının «İş üçün bacarıqlar» layihəsi çərçivəsində 2007-2010-cu illər ərzində müxtəlif səpkili təcrübə mübadiləsi aparılmış, Stevenson Kolleci  ilə bu istiqamətdə ardıcıl tədbirlər həyata  keçirilmişdir. Əməkdaşlıq zəminində  könüllülər arasında  tələbə mübadiləsi aparılmış, iki tələbəmiz Stevenson Kollecinin dərs  prosesində iştirak etmiş, müəllimlərimizin beş dəfə qarşılıqlı səfərləri gerçəkləşməsidir.

Yeni təhsil və təlim  metodları ilə bağlı kollecimizin müəllimləri üçün trenqlər keçirilmiş və tələbələrin iştirakı ilə Beynəlxalq Bankı  konfransı bat tutmuşdur. «İşə düzəldənlərlə müəssisələrinin qarşılıqlı əlaqələri» adlı tövsiyyələr kitabı hazırlanaraq Britaniya şurası tərəfindən təqlimatı keçirilmişdir.

Stevenson Kolleci ilə Mingəçevir Turizm Kolleci tərəfindən «Azərbaycan turizmində müştəri xidməti təlim kursu paketlərinin  ingilis və Azərbaycan dili variantları həmçinin elektron variantları şazırlanaraq nəşr olunmuş və  müəllimlərimizin ixtiyarına  verilmişdir. Həmin kursların məzunlarına hər iki ölkə  kolleslərinin birgə sertifikatları təqdim  edilmişdir. Londonda keçirilən seminarlarda kolleclərin əməkdaşlığı nəticəsində qazanılan uğurlar Britaniya Şurasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Hazırda kolleclər arasında əməkdaşlıy ikitərəfli qaydada davam etdirilir. Mngəsevir Turizm Kolleci 2010-cü ildən Moskva Humanitar və Moskva  Biznes İqtisadiyyatı Kollecləri, Ruminyanın Andrei Barsanu Kolleci, 2011-ci ildən Qazaxıstanın Almaata Dövlət Texnologiya və Menecment  Kolleci ilə əməkdaşlıq edir. Mingəçevir Turizm Kollecinin 2013-cü ildən yeni qoşulduğu Avropa Komissiyasının Tempus proqrammı əsasında «Davamlı Turizm Menecmenti» layihəsində  iştirakı yeni-yeni uğurlar vəd etməkdədir.

Layihə ilə əlaqədar mən və kollecin bir nəfər müəllimi Almaniyanın Vilhelmsaven şəhərində yerləşən Jade Universitetində olduq. Layihənin əsas məqsədi turizm sahəsində təhsilin yüksək standartlar səviyyəsində qurulmasına köməklik göstərməkdən ibarətdir layihədə Cənubi Qafqazın və latviyanın müvafiq təhsil müəssisələri iştirak edir. Bu layihədə Azərbaycandan Mincəçevir Turizm kolesi ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan turizm İnstitutu, Gəncə Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti də iştirak edir. Azərbaycanın nümayəndə heyətinin tərkibində, həmçinin Bakı Turizm İnformasiya mərkəzinin, «Ekosfera» sosial-ekoloji mərkəzin, Millenium Turizm Konqress MMC-nin və «Təbiət dostları» qeyri hökumət gənclər təşkilatının nümayəndələri nə iştirak etmişlər. Kollecimizin müəllimlərinin layihənin Almaniyada, Gürcüstanda, Pribaltika ölkələrində və Azərbaycanda təşkil etdiyi bütün tədbirlərdə iştirakı təmin olunmuşdur.

2014-cü ildən başlayaraq MTK Teipus proqrammı çərçivəsində Fransının Qrenobil Akademiyası ilə əməkdaşlığa başlamışdır Beynəlxalq əməkdaşlıq nəticəsində əldə etdiyi təcrübədən faydalanan və bu  təcrübəni tədris prosesində tətbiq edən Mingəcevir Turizm  Kolleci elm və təhsil sahəsində böyük nüfuza malik olan  bu akademiya ilə əməkdaşlığı  daha da genişləndirmək niyyətindədir.

Kollecimiz, həmçinin Tempuz proqramm çərçivəsində «Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı» layihəsində iştirak hüququ qazanmışdır. Layihənin əsas məqsədi iştirakçı ali məktəblərin tədris planlarının treninq metodologiyasına uyğun hazırlanması, həmin  tədris planlarının Avropa universitetləri ilə eyniləşdirilməsi, ikili diplomların və diploma əlavələrin verilməsindən ibarətdir.

Layihənin işçi planına uyğun olaraq 2014-cü ilin may ayının 18-25 tarixində layihənin Baş koordinatoru və ekspertləri Azərbaycana gələrək Azərbaycan Texniki Universitetində təqdimat keçirilmişdir. Bu tədbirlər müddətində qonaqlar Tempus layihəsinin əsas iştirakçılarından olan Azərbaycan Turizm İnstitutunda və Mingəcevir Turizm Kollecində olmuşlar. Layihənin baş koordinatoru Fransanın Qrenobil Akademiyasının professoru İean-Noel Pachoud layihənin eksperi Kristian İarri,  layihənin Azərbaycan üzrə koordinatoru Azərbaycan Texniki Universitetinin kafedra müdiri,  professor Həsən Hüseynov Mingəcevir Turizm Kollecində olmuş, tədris prosesi və pedaqoji kollektivlə, fənn kabinetləri ilə tanış olmuşlar. Burada, görüşlər, «dəyirmi masa»-lar treninqlər keçirilmiş, geniş fikir mübadiləsi aparılmışdır. İşçi planına uyğun olaraq 2014-cü il sentyabr ayının 20-29 tarixində layihənin  Azərbaycan üzrə təmsilçiləri Ruminiyanın İyasi şəhərində  Alexandru İoan Cuza Universitetində olmuş həmin universitetdə bir sıra görüşlər  keçirilmiş, universitetin tədris imkanları, mütəxəssis hazırlığı ilə yaxından tanış olmuş, birgə  Azərbaycan nümayəndə heyəti,həmçinin İyasi  şəhərində yerləşən Texniki Universitetinin tədris prosesi ilə də yaxından  tanış olmuşdur. Həmin universitetin rəhbərliyi Mingəcevir Turizm Kollecinin işi ilə maraqlanmış, bu təhsil ocağına gəlib gəzmək arzusunda olduqlarını ifadə etmişlər. Bu il  Temus proqrammı çərsivəsində kollecin bir müəllimi Rusinayaya üç həftəlik kursu göndəriləcək. 2015-ci ili naprel ayından etibarən  Azərbaycan Respublikası mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə  Turkiyənin Antaliya şəhərində yerləşən Asiya Beynəlxalq Kolleci ilə  Mingəçevir Turizm Kolleci arasında birgə əməkdaşlığa dair müqavilə hazırlanır. Həmin müqaviləyə əsasən tələbələrimiz Turkiyənin adıçəkilən tədris müəssisəsində təcrübə kursu keçə  biləcəklər.

Əyyub müəllim, qısa zaman kəsiyində rəhbərlik etdiyiniz təhsil müəssisəsiniz bu qədər uğurlara imza olması təqdir olunmalı hadisədir. İnanırıq ki, bundan sonrakı illərdə də səsiniz-sorağınız çox-çox uzaqlardan gələcək. 

Qələbə əzminiz heç zaman tükənməsin!

Çox sağ olun!

 

Müsahibəni aparıdı Zülfü İlyasov

Bölgə müxbiri