Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İstehlakçı etibarının qazanılması: halal məhsullar istehsalı və satışı

Halal sertifikatlaşdırma sahibkara nə verir?

Dünya halal qida məhsulları bazarında vəziyyət

İnsanların sağlamlığına qayğı və buna müvafiq standartların tətbiqi halal məhsul sənayesinin inkişafına kömək edir. Bununla belə, halal məhsulların dünya bazarı dünya ərzaq ticarətinin təxminən 5%-ni təşkil edir. Müxtəlif məlumatlara görə, onun dövriyyəsi dollar ekvivalentində 1,3 trilyondan 2,3 trilyon dollara qədər təşkil edir. Bu, həqiqətən də, çox böyük bir məbləğdir. Bu da öz növbəsində nəinki müsəlman ölkələri istehsalçılarının, eləcə də qeyri-müsəlman ölkələri istehsalçılarının marağına səbəb olmuşdur və yüksək rəqabət mühiti yaratmışdır. Onu da qeyd edək ki, halal qida bazarında islam dünyasından olmayan ölkələrin şirkətləri liderlik edir. Bunlar əsasən ABŞ, Braziliya, Kanada, Avstraliya, Yeni Zelandiya və Fransa istehsalçılarıdır.

2013-cü ildə ən iri halal məhsul ixracatçısı Tailand olmuşdur. Onun ardınca ilk halal sənayesi beşliyində Filippin, Malayziya, İndoneziya, Sinqapur və Hindistan gəlir.  Halal sənayesinə təkcə qida sənayesi daxil deyildir. Şəriətin icazə verdiyi mal və xidmətlər siyahısına ətriyyat və kosmetika məhsulları, əczaçılıq məhsullarının ayrıca xətti, geyim və dəri məmulatları, həmçinin islam maliyyə xidmətləri daxildir. Azərbaycanda bu siyahıdan hələ ki, yalnız bəzi qida məhsullarına və 2-3 bankın islam maliyyələşməsi prinsipinə əsaslanan xidmətlərinə rast gəlmək mümkündür. Dindarların marağı olduğu bütün qalan məhsullar hələlik daha çox idxal edilir.

Rusiyada halal məhsul istehsalı hər il 30-40% artır. Rusiya Federasiyası İstehlakçı Hüquqlarının Müdafiəsi Cəmiyyətinin məlumatına görə, bu ölkədə artıq halal məhsulları islamdan uzaq olan moskvalılar da istehlak edir. Belə ki, hər hansı dini icma tərəfindən dəfələrlə yoxlanılan qidaya olan tələb ona görə artır ki, insanlar nə yedikləri barədə düşünməyə, halal məhsulların yüksək keyfiyyətinə inanmağa başlamışlar. Məsələn, bu məhsullarda kimyəvi əlavələrin və ya subməhsulların minimuma endirilməsi məlumdur və istehlakçılar məhz bu məhsullara etibar etməyə başlamışlar.

Çox maraqlıdır ki, Avropanın özündə də daha çox avropalı ənənəvi qidalardansa, halal qidaya üstünlük verir. Halal qaydalarına uyğun dünya bazarı ildə 500 mlrd. dollar həcmində qiymətləndirilir.

Avropanın halal sənayesi təkcə ərzaq maraqları ilə məhdudlaşmır. İslam bankinqinin fəal müdaxiləsi ilə halal standartı yeni sahələrdə: daşınmaz əmlakda, əczaçılıqda, kosmetologiyada, moda sənayesində və bir çox başqa sahələrdə yeni mövqelər tutur. Satıcı uğrunda mübarizədə istehsalçılar daim yeni mal və xidmətlər işləyib hazırlayırlar. Britaniyanın Principle Healthcare və Kanadanın Duchesnay kimi iri əczaçılıq şirkətləri heyvan mənşəli jelatin, islamın qadağan etdiyi maddələr istifadə etmədən vitaminlər və bioloji aktiv əlavələr istehsal edirlər. Ətriyyat və kosmetika şirkətləri dünya bazarlarına spirt və heyvan yağlarından istifadə etmədən xüsusi halal kosmetika  xətti ilə çıxırlar.

Müsəlman əhalinin sayca daha çox olduğu (5,8 mln.-dan artıq) Fransada hər il Paris Halal Expo sərgisi keçirilir və burada dünyanın yüzdən artıq halal məhsul istehsalçısı iştirak edir.

Qərbdə halal sənayenin kommersiya uğurları və hətta qeyri-müsəlmanlar arasında bu məhsulların populyarlığı halalın insan orqanizmi üçün təhlükəsiz, istehsalının isə ekoloji olması ilə izah edilir: insanların sağlamlığına qayğı və təbiət üçün narahatlıq - qədim Avropanın fərqli xarakterik cəhəti budur!

Halal sertifikatlaşdırma nədir?

Halal sertifikatlaşdırma beynəlxalq təcrübədə geniş istifadə olunur. Onun əsas mahiyyəti istehsalçının tətbiq etdiyi halal standartlarını yoxlayaraq məhsulun halal qaydalara uyğun gəlməsini təsdiq edən bir sənəddir (sertifikat). Bu sənəd həmin istehsalçıya verilirsə və həmin istehsalçının istehsal etdiyi məhsulun üzərində müvafiq şəkildə qəbul edilmiş “Halal” loqosu (işarəsi) təsvir edilirsə, onda müştəri tərəfindən həmin məhsulun tərkibi ilə bağlı araşdırma aparmağa ehtiyac qalmır. Daha dəqiq desək, halal sertifikatlaşdırma - qida məhsulunun hazırlanmasının, qablaşdırılmasının, eləcə də qida təhlükəsizliyinin idarə edilməsinin (menecmentin),  avadanlıqların, infrastrukturun yoxlanılaraq təsdiq edilməsidir.

