Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İstehlakçıların istək və arzularını qarşılamaq, təbiətin dostu məhsul və 

xidmətləri satışa çıxarmaq

XX əsrin sonu XXI əsrin əvvəllərində  hər gün dünyaya 250 min insan gəlir. Onları yedizdirmək, geyindirmək və evlə təmin etmə\k lazımdır. Dünya bankının proqnozlarına görə planetin əhalisi 2025-ci ildə 3 milyard nəfər artacaq. Yaxın 30 ildə şəhər əhalisi 3 dəfə artacaq. Yaxın 15 ildə dünya əhalisini ərzaqla təmin etmək üçün ya məhsuldarlığı üç dəfə artırmaq, yaxud da əkin sahələrini üç dəfə artırmaq gələcək. Ancaq reallıq budur ki, əksər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta hesabla 50% təşkil edəcəkdir. Yaxın 30 ildə ərzaq məhsullarının istehsalı iki dəfə artacaq, deməli demoqrafik böhran, qlobal su ehtiyyatlarının böhranı, urbanizasiya probleminə ərzaq böhranları əlavə olunacaq.

Azərbaycan əhali artımına görə dünyanın qabaqcıl ölkələri sırasındadır. Beləki, ölkəmizdə əhali artımının dinamikasına nəzər yetirdikdə əhalinin 1989-2015-ci illər arasındakı artım 2456 min nəfər təşkilo etmişdir. Əgər bu artım tempi ilə respublika əhalisinin artımı davam edərsə 2050-ci ildə əhalinin sayı 15 milyonu ötəcəkdir. Deməli 2050-ci ildə ölkə əhalisinin sayı indikindən iki dəfə artıq olacaqdır.

Ərzaq probleminin əmələ gəldiyi vaxtdan onun aradan qaldırılması yolları haqqında mübahisələr gedir. Ərzaq çatışmamazlığının aradan qaldırılması üçün müxtəlif variantlar irəli sürülür.

Yer kürəsi əhalisinin  kifayət miqdarda  qida məhsulları ilə təmin olunmsı bir çox mürəkkəb və qarşılıqlı əlaqəli problem sayılır. Digər mühüm poblem  isə qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, mukroelementləri  və  s. Dünya kənt  təsərrüfatı  sisteminin  bölüşdürülməsi nın ətraf mühitə zərərli  təsiri minimuma  endirilməlidir.

Məlum olduğu kimi, torpaq kənd   təsərrüfatı  bitkilərdən məhsul almağın əsası kimi başlıca zəruri sərvət olub mövcudluğumuz  ondan aslıdır. O, kənd təsərrüfatı istehsalının başlıca  vasitəsi,  qida məhsullarının əsas mənbəidir. Dəniz və suni istehsal sahələri (hidroponika, istixanalar) qida məhsullarının əldə edilməsində  olduqca  az rola malikdir. Okeandan insan  30- 40 mln tona yaxın dəniz balığı,  onurğasız  heyvanlar  və yosun əldə edir .

Quruda  hazırda 80 min qida bitkisi növü  mövcudur , bəşəriyyət  isə əsasən  cəmi 30 kənt  təsərrüfatı  bitkisi ilə  qidalanır.  Beləliklə qeyd etmək  lazımdır  ki, bizim  ölkəmizdə əhalinin  təbii  artımı cəhətən  dünya ölkələri arasında qabaqcıl  yerlərdən birini  tutur. (19%) 2050-ci ildə azərbaycan əhalisi  təxminən  15-16  milyona çatacaq. Həmin əhalini  ərzaqla , islə, normal səhiyyə  xidməti, təhsil, evlə,  ən əsası isə istehlak tələblərinin həyata keçirilməsi üçün  indidən fikirləşməliyik və tədbirlər planı həyata keçirilməlidir.

Ərzaq çatışmamazlığı  problemi  təkcə  gəlirlərin aşağı səviyyədə olması  ilə əlaqədar  deyil. Bu həm də digər böhranlı tendesiyaların mövcudluğu, o cümlədən  kənd  təsərrüfatına  yararlı olan torpaq sahələrinin erroziyaya uğraması və şoranlaşması, məhsulların saxlanılması və daşınması ilə bağlı müvafiq  infrastrukturun  olmamasıdır. Təbii  fəlakətlər,  geosiyası amillər də,  burada mühüm rol oynayır.

