Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Vergi ödəyiciləri ilə görüş keçirilmişdir

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri üçün Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar görüş keçirilmişdir. Tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və 400-dək sahibkar iştirak etmişdir.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov görüşü açaraq tədbirin məqsədi barədə danışmışdır. Qeyd olunmuşdur ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər ölkə Prezidentinin Vergilər Nazirliyinin qarşısına qoyduğu tələblərə uyğun olaraq, Azərbaycanda partnyorluq, qarşılıqlı faydalara söykənən dövlət-biznes münasibətlərinin qurulması istiqamətində daha bir addımdır. Ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanunu barədə məlumat verən Ə.Məmmədov bu qanunun qəbulunun vergi qanunverici-liyinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulamışdır.

Görüşdə çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev Vergi Məcəlləsinə dəyişikliklər barədə ətraflı məlumat vermişdir. Vergi Məcəlləsinin 65 maddəsinə 131 bənd üzrə 176 əlavə və dəyişikliyin edildiyini vurğulayan idarə rəisi dəyişikliklərin əsasən vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, vergi ödəyicilərinin mənafelərinin qorunması, vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı məsələləri əhatə etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, dəyişikliklərin əsas hissəsini sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, vergi ödəyicilərinə və vətəndaşlara müxtəlif vergi güzəştlərinin verilməsi, ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına xidmət edən dəyişikliklər təşkil edir.

Görüşdə çıxış edən BŞVD-nin struktur bölmələrinin rəhbərləri Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyəti barədə geniş məruzələr etmiş, Məcəlləyə daxil edilmiş yeni anlayışlar, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə bağlı müddəalar, kameral və səyyar vergi yoxlamalarına, operativ nəzarət tədbirlərinə və maliyyə sanksiyalarına edilmiş dəyişikliklər, vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması və borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınmasındakı yeniliklər barədə ətraflı məlumatlar vermişlər. Fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisi, aksiz, əmlak, torpaq, yol və sadələşdirilmiş vergilərdə edilmiş dəyişikliklər, o cümlədən ƏDV-nin ödənilməsi prosesindəki yeniliklər də vergi ödəyicilərinin nəzərinə çatdırılmışdır.

Görüşün sonunda vergi ödəyicilərinin müxtəlif məsələlərlə bağlı çoxsaylı sualları cavablandırılmışdır.