Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

“Müasir şəraitdə auditin qarşısında duran problemlər və  onun inkişaf konsepsiyası” mövzusunda dəyirmi masa keçirilmişdir

 

Аzərbaycan Respublikasının dövlət müstəqilliyinin banisi və yeni Azərbaycan quruculuğunun memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən demokratik dövlət quruculuğu və məqsədyönlü sosial-iqtisadi inkişaf siyasəti nəticəsində Azərbaycan son illərdə yüksək iqtisadi inkişafa nail olmuş, ümumi daxili məhsul istehsalına görə bütün dünyada lider səviyyəsinəyüksəlmişdir. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması və digər vacib sahələr üzrə işlənib hazırlanmış dövlət proqramları uğurla həyata keçirilməkdədir.

Bazar münasibətlərinə əsaslanan Azərbaycan iqtisadiyyatında aparılan məqsədyönlü islahatlar çərçivəsində maliyyə nəzarəti sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması zərurəti və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər auditin ölkəmizdə tətbiqinə və təbliğinə rəvac vermişdir.

Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanda auditin inkişafına son dövrlərdə dövlətimiz tərəfindən çox böyük imkan yaradılmış və əhatə dairəsi daha da genişləndirilmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər)”, 2007-ci il 28 iyul tarixli sərəncamla təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da və həmin Milli Strategiyanın davamı olaraq, möhtərəm Prezidentimizin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş vəzifələr sırasında Auditorlar Palatasının da qarşısında xeyli məsələlər qoyulmuşdur.

Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən şəffaflığın artırılması sahəsində beynəlxalq qurumlar və xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığı daha da genişləndirmək, eyni zamanda ölkə Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş  “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” nda nəzərdə tutulmuş “Beynəlxalq təcrübə nəzərə alınmaqla Auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)” layihəsinin hazırlanmasına dair müzakirələrin aparılması və müvafiq tövsiyələrin  hazırlanması  məqsədilə, 2013-cü il yanvarın 22-də  Azərbaycan İqtisadçılar İttifaqı,  Azərbaycan Respublikasının Auditorlar Palatası, İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odası və Azərbaycan Universitetinin birgə  təşkilatçılığı  ilə  “Müasir şəraitdə auditin qarşısında duran problemlər və  onun inkişaf konsepsiyası” mövzusunda “dəyirmi masa” keçirilmişdir. 

Dəyirmi masanın işində iştirak etmək üçün İstanbul Sərbəst  Mühasiblər Maliyyə  Müşavirləri  Odasının  sədri cənab Yəhya Arıkanın  rəhbərlik etdiyinümayəndə heyəti  2013-cü il 21-23  yanvar  tarixlərində  Bakı  şəhərində  rəsmi  səfərdə olmuşlar.

Səfər çərçivəsində yeni iqtisadi-maliyyə mühitində auditin rolu və  onun mövcud problemləri araşdırılmış, ölkələrimizdə auditin təkmilləşdirilməsi istiqamətləri barədə müzakirələr aparılmış, perspektiv  dövr üçün auditin inkişaf konsepsiyasına dair fikir mübadiləsi  edilmiş və   bununla  bağlı  müvafiq   tövsiyələr  hazırlanmışdır.

 

Tədbiri  giriş  sözü  ilə Azərbaycan Universitetinin  rektoru Eldar QƏHRƏMANOV açaraq tədbir iştirakçılarını salamladı, tədbirin əhəmiyyətindən   danışdı   dəyirmi masanın  gedişinə  uğurlar  arzuladı. 

O, bugünkü tədbirin Azərbaycanda audit xidmətinin  inkişafına  mütləq  şəkildə öz töhfəsini verəcəyini, bu sahədə Türkiyədən gəlmiş  peşəkarlarla əməkdaşlığın daha da dərinləşəcəyini, hər iki ölkənin manafelərinə, xalqların rifahına, təhsilin təkmilləşməsinə,  iqtisadi  sistemlərin  daha mükəmməl şəkildə tənzimlənməsi    sosial  yönümlü  olmasına  xidmət edəcəyini  qeyd etdi.  