Dünya kənd təsərrüfatı tarixində bir neçə inkişaf dövrləri baş vermişdir. Onların birincisi XX əsrin 20-30-cu illərində baş verən elmi –texniki inqilabdır. O, vaxt keçmiş SSRİ-də də geniş və kütləvi traktorlaşdırma aparılmağa başlamışdır. 40-50-ci illərdə kənd təsərrüfatı seleksiyaçıları xüsusi müvəffəqiyyətlərə nail olmuşlar. 60-cı illərdə “kimyalaşdırma” inqilabı başlamışçdır. Mineral gübrələr, bitkilərin mühafizəsi üçün kimyəvi vasitələrdən geniş sürətdə istifadə edilməyə başlamışdır. 80-cı illərdə inkişaf etmiş ölkələrdə biotexnika, irsiyyət və kompyuterləşmə və robotlaşmanın inkişaf bazasında “ikinci yaşıl inqilab” baş verir.

Kənd təsərrüfatının sənayeləşdirilməsi prosesinin yenidən qurulmasını “Yaşıl inqilab” adlandırırlar. Bu proses ABŞ, Kanada, Böyük Britaniyada əsasən müharibədən əvvəlki dövrdə, qərbi avropa və Yaponiyada 50-60-cı illərdə həyata keçirilmişdir. Hazırda isə həmin ölkələr “biotexnoloji inqilab” mərhələsində olub,biotexnologiyanın EHM bitkilərin mühafizəsinin tamamilə yeni üsulları, torpağın becərilməsinin, yüksək suvarmanın tətbiqi ilə xarakterizə olunur. O ki, qaldı “Yaşıl inqilab” termininin geniş yayılmasına 60-70-ci illərdə bir sıra yeni tətbiq məhsullarının inkişaf etməkdə olan ölkələrin torpaqlarına gətirilməsi ilə əlaqədardır.

İnkişaf etməkdə olan ölkələrdə “Yaşıl inqilabın” üç əsas kompanenti iştirak edir. Onlardan birincisi kənd təsərrüfatı bitkilərinin yeni növlərinin istifadəsidir. Bu məqsədlə 40-80-cı illərdə inkişaf etməkdə olan ölkələrdə müxtəlif aqrosistemlərin öyrənilməsi ilə məşğul olan 13 beynəlxalq elmi tədqiqat mərkəzi yaradılkmışdır.

“Yaşıl inqilabın”  ikinci kompanenti –irriqasiyadır. Bu ona görə vacibdir ki, taxıl bitkiləri öz potensiallarını yaxşı su ilə təchiz olunma şəraitində göstərə bilərlər.

“Yaşıl inqilabın” üçüncü kompanenti müasir texnikanın, bitkilərin mühafizə vasitələrinin tətbiqidir.  Hazırda dünya ixracatı “Yaşıl satış” strategiyası həyata keçirilir.  Yaşıl satış anlayışı 35 il bundan əvvəl başlamış istehlakçıların istək və ehtiyaclarını qarşılamaq üçün təbiətin dostu məhsul və xidmətlərin satışa çıxartma fəaliyyəti olaraq müəyyən olunmuşdur. “Yaşıl satış”ın inkişafı üç dövrü əhatə edir. 1960-1970-ci illər , 1980-cı illər və sonuncu 2000-ci ildən sonrakı “Yaşıl satış” dövrləri.

Azərbaycanın iqlim və torpaq xüsusiyyətlərinin rəngarəngliyi yerli istehlakçılarımıza daha təbii və dadlı məhsullar yetişdirməyə imkan verir. Əslində məhsulların GMO-lu olub, amma təbii ad altında məhsullarını satan və bir çox beynəlxalq istehlakçılardan daha çox yerli istehlakçılarımıza məhsullarına təbidir deməyə haqqı var. Bu Azərbaycan suyunun, torpağının, duzunun, bol günəşinin nəticəsində mümkün olur. Avropanın GMO-lu məhsullara qarşı həssaslığı bizə imkan verir ki, bu cür imkanlarımızdan faydalanaraq kənd təsərrüfatımızı və qida sənayemizi inkişaf etdirək.

Artıq ölkə istehlakçıları “Yaşıl satış” strategiyasını geniş şəkildə tətbiq edə bilməyiblər. Onlar ixraclarını artırmaq üçün tezliklə yaşıl satışa da keçirilməlidirlər. Bu eyni zamanda GMO məhsullarına yox demək olar.