Sertifikatlaşdırma məcburi olmasa da, təşkilatlar və şirkətlər İSO standartları üzrə sertifikat almağa can atırlar. Standart tələblərinin həyata keçirilməsi arzusu üçün ən yaxşı səbəb şirkətin fəaliyyətinin səmərəliliyinin yüksəlməsidir.

Beynəlxalq təcrübədə daha çox hansı ölkələrin standartları öyrənilir və istifadə edilir?

Beynəlxalq təcrübədə halal standartı və halal sertifikatlaşdırma qaydaları Malayziya standartlarına əsaslanır. Sonradan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Malayziya standartları əsasında yeni bir standart OİC /SMICC 1:2011 hazırlamışdır.

 İslam Əməkdaşlıq Təşkilatı halal standartdan başqa halal sertifikasiya (OICSMIİC 2:2011) və akkreditasiya (OİC /SMIİC 3:2011)  haqqında da ümumilikdə 3 standart qəbul edib.

Onu da qeyd edək ki, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 saylı Fərmanı ilə GMO məhsullara aid məsələlər əhatə olunub. Həmçinin, “Toxumçuluq haqqında” Azərbaycan Respublikası qanununun 27-ci maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsi və əkilib satışa çıxarılması qəti qadağandır. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun 3-cü maddəsində də müəyyən müddəalar öz əksini tapmışdır. Qanunun 6.05 maddəsində, ekoloji təmiz kənd təsərrüfatına dair tələblərdən birində ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlərdən, onların törəməsindən istifadə qadağan olunmuşdur.

Bəs, bu qanunlara ölkəmizdə riayət olunurmu?

Halal qida məhsulları dedikdə, islamın hüquqi, mənəvi-etik və dini normaları nöqteyi-nəzərdən yol verdiyi və istifadəsi islam qida qadağalarını pozmayan məhsullar başa düşülür. Bir çox qida məhsulları, habelə çörək, yoqurt və ya taxıl məhsulları emal və ya istehsal edildikdən sonra halal hesab edilməyə bilər, belə ki, onlara müxtəlif inqridiyentlər (qatqılar) qatıla bilər. Ət və ət məhsulları da müəyyən qaydada kəsilmədikdə, haram sayılır. Qida məhsullarının emalı zamanı istifadə olunan qatqılar gizli haram (qadağan edilmiş) komponentləri təşkil edə bilər. Məsələn, şəhərimizin marketlərində satılan bəzi kolbasa və sosiskaların üzərində açıq-aşkar böcək və həşəratlardan alınan karmin turşusu (E 120) boya maddəsindən və E 250 – natrium nitritdən istifadə olunduğu qeyd edilir. (Təbii ki, bu qatqıların yalnız qeyd etdiyimiz işarələri göstərilir.) Müasir dövrdə bu qatqıların zərəri barədə hər kəs internet səhifələrindən məlumat ala bilər. Google-dan oxuyuruq: E120 – koşenil, karmin turşusu, karmin – qida qatqısı olub, məhsula (mürəbbələrin, cemlərin, müxtəlif şirniyyatların, içkilərin istehsalında istifadə olunur) rəng (qırmızı) verir, insan dərisinə ziyandır.

Natrium nitrit – E250. Qida qatqısı – konservant olub, insan orqanizminə kanserogen təsir göstərir (xərçəng xəstəliyi törədir). Həmçinin, insan orqanizminə daxil olduqda oksigeni blokadaya alır, metabolizm pozulur, poliplər yaranır. İstehsalçı üçün isə faydası odur ki, bu qatqı qida məhsulunda bakteriyaların və ya göbələklərin artmasının qarşısını alır və onu tez xarab olmağa qoymur. Həmin saytdan oxuyuruq: çəkisi 1,0 kq olan siçovulu öldürmək üçün 180 milliqram natrium nitrit kifayət edir. Alimlərin fikrincə, son tədqiqatlar bu qatqılardan istifadə ilə bağırsaq xərçəngi arasında əlaqə olduğunu aşkar etmişdir.

İnsanların sağlamlığının əldə edəcəyi mənfəətdən önəmli olduğunu düşünən hər bir sahibkar, təbii ki, halal məhsul istehsalına üstünlük verir.

Azərbaycanda halal sertifikatlaşdırma

Hazırda Azərbaycanda halal məhsulların sertifikatlaşdırılmasının yeni qaydaları qüvvəyə minmişdir. Ölkəmizdə artıq bir ildən artıqdır ki, islam qaydaları ilə qəbul edilmiş “halal” markalı məhsulların satışda olmasına baxmayaraq, bəzi istehsalçılar onların, yumşaq desək, yalançı halal xarakter daşımasını etiraf etməlidirlər.

“Halal” standartları dedikdə, nə başa düşülür və onların tətbiqi  istehlakçıya nə verir?

(davamı gələn sayımızda)

Yeganə MƏMMƏDOVA