İstər Türkiyənin, istərsə də Azərbaycanın son illər ərzində iqtisadiyyatının  çox  sürətlə  inkişaf  etməsini,   bu  sahədə  dünyanın inkişaf  etmiş  ölkələrinin  marağını özlərinə cəlb  etməsini və  bu  sahədə   əldə  olunan  uğurlara  görə  audit  xidmətinin  naliyyətlərinin  danılmaz  olduğunu  xüsusi  vurğuladı.

O, hər iki ölkədə bu sahədə keçirilən tədbirlərin maliyyə idarəetməsinin, mühasibat işinin təşkilinin, qərar qəbul etmənin və  hesabatlılıq  keyfiyyətinin  artırılmasına  şübhəsiz  böyük töhvə verəcəyinə   əminliyini  bildirdi.  

Sonra Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, İqtisad üzrə fəlsəfə doktoru Elşad SƏMƏDZADƏ tədbir iştirakçılarını salamladı və tədbirin   əhəmiyyətindən   danışdı.

Auditin inkişafının cəmiyyətin,  iqtisadiyyatın   inkişafı  ilə  sıx  bağlı  olduğunu və bu kateqoriyaların bir-birlərinə bilavasitə təsir etdiyini qeyd etdi. 

O, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ümumi daxili məhsulunun 2003-2011-ci illər ərzində 3 dəfə artaraq  54  milyard  manata  çatdığını, o cümlədən stateji valyuta ehtiyatlarının  8  dəfə  artaraq  41  milyard  ABŞ  dollarını keçdiyini vurğuladı və BMT-nin terminalogiyasına görə Azərbaycanın yüksək orta gəlirli ölkə statusu  qazandığını  bildirdi.

Azərbaycanınuğurlarınınbeynəlxalqictimaiyyət tərəfindəndiqqətləizlənilərəkdəstəkləndiyini, ənnüfuzlu təşkilatlara  Azərbaycanın cəlb olunmasını və BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsini  qeyd  etdi.

Bununla yanaşı, Azərbaycanın beynəlxalq intellekti vətənə dəvət etməkdəhərzamanmaraqlı olduğunu  vurğuladı.

Cənab Prezident İlham Əliyevin 29 noyabr 2011-ci ildə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamı oldu. Hazırlanan konsepsiyada 8 il ərzində Azərbaycanın ümumdaxili məhsulunun 2 dəfə artırılması məqsədinin olduğu bildirildi. İqtisadçılar qarşısında bu gün o vəzifə dayanır ki, ele mexanizmlər, təkmilləşdirmələr təklif olunsun ki, bununla dayanıqlı inkişaf  təmin oluna bilsin. Ona görə də makroiqtisadi tarazlığın, dayanıqlığın təmin olunmasında informasiyanın rolu çox böyükdür. İstər taktiki gedişdə, qərarlarda dəyişikliklər etmək, istər dövlətin bazar subyektləri haqqında operativ, obyektiv məlumat əldə edilməsi baxımından, istərsə də sinergetik sistemin ahəng şəkildə işləməsi üçün bazar subyektləri arasında informasiyanın düzgün mübadilə olunması çox zəruridir. Əlbəttə ki, bu informasiyanı da əldə etmək mənbələrindən biri auditdir. Bu baxımdan audit inkişafın bir dayaq sütunu kimi qəbul edilə bilər.

Tədbirdə   Azərbaycan   Respublikası  Auditorlar  Palatasının  sədri, iqtisad  elmləri doktoru, professor Vahid NOVRUZOVAzərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi adından qonaqları salamladı   əziz  türk  qardaşlara «Azərbaycana xoş gəlmişsiniz»  dedi. Həmçinin bugünkü tədbiri dəstəklədiklərinə görə Azərbaycan Respublikası İqtisadçılar  İttifaqına, İstanbul Sərbəst  Mühasiblər  Maliyyə  Müşavirləri  Odasına və dəyirmi masanın keçirilməsinə yaratdıqları şəraitə görə Azərbaycan  Universitetinin  rəhbərliyinə  öz dərin  minnətdarlığını   bildirdi.

