Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: "Kapital Bank"ın dəstəyi ilə növbəti "Yay Futbol Düşərgəsi" keçirilib **** UNEC-də "Məzun Günü" keçirilib **** Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun Əskişəhərdə görüşü olub **** Məmmədhəsən Meybullayev – 70 **** “Çirklipulların yuyulması”dövlət gəlirlərininartırılması imkanlarını məhdudlaşdırır **** “Bakcell” developerlər üçün “Blokçeyn texnologiyası və yeni imkanlar” mövzusunda təlim təşkil edib **** Azərbaycan Çindən hibrid tipli elektrik stansiyaları alacaq ****
Qəzetin çap variantları
02-08 avqust 2018-ci il
31 (1026)
26 iyul 1 avqust 2018-ci il
30 (1025)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanlı alimlər Beynəlxalq konqresdə elmi

məruzə ilə çıxış etmişlər

İyunun 12-dən 14-dək Qazaxıstanın Almatı şəhərində Əhməd Yesevi adına Beynəlxalq Qazax-Türk Universiteti və Türk Akademiyasının təşkilatçılığı ilə “Dünya enerji bazarları: Orta Asiya və Qafqaz ölkələri” mövzusunda I Beynəlxalq iqtisadiyyat, maliyyə və enerji konqresi keçirilmişdir. 14 ölkədən 56 məruzəçinin qatıldığı konqresin məqsədi inkişaf etməkdə olan dünya iqtisadiyyatında iqtisadiyyat, siyasət, maliyyə çərçivəsində enerji problemlərinin həllinə kömək etmək, bu sahədə aparılan tədqiqatların nəticələrinin mübadiləsi və gələcək layihələrin birgə həyata keçirilməsi olmuşdur.

Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi iqtisad elmləri doktoru professor Elşən Hacızadə, Azərbaycan Dövlət İqtisad Universitetindən rektorun müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elşən Bağırzadə təmsil etmişlər.

Konqresdə professor Elşən Hacızadə “Makroregional inteqrasiyanin dərinləşməsində Baki-Tbilisi-Qars dəmir yolu xəttinin rolu və əhəmiyyəti”, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elşən Bağırzadə “Azərbaycan-Qazaxıstan iqtisadi münasibətləri: mövcud vəziyyət və gözləntilər” mövzularında elmi məruzə ilə çıxış etmişlər. Konqresdə Elşən Bağırzadə həmçinin panellərdən birinin moderatorluğunu həyata keçirmişdir. Professor Elşən Hacızadə isə öz təhlili qənaətlərini konqersin nəticələri ilə bağlı yekun iclasda iştirakçılarla bölüşmüşdür.

Konqresdə Türk Dünyasının məşhur alimləri Əhməd Yesevi adına Beynəlxalq Qazax-Türk Universitetinin Türkiyə tərəfindən rektoru Prof. Dr. Musa Yıldız və prorektor Doç. Dr. Nevzat Şimşək, Qazaxıstan Türk Akademiyasının prezidenti Prof. Dr. Darhan Kıdırali, Türkiyə İqtisadiyyat Qurumunun sədri Prof. Dr. Ercan Uyğur, Qazaxıstanın Ağsaqqalı Prof. Dr. Adil Əhmədov, Prof. Dr. Kayırbek Arslanbekov (Türk Akademiyası), Prof. Dr. Yaksıbek Kulekeyev (Qazax Neft və Təbii Qaz İnstitutu), Prof. Dr. Rəcəb Kök (Dokuz Eylül Universiteti), Prof. Dr. Aytaç Eker (Tunceli Universiteti), Prof. Dr. Asuman Altay (Dokuz Eylül Universiteti), Prof. Dr. Müzeffar Ercan Yilmaz (Balıkesir Universiteti) və digərləri iştirak etmişlər.

Alimlərə konqresin sertifikatları və Əhməd Yesevi adına Beynəlxalq Qazax-Türk Universitetinin təşəkkürnamələri təqdim edilmişdir.