Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

2012-ci il: vergi xidmətlərinin statistik mənzərəsi

Vergi xidməti mərkəzlərinə müraciətlər artır

Ölkədə sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, elektron xidmətlərdən istifadəni asanlaşdırmaq məqsədilə yaradılmış vergi xidməti mərkəzlərinin fəaliyyəti vergi orqanları tərəfindən həyata keçirilən yoxlama-nəzarət, təhlil və təhqiqat, məcburi alınma prosesləri istisna olmaqla vergi ödəyicilərinə göstərilən xidmətlərin bütün spektrini əhatə edir. Ölkəmizin, əsasən, vergi orqanı olmayan ərazilərində ümumilikdə 40 belə mərkəz vergi ödəyicilərinin xidmətindədir.

2011-ci ildə mərkəzlərdə 54237 vergi ödəyicisinə 138327 xidmət, 2012-ci ildə isə 102666 vergi ödəyicisinə 240534 xidmət göstərilmişdir. Beləliklə, 2011-ci illə müqayisədə ötən il mərkəzlərə müraciət etmiş vergi ödəyicilərinin sayı 89,3%, göstərilmiş xidmətlərin sayı isə 73,9% artmışdır. Xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə mərkəzlərin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS) və «Axtarış&hesabat» informasiya sisteminə inteqrasiyasına başlanılmışdır. Hazırda Bakının Nəsimi və Nərimanov, eləcə də Balakən və Qax rayonlarındakı vergi ödəyicilərinə xidmət mərkəzləri AVİS-ə qoşulmuşdur.

Məlumatlandırma və təbliğat tədbirləri genişləndirilir

Bu məqsədlə vergilərə aid ümumilikdə 111.500 tirajla 14 adda buklet və jurnal nəşr etdirilərək vergi ödəyicilərinə çatdırılması üçün vergi orqanlarına paylanılmışdır. Məlumatlandırma və təbliğat tədbirlərinin əsas istiqamətləri nağdsız ödənişlər və əmək müqavilələri ilə bağlı olmuşdur.

Vergilərin elektron ödənişi sisteminə başlanılması və ölkədə POS-terminallardan istifadənin genişləndirilməsi ilə əlaqədar olaraq, vətəndaşların məlumatlandırılması məqsədilə video­çarxlar hazırlanaraq Vergilər Nazirliyinin saytında yerləşdirilmişdir. «Facebook» sosial şəbəkəsində istifadəçilər arasında nağdsız ödəmələrin təbliğatına həsr olunmuş fotoşəkil müsabiqəsi keçirilmiş, «Bakı Taksi» MMC ilə əldə edilmiş razılaşmaya əsasən, «London taksiləri»ndə nağdsız ödənişlərin üstünlükləri və plastik kartlardan istifadə barədə reklamlar yerləşdirilmişdir. Əmək münasibətlərinə nəzarət sahəsində sosial reklamlar hazırlanmış, bu mövzuda 145841 vergi ödəyicisinə SMS göndərilmişdir.

Vətəndaşların maliyyə və vergi, pulun idarə edilməsi sahəsində biliklərinin artırılması məqsədilə dünyanın 20 ölkəsində tətbiq olunan «İqtisadi futbol» intellektual oyununun Azərbaycan dilində versiyası hazırlanmış, VISA şirkəti və Mərkəzi Bank nümayəndələri ilə birlikdə təqdimatı keçirilmişdir. Keçən ilin əvvəlindən bu layihənin tətbiqinə başlanılmış və Xaçmaz, Zaqatala, Balakən və Qax rayonlarındakı ümumtəhsil məktəblərindən ümumilikdə 137 müəllimə vergilər sahəsində təlim keçilmiş, onlara «Vergi dostu» sertifikatı təqdim olunmuşdur.

