Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İstehlakçı etibarının qazanılması: halal məhsullar istehsalı və satışı

(əvvəli keçən sayımızda)

2012-ci ildə İslam Konfransı Təşkilatının qəbul etdiyi “halal” standartı əsasında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi milli “AZS 372-2012”, “AZS 386-2012” və “AZS 731-2012” standartlarını qəbul etdi. Bu standartlar 2012-ci il avqustun 1-də qüvvəyə mindi və ət məhsullarının istehsalı, daşınması, saxlanması və satışına olan tələbləri sərtləşdirdi. İki ilə yaxın müddət ərzində bu dövlət strukturu ərzaq məhsullarının şəriət qanunlarının tələblərinə uyğunluğunu yoxlamaq üçün artıq təsdiq edilmiş standartlar üzrə texniki komitə yaratdı. Bundan əlavə, şəriətə görə bu prosesdə mütəxəssislərin iştirakına da icazə verildi.

Mətbuatda yerli ət məhsullarının qeyri-qanuni “halal” markası ilə brendləşdirilməsi cəhdlərindən dəfələrlə məlumatlar dərc olunmuşdur. Bunun dindar istehlakçıların etibarından sui-istifadədən başqa bir şey olmadığına baxmayaraq, belə istehsalçıların sayı azalmamışdır. Belə ki, onlardan bir neçəsi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “qara siyahısı”na düşmüşdür. Dindarların hissləri ilə "alver" hallarının artması ilə əlaqədar olaraq bu ilin əvvəlində istehlakçı hüquqlarının müdafiəsi və qeyri-sağlam rəqabəti aradan qaldırmaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi daxili bazarda “halal” sözündən istifadəyə tələbləri sərtləşdirmişdir. İndi kolbasa və ya sosiskalara müvafiq etiketi yapışdırarkən, hər istehsalçı «AZS 757-2014» - “Halal məhsulun sertifikatlaşdırılması qaydaları” standartının tələblərini nəzərə almalı olacaq.

Ölkəmizdə halal markası altında buraxılan, lakin qəbul edilmiş standartlara uyğun olmayan malların ticarət dövriyyəsindən çıxarılması prosesinə başlanmışdır. Ticarət şəbəkələrinin yoxlanması və onlara nəzarət Texniki tənzimləmə və standartlar xidməti tərəfindən həyata keçirilir. İstehlakçıların məhsul seçimini yüngülləşdirmək məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sertifikatlaşdırılmış ərzaq məhsullarının markalanmasında istifadə olunacaq yeni “Halal” əmtəə nişanını təsdiq etmişdir.

Sertifikatlaşdırma prosesi, o cümlədən Azərbaycan istehsalçılarının Hindistan, Almaniya, Avstriya, Çexiya və Rusiyadakı xarici podratçılar tərəfindən ət məhsullarının saxlanma qaydalarının və hazırlanmasının öyrənilməsi hesabına sertifikatlaşdırılması davam etmişdir. Bütün istehsal tsikli, mal-qaranın kəsilməsi, ətin saxlanması, onun emalı, markalanması, qablaşdırılması və daşınmasının ciddi analizindən ibarət olan bu iş dövlət komitəsinin “AzSert” mərkəzinə həvalə edilmişdir. Hazırda məhsullarının “halal” standartına uyğunluğuna iddia edən şirkətlərin sayı 10-dan artıq deyildir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin son məlumatlarından birində beş Azərbaycan istehsalçısına “halal” sertifikatının verilməsinin rədd edildiyi bildirilir. Komitə nümayəndələrinin fikrincə, bu heç də o demək deyil ki, yaxın gələcəkdə onlar yenidən bu sertifikatı almaq üçün müraciət edə bilməz. Bəzi şirkətlərə, məsələn, “Orxan-SS”, “Ovçular”, “Qafqaz”, “Avrora” və “Siyəzən Broyler”ə sertifikatlaşdırma prosesinin gedişində aşkar edilmiş nöqsanları aradan qaldırmaq göstərişi verilmişdir. Bu nöqsanlar aradan qaldırıldıqdan sonra onlar yenidən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edə bilərlər.

İSO sertifikatı almaq üçün sahibkarlar hansı şərtlərə əməl etməlidirlər?

Sahibkar, ilk növbədə qida təhlükəsizliyi - İSO 22000  sistemi qurmalıdır. İslamda  buna təyyiblik (insan orqanizminə zərər yetirilməməsi) deyirlər. Bu sistemin  qurulması üç aydan tez başa gəlmir. İkinci növbədə, halal qida qatqılarının araşdırılması və müştəridə halal kritik kontrol nöqtələrinin müəyyən edilməsi lazımdır. Bütün bunlar həyata keçirildikdən sonra sertifikat almaq üçün müştəri müvafiq sertifikatlaşdırma təşkilatına müraciət etməlidir.