Cənab Novruzov, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar prosesində maliyyə nəzarətinin təkmil-ləşdirilməsinə daim əhəmiyyət verildiyindən    bir sıra mühüm normativ hüquqi aktların qəbul edildiyindən  söhbət  açdı.

O, dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycanda  iqtisadi  siyasətin  aparılmasında  dəfələrlə   auditin  mühüm rol kəsb  etdiyini bildirdiyini və bir sıra dövlət proqramlarında icraçılar sırasında Auditorlar   Palatasının  da  təsbit  olunmasını  auditə   olan  inam     etimadın  parlaq  təzahürü  kimi  çıxış  etdiyini   xüsusi  vurğuladı.

Vahid Novruzov ölkəmizdə auditin inkişafı istiqamətində görülmüş  işlər, qəbul olunmuş sənədlər haqqında danışaraq, ölkəmizdə audit  sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görüldüyünü qeyd etdi. Artıq auditin inkişaf konsepsiyasının hazırlanması üzrə ilkin addımlar atılmış, bu istiqamətdə işçi qrupu  yaradılmış və konsepsiyanın hansı bölmələrdən ibarət olması haqqında razılığa  gəlinmişdir. 

Vurğulanmışdır ki, iqtisadiyyatda auditin rolu danılmazdır. Lakin bu sahədə bir çox problemlər də mövcuddur. Məlum olduğu kimi, auditin inkişafını bazarda haqlı rəqabət olmadan təsəvvür etmək mümkün deyil.  Eyni zamanda, auditə dair qanunvericilik bazası təkmilləşdirilməli, iqtisadiyyatda müstəqil auditin rolu araşdırılmalıdır. Əsas problemlərdən biri isə odur ki, Azərbaycanda auditə maraq hədsiz dərəcədə aşağıdır və məcburi  auditdən  yayınma  halları  müşahidə  olunur. 

Auditin tənzimlənməsi prosesinin təkmilləşdirilməsi, bu sahənin müstəqilliyinin təmin olunması, auditorların peşəkarlıq səviyyələrinin yüksəldilməsi   qarşıda  duran başlıca  vəzifələrdir. 

Vahid Novruzov fürsətdən istifadə edərək, vacib olan bugünkü mövzu ilə bağlı məsələnin müzakirəsinə qatıldıqlarına görə qonaqlara, ilk növbədə, Yəhya bəy başda olmaqla əziz türkiyəli həmkarlarına öz  minnətdarlığını  bildirdi.

İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri  Odasının sədri Yəhya  ARIKAN  qonaqları  salamlayaraq,  ilk əvvəl  Azərbaycanda   olmaqdan böyük  sevinc  hissi  keçirdiyini  qeyd edərək,  qonaqrərvərliyə  görə   öz  təşəkkürünü  bildirdi    geniş  məruzə  ilə çıxış   etdi.

Yəhya Arıkan məruzəsinə ulu öndər Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözləri ilə  başlayaraq,  bu  gün   eyni  duyğu  içində  olduqlarını    gələcəkdə də   bu   qardaşlıqlı   münasibətlərin   davamlı   olmasını   arzuladı.

Yahya Arıkan auditin qloballaşan dünya iqtisadiyyatında rolundan  söhbət açaraq, Türkiyədə audit sisteminin kifayət qədər təkmilləşdirildiyini və bu sahədə geniş təcrübə mübadiləsinin olduğunu qeyd etdi. Bildirdi ki, bu nəticənin əldə edilməsi çox      çətinliklərlə ərsəyə gəldi.

Bu gün Türkiyədə ümumi 90 minə yaxın  üzvlərimizin olduğunu və bunların 32 mininin İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri odasında qeydiyyatdan keçdiyini və bu gün də həmin   insanların peşə fəaliyyətlərini davam etdirdiklərini qeyd etdi.