Müasir dövrdə ölkələrdə əhali qruplarının aclıq təhlükəsi ilə qarşılaşdığı və minimum fizioloji normalar səviyyəsində qidalanmasının çətinləşdiyi şəraitdə özünün tam kəskinliyi ilə biruzə verməməkdir. Ərzaq probleminin qlobal anlamda mahiyyəti dövlətin milli təhlükəsizliyinin prioritet istiqamətlərindən birini təşkil edir. Ərzaq təhlükəsizliyinin dövlət siyasətinin uğurla reallaşmasına xidmət etməklə iqtisadi, sosial demokratik və ekoloji amillərin təsiri altında formalaşır. Dövlət ərzaq təhlükəsizliyinin təmin edilməsi kənd təsərrüfatı istehsalının mövcud vəziyyətindən və ərzaq kompleksinin investisiyalaşdırılması  dərəcəsində əhəmiyyətli dərəcədə asılıdır.  

Bu prizmadan yanaşdıqda Azərbaycan mövcud potensialdan istifadə etməklə daxili məhsul istehsalını artırmaq, öz əhalisinin ərzaq  məhsulları ilə təmin etmək və ixrac potensialını genişləndirmək siyasətini həyata keçirir. Bazar infrastrukturunun formalaşdırılması, topdansatış kənd təsərrüfatı birjalarının yaradılması bu sahədə müsbət dönüş yaradır. Son illər həyata keçirilən tədbirlıər vergi güzəştləri, aqrar sahələrin texnuiki və xammala olan tələbatlarının ödənilməsi məqsədilə xaricdən gətirilən maşın və avadanlıqların stimullaşdırıcı gömrük rüsumlarının tətbiqi xeyli irəliləyişə gətirib çıxarmışdır.

Ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl istehsalı ən başlıca mənbə hesab olunur. Ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində taxıl istehsalı ilbəil artmaqla 2 mly.tonu ötüb keçmişdir. Lakin bununla belə hələ buğda və buğda unu ilə ildə təxminən 600 min ton civarında idxal olunur.

Qarşıda duran strateji məqsəd bu sahədə idxaldan asılılığı aradan qaldırmalıdır. Əhalinin ərzaq təhlükəsizliyini xarakterizə edən meyyarlardan biri də istehlak göstəriciləridir. Dövlət statistika Komitəsi tərəfindən hər il adambaşına düşən istehlak göstəriciləri işlənib hazırlanır. Araşdırmalar göstərir ki, orta ailənin ərzaq məhsulları ilə təminatının tərkibi çox növlüdür, lakin başlıca olaraq taxıl mənşəli qidalar üstünlüyə malikdir.  Belə ki, il ərzində orta ailədə hər nəfərə orta hesablanır ekvivalentindən 128 kq taxıl məhsulları, toyuq əti də daxil olmaqla 77 kq ət düşür. Bu göstərilənlər beynəlxalq standartlardan geridir. Ərzaq təhlükəsizliyi probleminin təhlili göstərir ki, əhalinin ərzaq məhsulları ilə təminatı ilə onun istehsalı arasında müəyyən ziddiyətlər mövcuddur. Bele ki, qida məhsullarının istehsalı üçün zəruri olan torpağın və malqaranın ümumi miqdarı hesablanarkən  potensial məhsuldarlığ göstəriciləri  əsas götürülür. Təcrübə göstərir ki, ərzaq təhlükəsizliyinin dayanıqlı inkişafının təmin edilməsi və istehsalın şaxələndirilməsi məsələlərinin düzgün həllindən asılıdır. Ümumiyyətlə bütün hallarda ölkəmizdə əhalinin  proqnozlaşdırılan tələbatını təmin etmək, keyfiyyəti artırmaq, məhsuldarlığı yüksəltmək rasional baxımdan mümkündür. Ardıcıl surətdə həyata keçirilən iqtisadi istehsalatlar, Dövlət Proqramlarının  uğurlu icrası bütün sahələrin, o cümlədən kənd  təsərrüfatı və yeyinti məhsulları istehsalının artımına gətirib çixarmışdır. Respublikanın ayrı – ayrı bölgələrində yaradılan müasir standartlara cavab verən emal müəssisələri, saxlama kameraları, meyvə - tərəvəz  və taxıl terminalları buna əyani sübutdur. Bugün tam əminliklə demək olar ki, ərzaq təhlükəiliyi  yüksək səviyyədə qorunur.

 Əməkdar müəllim, professor

İmaməddin Mehrəliyev