Bəs, müəssisələr üçün bunun faydası nədən ibarətdir?

Ölkəmizdə əhalinin böyük hissəsini müsəlmanlar təşkil etdiyinə görə, bilavasitə bu müəssisələrin satış həcmi artacaqdır. Bundan əlavə, digər müsəlman ölkələrinə məhsul ixracı imkanları genişlənəcək və bu da öz növbəsində onlara əlavə gəlir gəlməsinə səbəb olacaq.

İslam dininə etiqad edən hər kəs üçün “halal” ona yaxın olan müsəlman ənənələri çərçivəsində məhsula etibar və keyfiyyət nişanıdır. İlahiyyatçılar da, istehsalçılar da, istehlakçılar da bu fikirdədir. 2005-ci ildə fəaliyyətə başlayan “Sab” ticarət markasının “Zəhmət-Ruzi” QSC-nin nümayəndəsinin də mövqeyi belədir.  Həmin il istehsalçı halal məhsul buraxılışı üçün xeyir-duanı Qafqaz Müsəlmanları İdarəsindən almışdı. “Sab”ın direktor müavini E.Abdullayevin dediyinə görə, “halal” standartı üzrə yeni tələblərin tətbiqi “Zəhmət-Ruzi” şirkətində istehsal texnologiyalarını dəyişməyəcək. Lakin onun sözlərinə görə, bütün qalan şirkətlər qarışıq istehsaldan istifadə edir, yəni şəriət qanunları tərəfindən “icazə verilmiş” eyni istehsal xətlərində paralel olaraq donuz əti qatılmaqla ərzaq malları istehsal edilir. Dini etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin (DEVAMM) sədri İ.İbrahimoğlu da, həmçinin “halal” dövlət standartlarının tətbiqini şərh etmişdir. İlahiyyatçı hesab edir ki, “halal” məhsullarının istehsalı çox zəhmət tələb edən proses olduğundan, şəriət qanunlarının incəliklərini bilməyən istehsalçılar üçün bunu öz müəssisələrində təşkil etmək mürəkkəb işdir. Onun fikrincə, standartların tətbiqini Azərbaycanı “yalançı halal” məhsullardan xilas edəcək çarə  hesab etmək düzgün deyil. İ.İbrahimoğlu qeyd etmişdir ki, bu məsələdə qayda-qanun yaradılması üçün təşəbbüs təqdirəlayiqdir. O, maarifləndirici xarakterli tədbirlər tərəfdarı olaraq, sərt dövlət tənzimlənməsini şəriət qanunlarına uyğun sağlam qidanın təbliği ilə birgə həyata keçirməyi təklif etmişdir.

Ölkədə yeni “halal” standartlarının meydana gəlməsini alqışlayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilk növbədə qeyd edir ki, sertifikatlaşdırmadan yalnız dövlət büdcəsi dolacaq. Onun sözlərinə görə, əvvəllər müvafiq ayırmalar müstəsna olaraq Qafqaz Müsəlmanları İdarəsinin xeyrinə həyata keçirilirdi. Bundan başqa, Azad İstehlakçılar Birliyində hesab edirlər ki, yeni standartlar bazarı “yalançı halal” məhsullarından təmizləməyə kömək edəcək.

Yəqin ki, “halal” standartlarına uyğun yeni sertifikatların alınması üzrə öhdəliklər istehsalçıları seçim: kəmərləri sıxmaq, ya da qiymətləri qaldırmaq qarşısında qoyacaq. Texnologiyanın yenidən qurulması, xammal tədarükçülərinin dəyişməsi, halal məhsulların ayrıca yerlərdə saxlanması və daşınması, təbii ki, baha başa gələn proseslərdir. Azad İstehlakçılar Birliyinin qiymətləndirmələrinə görə, əsl “halal” standartlı məhsul əvvəlki məhsuldan 15-20% baha olmalıdır.

Bu il aprel ayının sonunda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məhsulları “halal” standartlarına uyğun tanınan ilk istehsalçıların adlarını açıqlamışdır. Onların arasında “Kral” və “Yeni dad” markaları ilə tanınan “Hakan Foods FF Co. LTD”, “Min bərəkət – halal nemət” kolbasa və sosiskaları istehsal edən “Səhliyalı” kiçik müəssisəsi, “Hacı Turqay” markalı “M.T. Ltd”, həmçinin “Zəhmət-Ruzi” QSC-ni göstərmək olar.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri R.Həsənovun sözlərinə görə, dövlətin tətbiq etdiyi standartlar bazarın bütün iştirakçıları üçün təmiz oyun olacaq. Standartların şərtlərinə görə, heyvanlar kəsilərkən surə və dualar oxunacaqdır. Belə ki, komitə heyvanların kəsilməsi zamanı Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin iştirakına etiraz etmir.