Yəhya bəy əvvəlcə, Türkiyədə mühasibat peşəsinin hüquqiləşməsi üçün  böyük  mübarizə aparıldığını, 13 iyun 1989-cu  ildə  peşə fəaliyyətini  həyata  keçirdiklərini    1990-cı il 20 mart tarixindən    etibarən   isə  dünyanın  böyük  odalarından  biri olan İstanbul  Sərbəst Mühasiblər   Maliyyə  Müşavirləri  Odasının  qurulduğunu  bildirdi.

Qurulduğumuz ilk gündən etibarən təhsilə önəm verildiyini, həmçinin     təcrübəsi  sahəsində böyük addımların atıldığını və bu   nöqtədə   İngilis    dilinin  inkişaf  etdirilməsinə və  peşə  təhsilinə xüsusi diqqət yetirildiyini   vurğuladı. Bu gün İstanbulun böyük bir hissəsini əhatə edən üzvlərə  xidmət edən tam 14 təhsil mərkəzinin fəaliyyət göstərdiyini və bu təhsillərdən heç bir ödəniş almadıqlarını qeyd etdi. Bu sahədə  qanunvericilik ardıcıllığı ilə 147  kitab və  jurnallar nəşr etdirildiyi vurğulandı. Həmçinin beynəlxalq simpoziumlarda iştiraklardan: 10 milli mühasibat nəzarəti simpoziumu, 3 beynəlxalq mühasibat nəzarəti simpoziumunun  keçirilməsindən  söhbət  açdı.

Bugunkü  dəyirmi  masanın  da  Azərbaycan   Respublikası  Auditorlar  Palatası ilə İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odası arasında  təcrübə mübadiləsinin aparılması və bu sahədə Türkiyə Respublikasının da  öz təcrübəsini sizlərlə bölüşmək arzusunda olduğunu qeyd etdi.

Daha sonra Azərbaycan Respublikası Auditorlar Palatası və  İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri  Odası arasında  əməkdaşlıq sazişi  imzalandı.

Məruzələr  ətrafında  Palatanın əməkdaşları və üzvləri  çıxışlar etdilər və  müzakirələr apardılar.

Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm BAYRAMOV tədbir iştirakçılarını və Türkiyəli qonaqları salamlayaraq, bugünkü görüşdən məmnunluğunu  ifadə  etdi.

Qəşəm Bayramov fikirlərinə ümumimilli lider Heydər Əliyevin  «İqtisadiyyatı  güclü  olan  dövlət  hər  şeyə  qadirdir» sözləri  ilə   başlayaraq,  bu  kəlamın   çox  böyük əhəmiyyətə  malik  olduğunu bir     daha vurğuladı.  Məhz  Heydər  Əliyevin uzaqgörənliliyi sayəsində 1994-cü il 16 sentyabr tarixində «Auditor xidməti haqqında» Qanunun imzalandığını və 1995-ci il 19 sentyabr tarixində Azərbaycan Respublikası Milli  Məclisinin qərarı ilə Auditorlar Palatası haqqında Əsasnamənin təsdiq edildiyini qeyd edərək, dəyirmi  masa   iştirakçılarına  geniş   məlumat  verdi.

Sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri  Nəcəf  Talıbov qonaqları salamlayaraq ilk öncə Azərbaycanda 2005-ci ilədək milli audit standartlarının yaradılmasından və bu standartlar əsasında auditin inkişaf etməsi və  təşəkkül  tapmasından  danışdı. Həmçinin Azərbaycanda 2010-cu il 1 yanvar tarixindən etibarən Beynəlxalq audit standartlarının tətbiq edilməsi barədə dəyirmi masa iştirakçılarına məlumat verdi.

Müzakirələrdə  “Ernst  &  Yanq   Holdinqs  (SiAyEs) Bi.Vi.” şirkətinin idarəedici partnyoru, Palata Şurasının  üzvü  İlqar VƏLIYEV ilk öncə Türkiyəli qonaqları və dəyirmi masa iştirakçılarını  salamladı,  iki qurum  arasında  olan münasibətlərin  çox   gözəl  vəsevindirici  hal  olmasınıqeyd  etdi    bu  münasibətlərin   gələcəkdə    davamlı  olmasını  arzuladı.

