Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Peşəkar mühəndis, yaradıcı insan

“Bakı Kondisioneri” ASC-nin İdarə Heyətinin sədri, dövlət mükafatı laureatı, texniki elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, Respublikanın əməkdar mühəndisi Vaqif Abas oğlu Heydərov 07 oktyabr 2014-cü ildə ömrünün 74 yaşında dünyasını dəyişmişdir.

V.Heydərov Bakı şə­hə­rində 1940-cı il yanvar ayının 26-da fəhlə ailəsində anadan olmuşdur. 1957-ci ildə orta təhsilini başa vurduqdan sonra  həmin il Çingiz İldırım adınaAzərbaycan Politexnik

İnstitutuna daxil olmuşdur. 1962-ci ildə mühəndis-mexanik ixtisası üzrə institutu fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Elektrotexnika Elmi-Tədqiqat İnstitutuna təyinat almışdır. 1962-1967-ci illərdə Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyində şöbə müdiri, 1971-1974-cü illərdə SSRİ Elektrotexnika Nazirliyinin Ümumittifaq Elektrotexnika Elmi-Tədqiqat İnstitutunun Bakı bölməsində böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Bu müddətdə “Bakılı” press xətti üçün ştamplar və qurğular işləyərək, onların “BEMZ” və “Bakelektroştamp” zavodlarında tətbiqi ilə məşğul olmuşdur. 1973-cü ildən tikilməkdə olan Bakı Məişət Kondisionerləri zavoduna dəvət olunaraq, Yaponiya şirkəti “Toşiba” ilə bağlanmış kontrakt əsasında o dövrdə müasir avadanlıqların - Yaponiyanın müxtəlif şəhərlərində yerləşən şirkətlərindən texnoloji avadanlıqların, tərtibatların, müxtəlif ştamp və qəliblərin texniki nəzarətinin yerində təşkil edilməsi üçün oraya mühəndis-inspektor kimi göndərilmişdir. Unudulmaz Prezidentimiz Heydər Əliyev cənablarının bilavasitə təşəbbüsü və tapşırığı əsasında Yaponiyaya ezam olunmuş bir qrup mütəxəssis yüksək səviyyəli beynəlxalq standartlara cavab verə bilən şəxslərdən ibarət idi. 1974-1975-ci illərdə SSRİ Xarici İşlər Nazirliyi tərəfindən Yaponiyaya ezam olunmuş V.Heydərov mühəndis-inspektor vəzifəsində çalışmışdır. Yaponiya ezamiyyətindən qayıtdıqdan sonra Bakı Məişət Kondisionerləri Zavodunun istismara verilməsində böyük fəaliyyəti olmuş, 1976-cı ildən etibarən zavodun sex rəisinin müavini, baş texnoloqun müavini, baş mühəndisin müavini, 1983-cü ildən “Bakı kondisioneri”  EİB-nin baş mühəndisi vəzifəsində 18 il çalışmışdır. 2000-ci ildən Birliyin baş direktoru, 2001-ci ildən  ömrünün sonunadək “Bakı kondisioneri” ASC-nin idarə heyətinin sədri olmuşdur.

“Bakı Kondisioneri” ASC Bakı Məişət Kondisionerləri Zavodunun əsasında 2001-ci ildə təsis edilmişdir. Bu zavod 1970-ci illərdə ulu öndərimiz Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü və uzaqgörən iqtisadi siyasəti nətcəsində inşa edilərək istismara verilmişdir. Bununla, Azərbaycan elektrotexnika sənayesininbir qolu olan kondisioner sənayesinin əsası qoyulmuşdur. 1993-cü ildə Heydər Əliyev yenidən Respublika rəhbərliyinə gəldikdən sonra dəfələrlə bu müəssisəyə gəlmiş və orada çıxışlarının birində demişdir: “Bu zavod çox gözəl müəssisədir. O mənim doğma övladımdır. Çünki onu mən yaratmışam”. Müdrik rəhbərin kəlamları dillər əzbəri olub, əmək devizinə çevrilmişdir.“Bakı Kondisioneri” ASC İdarə Heyətinin sədri Vaqif Heydərov 1973-cü ildən, Bakı Məişət Kondisionerləri Zavodunun yaranmasının ilk günlərindən ömrünün axırınadək bu müəssisədə fəaliyyət göstərmişdir.