İSO sertifikatlaşdırmasının aktuallığı

İSO serifikatlaşdırmasının aktuallığı onunla bağlıdır ki, hazırda istehlakçılar mal və ya xidmətin qiymətinə deyil, keyfiyyətinə daha çox diqqət ayırırlar. Könüllü sertifikatlaşdırma qaydası praktiki olaraq icbari sertifikatlaşdırma ilə eynidir, lakin sertifikatlaşdırmanın bu növündə təşkilatlar malın standartlarını sərbəst olaraq müəyyən etmək hüququna malikdir.

İSO standartları üzrə sertifikatlaşdırma məcburi deyil. Lakin təşkilatların İSO  beynəlxalq standartlarına uyğunluğu üzrə könüllü sertifikatlaşdırmanın olması təşkilata beynəlxalq bazara çıxış imkanı, beynəlxalq iqtisadi və elmi-texniki əməkdaşlıq imkanı verir və bu, müəssisənin nüfuzuna və rəqabətqabiliyyətliliyinə birbaşa sübutdur.

 Aprel ayında müsahibələrindən birində  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirmişdir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Halal qida. Ümumi tələblər” dövlət standartı ilə bağlı şəxsən mənimlə danışıqlar aparır.

Qeyd edək ki, aprelin 17-də QMİ Qazılar Şurasının iclasında halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi komissiya yaradılıb. Komissiyanın üzvü Hacı Şahin Həsənli mətbuat nümayəndələrinə bildirmişdir ki, Qazılar Şurasının iclasında Şeyxülislam Allahşükür Paşazadə Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə şəxsən özü danışıqlar apardığını açıqlayıb: “Məqsəd də odur ki, Dövlət Komitəsinə “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciət edən şirkətlərə bu sertifikat QMİ-nin komissiyasının rəyi nəzərə alınaraq verilsin”. Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin rəhbəri  R.Həsənov qeyd edib ki, Azərbaycanda ət kəsimi varsa, bu zaman İslam dininin qaydalarına riayət edilib-edilmədiyini Dövlət Komitəsi müəyyənləşdirə bilməz: “Buna görə də Azərbaycanda ət kəsimi zamanı müsəlman qaydalarına riayət edilib-edilmədiyi ilə bağlı prosesə nəzarəti Qafqaz Müsəlmanları İdarəsi həyata keçirəcək, bununla bağlı rəy verəcək. Qalan istehsal prosesi, tutaq ki, kolbasa istehsalı tək ət kəsimi ilə məhdudlaşmır. Ona görə də qalan proses bizimlə bağlıdır, dövlətin halal məhsul istehsalı ilə bağlı standartı var, müəyyən tələblər qoyulub. Biz dövlətin tələblərinə riayət olunmasına nəzarət edəcəyik”.

Hazırda ət və ət məhsulları istehsalı zamanı ətindən istifadə edilən heyvanların kəsimi Azərbaycanda yox, xarici ölkələrdə aparılır və Dövlət Komitəsi də həmin xarici ölkələrin müsəlman idarələri tərəfindən verilən rəyləri əsas götürür. Bundan sonra isə kolbasa və digər ət məhsullarının istehsalı prosesində Azərbaycanda yerli kəsimdən istifadə edən şirkətlər məhsullarına “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq istəyəcəklərsə, bu zaman Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) QMİ-nin də rəyini təqdim etməli olacaqlar.

Bazar iqtisadiyyatı şəraitində yalnız rəqabətə davamlı məhsul buraxan müəssisə irəliləyə bilər.

Hazırda İSO sertifikatı ilə maraqlanan şirkətlərin sayı artmaqdadır, bu da sifarişçinin bunda maraqlı olması ilə izah olunur: deməli, o artıq alınan məhsul və ya xidmətin keyfiyyətinə diqqət edir.

Halal sertifikatlaşdırma, qida təhlükəsizliyinin idarə edilməsinin sertifikatlaşdırılması, əslində ticarət dövriyyəsinin asanlaşmasına, müştərilərin etibarlı və keyfiyyətli məhsullarla təmin edilməsinə xidmət etməlidir.

Yeganə Məmmədova