Azərbaycanda audit xidmətinin inkişafının vacibliyini, auditininkişaf konsepsiyasının  olduqca  aktual  məsələ olduğunuqeydetdi vəbusahədə  Azərbaycan  Respublikası  Auditorlar  Palatasının çox  mühim  işlər  görməsi  barədə  fikirlər  söylədi.

Sonra “KPMG Azərbaycan Limited” şirkətinin idarəedici  partnyoru  Vüqar  Əliyevtədbiriştirakçılarını  salamladı    Türkiyəli qonaqlara,  xüsusənİstanbulSərbəstMühasiblərMaliyyəMüşavirləriOdasının sədri Yəhya Arıkana  bugünkütədbirdəiştiraketdiklərinə görəözminnətdarlığını bildirdi.

Türkiyəli  qonaqların  Azərbaycana  gəlişinin  vacib  bir  məqamda  baş verdiyini, yeni  audit  konsepsiyasının  yaradılmasıastanasındaolduğunuvəməhz  bu ərəfədə Türkiyəli  həmkarlarımızın ölkəmizə təşrif  buyurmasının  heçdətəsadüfi olmadığını qeyd  etdi.

Bu  konsepsiyanın  yaradılmasıistiqamətində  işçi  qrupunun üzvü kimi, Azərbaycan Respublikasi Auditorlar Palatasının,bu sahədə fəaliyyət göstərənAzərbaycanauditorlarınındadigərölkələrintəcrübəsindən yararlanmalıolduqlarını  bildirdi.

Bu konsepsiyanın yaradılmasında Azərbaycanda audit xidməti göstərən  təşkilatların   sərbəst  auditorların  təkcə  kəmiyyət  deyil, həm   keyfiyyət  göstəricilərinə   öz  töhvəsini  verəcəyinə  əminlik  ifadə  etdi.

Daha sonra “MAK AZƏRBAYCAN LTD” MMC-nin direktoru Zamin  Hüseynov  tədbir   iştirakçılarını  salamladı    tanışlıqdan  böyük məmnunluq  duyduğunu  ifadə  etdi.

Əməkdaşlıq sahəsində Türkiyə Respublikası kimi nəhəng dövlətin xüsusilə  İstanbul   Sərbəst  Mühasiblər   Maliyyə  Müşavirləri  Odasının  peşə  təcrübəsindən  yararlanmağı    bu  təcrübə  mübadiləsini  öz  xidmət sahələri üzrə   istifadə   etməyin   vacibliyini   qeyd   etdi.

Sonra “BDO Azərbaycan” MMC-nin idarəedici partnyoruYunis SALAYEV  də qonaqları, həmçinin  dəyirmi  masa  iştirakçılarını salamladı və  butədbirinərsəyə  gəlməsində  göstərmiş olduqlarıdəstəyəgörətəşkilatçılara öz  minnətdarlığını  bildirdi.

Azərbaycanda auditor xidmətinin keyfiyyətinin yüksəldilməsinin,xüsusiləAzərbaycanRespublikası AuditorlarPalatasının tənzimləyici orqankimi  bu  sahədə digər   region  ölkələrindəndaha çox xidmət   göstərməsi,  daha  çox  səlahiyyətə   malik  olması     yaranabiləcək hər hansı bir məsələyə dair daha tez müdaxilə etməsinin əvəzsiz olduğunu  xüsusi  qeyd  etdi.

Buna  baxmayaraq,  Azərbaycanda audit xidmətlərini Qərb ölkələri, Amerika Birləşmiş Ştatları eləcə də qardaş Türkiyə Respublikası ilə müqayisə  etdikdə,nəticənin  heç dəqənaətbəxşolmadığını vurğuladı. Lakin o da sevindirici  haldır  ki,bugün  Azərbaycandakı  ən  nüfuzlu  təhsil  ocaqlarının  məzunlarının  audit peşəsinə olan maraqları  olduqca  yüksəkdir.