2012-ci ilin dekabr ayında Bakıda iki peşə liseyində «Vergi tədris otağı» istifadəyə verilmiş, müasir avadanlıqlar, kompüter dəstləri, vergilərə aid kitablar, dərs vəsaitləri, bukletlər, lövhələr və s. ilə təchiz olunmuşdur.

2012-ci il ərzində keçirilmiş 799 görüş, brifinq və seminar-məşğələdə 20253 vergi ödəyicisi iştirak etmişdir. 2011-ci illə müqayisədə görüşlərin sayı 18,4% artmışdır. Bələdiyyələrin vergi xidməti əməkdaşları ilə 552 seminar-məşğələ keçirilmişdir. Vergi ödəyicilərinə ünvanlı xidmətin göstərilməsinə üstünlük verilərək 11572 vergi ödəyicisinə səyyar məlumatlandırma xidməti göstərilmişdir: 2011-ci il ilə müqayisədə bu xidmətlə əhatə edilmiş vergi ödəyicilərinin sayı 34,3% artmışdır.

2012-ci ildə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) tərtibatı dəyişdirilmiş və yeni dizaynda istifadəçilərə təqdim edilmişdir. Ötən il 2011-ci illə müqayisədə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə daxil olan şəxslərin sayı 11,3% artaraq 3.038.779 olmuşdur. Qeyd olunan dövr ərzində internet səhifəsinin «Sual-cavab» bölməsinə daxil olmuş 2298 müraciətin  99,3%-i qısa müddət (1-10 gün) ərzində cavablandırılmışdır.

Azərbaycanda fəaliyyət göstərən internet səhifələri ilə bağlı «Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilən monitorinqin nəticələrinə görə Vergilər Nazirliyinin rəsmi internet səhifəsi (www.taxes.gov.az) ardıcıl olaraq 5-ci dəfə ilin ən yaxşı internet resursu hesab edilmişdir.

Vergi xidmətlərindən istifadə imkanları asanlaşdırılır

Vergi ödəyicilərinin məlumat əldəetmə imkanlarının genişləndirilməsi, bu sahədə funksional idarəetmənin yeni formalarının tətbiqi məqsədilə məlumat köşklərinin quraşdırılmasına başlanmışdır. Sensor monitorlu elektron aparatlar nazirliyin məlumat resurslarına çıxışı təmin etmək üçün nəzərdə tutulub. Artıq Bakı Metropoliteninin səkkiz stansiyasında 15, Heydər Əliyev Beynəlxalq Hava Limanında isə 4 info-köşk quraşdırılmışdır.

Telefon-məlumat xidməti

2012-ci ildə Vergilər Nazirliyinin Telefon-məlumat xidməti tərəfindən vergi ödəyicilərinin və vətəndaşların ümumilikdə 273131 müraciəti cavablandırılmışdır ki, bu da 2011-ci illə müqayisədə 12,2% çoxdur. Canlı rejimdə fəaliyyət zamanı vergi ödəyicilərinin və vətəndaşların 138910 müraciəti müfəttiş-operatorlar tərəfindən cavablandırılmışdır: bu, 2011-ci ilin göstəricisi ilə müqayisədə 18,2% çoxdur.

Vergi öhdəliklərinə könüllü əməl edilməsi səviyyəsini yüksəltmək və vergi ödəyicilərinin vaxtına qənaət etmək məqsədilə ötən il «Azercell» abonentlərinin istifadə edə biləcəyi «İkitərəfli SMS xidməti» yaradılmışdır. Yeni xidmət vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılmasını nəzərdə tutur. Belə ki, vergi ödəyiciləri Vergilər Nazirliyinin müəyyən etdiyi xüsusi nömrəyə - 8195-ə SMS göndərməklə vergi borcu, təqdim edilməli bəyannamələr və hesablanmış vergilər barədə daha bir informasiya mənbəyi vasitəsilə vergi öhdəliklərini vaxtında yerinə yetirmək imkanı əldə etmişlər.

 Arzu İBRAHİMOVA