Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Vergi Apelyasiya Şurasının iclasında

Vergi Apelyasiya Şurası vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs İbrahimov Malik Abəydulla oğlu (VÖEN 1900058002) tərəfindən ünvanlanmış operativ vergi nəzarətinin nəticələri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə təkrar şikayətlərə baxmışdır.

Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən və özünə məxsus olan obyektdə kitab, məktəb və ofis ləvazimatlarının satışı ilə məşğul olan M.İbrahimov müraciətində operativ vergi nəzarəti zamanı vergi orqanı əməkdaşları tərəfindən nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərarın onlara təqdim edilmədiyini, alınmış mala görə ödənilmiş vəsaitin onun satıcısı tərəfindən nəzarət-kassa aparatına (NKA) mədaxil olunduğunu, ona qarşı tətbiq olunmuş 800 manat maliyyə sanksiyası ilə razılaşmadığını bildirmiş və həmin məbləğin ləğv olunmasını xahiş etmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır və vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirli olması ilə bağlı aradan qaldırılmaz şübhələr olduqda, onlar ödəyicinin xeyrinə şərh edilir.

Qeyd olunanlar nəzərə alınaraq və Vergi Apelyasiya Şurası tərəfindən toplanmış əlavə sübutlar əsas götürülməklə təkrar şikayətin təmin edilməsi, o cümlədən “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktın və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi haqqında qərar çıxarmışdır.

Şuranın iclasında vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində  qeydiyyatda olan “Müasir  Ticarət Texnologiyaları” MMC-nin  (VÖEN 1302261581) direktoru Cavadov Fuad Adil oğlunun kameral qaydada  hesablanmış 87 880,56 manat əlavə vergi məbləğlərinin ləğv edilməsi barədə təkrar şikayətinə də baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisə 03.08.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış və əsas fəaliyyət növü Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 116 ünvanında yerləşən “Makros supermarketi”ndə ərzaq məhsullarının pərakəndə satışından ibarət olmuşdur.

Müəssisədə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair akt tərtib edilmiş, lakin aktın nəticəsi üzrə yekun qərar çıxarılmamışdır. Müəssisə tərəfindən mübahisələndirilən kameral yoxlamalar 2012-ci ilin iyun, iyul, avqust aylarını əhatə etdiyi üçün səyyar vergi yoxlaması ilə həmin dövrlər əhatə olunmamışdır. Odur ki, müəssisənin vergi öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi məqsədilə, müəssisədə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinə zərurət yarandığını nəzərə alaraq, Vergi Apelyasiya Şurası təkrar şikayətin təmin olunması və “Kameral qaydada vergilərin hesablanmasına dair bildirişlər”in ləğv edilməsi barədə qərar çıxarmışdır.