Daha sonra “Deloitte & Touche” MMC-nin audit üzrə partnyoru Elnur QURBANOV qonaqları salamlayaraq, onlarla birlikdə dəyirmi masa   ətrafında  fikir  mübadiləsi  aparmaqdan  məmnunluğunu  ifadə  etdi.

O,özfikirlərində  Azərbaycan  Respublikasının  cavan,  gənc  dövlət  olmasına  baxmayaraq, son  illər  regionda  lider  ölkəyə  çevirilməsi   bunun da  çox   sevindirici  hal  olmasından  bəhs  etdi.  Həmçinin, Azərbaycanın regionda baş verən proseslərə digər qonşu dövlətlərdən daha tez mövqe bildirməsini də xüsusi vurğuladı.  Bütün bunların nəticəsi olaraq  güclü  iqtisadiyyat və audit xidmətlərinin danılmaz  roluhaqqındatədbir  iştirakçılarına  geniş  məlumat  verdi. 

“L.B.Audit xidməti” MMC-nin direktoru Lamiyə BAYRAMOVA  qonaqları  məmnunluqla salamlayaraq, onları Bakıda  görməkdən  sevinc  hissi  keçirdiyini  qeyd  etdi.

Lamiyə Bayramova son  illərdə Türkiyədə qəbul olunmuş ticarət qanununun əhəmiyyətindən söhbət açaraq,  Azərbaycanda da audit  sahəsində  belə qanunların qəbul olunmasının vacibliyini qeyd etdi və auditor  xidmətləri  göstərən  təşkilatlar  kimi  bizlərin də  üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı. Həmçinin,  bu  sahədə  zəngin  təcrübəyə  malik  olan  Türkiyə  Respublikasının qəbul  etdiyi  qanun və qərarlarından,  təcrübələrindən  yararlanmağın  xüsusi  əhəmiyyət kəsb  etdiyini  dəyirmi  masa  iştirakçılarına  bildirdi.

Sonda Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov və İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının sədri Yəhya Arıkan yekun sözlə çıxış edərək, tədbirin əhəmiyyətini  bir  daha vurğuladılar və imzalanan əməkdaşlıq sazişinin gələcəkdə  hər iki quruma  öz töhvəsini verməsini arzu etdilər.

Qonaqlar tədbirin səhərisi günü 23yanvartarixində Heydər Əliyev Fondunu ziyarət ediblər. Onlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilib. Bildirilib ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond genişmiqyaslı layihələr həyata keçirməklə görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə dair materiallarla, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstəriblər. Bildirilib ki, ulu öndərin əsasını qoyduğu uğurlu inkişaf strategiyası Azərbaycanın qüdrətinin artmasına, onun regionda lider dövlətə çevrilməsinə səbəb olub. Qonaqlar Fondun xatirə kitabına ürək sözlərini yazıblar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömrü, zəngin irsi, eləcə də Fondun fəaliyyəti barədə dolğun məlumat aldıqlarına görə minnətdarlıqlarını bildirən qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Həmin gün, eyni zamanda, İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri  Odası və Azərbaycan Respublikasının Auditorlar Palatası arasında auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi aparılmışdır.

Hesab edirik ki, beynəlxalq və yerli tərəfdaşların təşkilatçılığı ilə belə tədbirlərin birgə keçirilməsi əlaqələrin daha da genişləndirilməsinə, problemlər və onların həlli yollarında peşəkar fəaliyyətimiz zamanı faydalı olacaqdır.    

 

Səbuhi GÜLMƏMMƏDOV,

Azərbaycan Respublikası Auditorlar

Palatasının Kadr hazırlığı və beynəlxalq

əlaqələr idarəsinin rəisi

 

Samir MƏMMƏDZADƏ,

Azərbaycan Respublikası Auditorlar

Palatasının Kadr hazırlığı və beynəlxalq

əlaqələr idarəsinin Beynəlxalq əlaqələr

şöbəsinin müdiri