İllər, onilliklər ötmüşdür. Həyatının 40 ilini əlində qələmlə keçirən, əməksevər, qabiliyyətli, nəcib, istehsalata bağlı, zəhmət adamlarının dərdinə-sərinə şərik, problem və qayğılarına yaxşı bələd olan, onların həllini bacaran, təcrübəli, əsl ziyalı, qeyrətli vətəndaş, xalqa bağlı olan Vaqif Heydərov belə insanlardan olmuşdur. Ömrü boyu inkişaf və tərəqqi naminə çalışan, dövlətin, xalqın, rəhbərlik etdiyi kollektivin dərin hörmətini qazanmış bu şəxs qabiliyyətinə, nüfuzuna, bacarığına, biliyinə, təşkilatçılığına, təşəbbüskarlığına və insani keyfiyyətlərinə görə daima seçilmişdir. Həyatı boyu harada oxuyub, çalışıbsa, adını hər yerdə hörmətlə, izzətləçəkiblər. Sözün həqiqi mənasında, Bakıda uzun illər elektrotexnika sənayesində çalışıb formalaşmış ziyalı, mühəndis, intellektual alim Vaqif Heydərov şəxsiyyət səviyyəsinə yüksəlmiş bir insan olmuşdur.

İnkişaf etmiş bir çox ölkələrdə - Avstraliya, İtaliya, Almaniya, Türkiyə, İran, Suriya və Avropanın digər ölkələrində Bakı Məişət Kondisionerləri Zavodunun məhsullarının ixracının təşkili, adı çəkilən ölkələrdə müəssisənin bilavasitə nümayəndəliklərinin yaradılması, ixrac ediləcək kondisionerlərin xidmət-servis məsələlərinin həll edilməsi, müəssisənin gələcək inkişafı ilə əlaqədar texnoloji proseslər və müasir avadanlıqlarla təmin edilməsi üçün danışıqlar apararaq öz zəngin təcrübəsindən istifadə etmişdir. Elm İstehsalat Birliyinin müəssisələrindətexnoloji proseslər çoxşaxəli olduğundan topladığı zəngin elmi və istehsalat təcrübəsini əsirgəmədən tətbiq edərək yüksək peşəkarlıqla qarşıya çıxan sualların vaxtında həllinə nail olmuşdur. 1986-cı ildə Rusiyanın Novoçerkassk Politexnik İnstitutunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır. Apardığı geniş elmi işlərə və istehsalat təcrübəsinə, habelə elmi əsərlərinin diapazonuna uyğun olaraq Azərbaycan Milli Yaradıcılıq Akademiyası texnika üzrə ona doktorluq diplomu vermişdir. 1986-cı ildə məişət kondisionerləri mühərriklərinin diyircək yastıqlarının sürüşmə yastıqları ilə əvəz olunmasında itkisiz ovuntu metallurgiyası texnologiyasının tətbiqi müəssisəyə milyon manatlarla gəlir gətirərək, texnoloji prosesin tətbiqinə nail olduğu üçün Azərbaycan Respublikasının Elm və Texnika üzrə Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. Vaqif Heydərov Azərbaycan Politexnik İnstitutunun “Daxili yanma və soyuducular” kafedrasında baş müəllim və dosent rütbəsi almışdır. 20 ildən artıq pedaqoji stajı vardır. Tətbiq edilmiş 20-dən çox elmi ixtiranın, 50-dən çox elmi məqalə və monoqrafiyanın, istehsalatda həyata keçirilmiş səmərələşdirici təkliflərin müəllifidir. Onun xeyli sayda səmərəli təklifləri məişət kondisionerləri zavodunda istehsalın texnoloji proseslərinə tətbiq olunmuşdur. 1976-78-ci illərdə o, kondisioner zavodunda keyfiyyətin kompleks idarəetmə sisteminin hazırlanması və tətbiqinə bilavasitə rəhbərlik etmişdir. Birliyin “Bakmil” birgə müəssisəsinin, “Məişət maşınları” zavodunun inşasında və fəaliyyətində, “Bakı elektroştamp” zavodunun yenidən qurulmasında öz əməyi və təcrübəsini sərf etmişdir. V.Heydərov nəinki kollektivin, hətta şəhər və rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək Bakı şəhəri Xalq DeputatlarıSovetinin və Nərimanov rayonu XDS-in deputatı seçilmişdir. Nərimanov rayonunun ictimai-siyasi həyatında 40 ildən artıq yaxından iştirak etmişdir. Keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medallarına layiq görülmüşdür.

1993-cü ildən YAP-ın üzvü olan V.Heydərov Nərimanov rayonu İcra Hakimiyyətinin Başçısı yanında fəaliyyət göstərən Şuranın üzvü idi. Beləliklə, həyatın çətinliklərindən çıxaraq öz zəhməti, əzab-əziyyəti, biliyi, dözümü, dəyanəti ilə pillə-pillə ucalmışdır.

Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2010-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan iqtisadiyyatının inkişafında səmərəli fəaliyyətinə görə Vaqif Abas oğlu Heydərov “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşdür.

75 yaşının tamam olmasına 3 ay qalmış amansız ölüm onu bizim aramızdan aparmışdır. Allah ona rəhmət eləsin. Qəbri nurla dolsun!

Akademik Z.Səmədzadə

İqtisadiyyat üzrə f.d. E.Nuriyev