Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 

 

 

 

 

 

 

 

 

Elşad Ziyad oğlu Səmədzadə,

 iqtisad üzrə fəlsəfə doktoru,

Azərbaycan İqtisadçılar

İttifaqının Sədr müavini,

 ADİU-nun dosenti

 

Fəal xarici iqtisadi siyasət davamlı inkişafın mühüm amili kimi

“...Bizim banklar xarici bazarlara çıxmalıdır, çıxır, daha da sürətlə çıxmalıdır. Bir yox, iki yox, beş, on bankımız niyə başqa ölkələrdə işləməsin?! Niyə orada böyük mövqelərə nail olmasın?! Dövlət öz tərəfindən dəstək verəcəkdir. Lazım olsa siyasi dəstək də, başqa dəstək də veriləcək”.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışından (28 fevral 2012-ci il).

Azərbaycan dinamik inkişaf edir. Ölkəmiz  beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. İnkişafın bu məqamında Azərbaycan hökuməti gələcək istiqamətlər haqqında fikirləşir. İqtisadiyyatın diversifikasiyası, modernləşmə və s. Bu baxımdan da fəal xarici iqtisadi siyasət artıq sərhədləri aşan  Azərbaycan şirkətlərinin fəaliyyətinin  səmərəliliyinin artırılması mövzusu aktual istiqamət kimi  tərəfimizdən  seçilmişdir.

İstənilən praktiki fikir nəzəriyyəyə söykənərkən tam olur. Biz də iqtisadiyyatın əsas göstəriciləri  kimi Ümumi Daxili Məhsul və Ümumi Milli Məhsul anlayışlarını götürürük. Əgər Ümumi Daxili Məhsul ölkə daxilində milli və xarici sahibkarlar tərəfindən istehsal olunan məhsulun dəyəridirsə, Ümumi Milli Məhsul  bizim üçün milli sahibkarlar tərəfindən Azərbaycan ərazisində və Azərbaycan ərazisindən kənarda istehsal olunan məhsulların toplam dəyəridir. İsaak Nyutondan soruşanda ki, bugünkü uğurlara necə gəlib çatıb, o, bildirdi ki, bugünkü uğurlara keçmiş fiziklərin çiyni üstündə gəlib. Bizim də dünya səviyyəsində deməyə sözümüz var, belə ki, bəşər əhəmiyyətli nümunələrimiz mövcuddur. Əsrin  müqaviləsi, Bakı-Tbilisi-Ceyhan layihəsi, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və s.  Bu nümunələrdən bir platsdarm kimi istifadə edərək hücuma keçmək olar. Amma əvvəl bizə informasiya lazımdır.    

İnformasiyanın da mühüm mənbələrindən biri Azərbaycanın xaricdə olan səfirlikləridir. Bilirsiz ki, Vətənimizin bu parçalarında iqtisadi attaşelər fəaliyyət göstərir. Xaricdə  olan yeniliklər, texnologiyalar  barədə onlar Azərbaycana faydalı məlumatlar çatdıra bilər ki, bunun əsasında xarici fəaliyyət potensialı arta bilər. Hazırda Azərbaycanın 66 ölkədə səfirliyi var. O cümlədən iqtisadi informasiyanın mühüm mənbəyi ali təhsilimizdir. Biz Leonardo da Vinçini “Elm sərkərdədir, praktika isə əsgərlər” sözləri ilə yada salırıq. Mən beynəlxalq səviyyəli tədbirlərdə, misal üçün, bu yaxınlarda Albaniyada tədbirdə idim. Birləşmiş Ştatların  Corc  Vaşinqton Universitetinin bir professoru tədbirdə iştirak edərək  fərqli mövzulara münasibət bildirdi. Universitetin  professorları iştirak etdikləri tədbirlərdə öz praktik fikirlərini deyir, eyni zamanda, universitet auditoriyaları üçün dəyərli məlumatlar aparır. Düşünürəm ki, Azərbaycan təhsilində praktik sahə ilə təmasın çox böyük inkişaf perspektivləri var.

Statistikaya müraciət etsək görərik ki, 2011-ci ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 36,33 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 9,76 mlrd. ABŞ dolları, ixracın həcmi isə 26,57 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 149 ölkə ilə ticarət sahəsində əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 16,81 mlrd. ABŞ dolları olmuşdur. Bunun əsas hissəsi ixracdır, əlbəttə, bunun həcminin və keyfiyyətinin artması imkanları da mövcuddur.

Azərbaycan Dövlət maliyyəsinin imkanları artmaqdadır. Son məlumatlara görə, Dövlət büdcəsi xərcləri –  15 779 160 000 manat (2012-ci il), Dövlət Neft Fondunun vəsaiti –10 751 304 000 manat (2012-ci il), Mərkəzi Bankın valyuta  ehtiyatları  - 10 583 800 000 manat  (10.04.2012), Dövlət Neft Şirkətinin aktivləri – 17 milyard ABŞ dolları (2012-ci il) təşkil edir.

Qeyd edim ki, şirkətlərimizin xarici fəaliyyətində təkcə bu alətlər deyil, başqa alətlər də var. İqtisadi İnkişaf Nazirliyinin Azpromo təşkilatı səmərəli fəaliyyət göstərir. O cümlədən Satınalmalar üzrə Dövlət Agentliyi Azərbaycan şirkətlərinin xarici bazara çıxması üçün çalışır. Bu qurum Azərbaycan şirkətlərinin  digər dövlətlərin dövlət satınalmalarında iştirakı  üçün səy edir.

Bir vacib məsələ də var. Azərbaycanlıların xaricdə rahat fəaliyyəti üçün Azərbaycan məktəbləri gərəkdir. Övladlar azərbaycanlı kimi böyüyə bilsinlər. 

Bütün bu proseslərin uğurla həyata keçməsi üçün Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq etməli, səmərəli fəaliyyət göstərməlidir. Ölkəmiz Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparır. Azərbaycanın bu sahəni tənzimləyən qanunvericiliyi doğrudan da çox liberaldır. Azərbaycan qanunlarına görə istənilən ölkənin şirkəti (əlbəttə ki, Ermənistanı çıxmaqla) Azərbaycan dövlət satınalmalarında fəal iştirak edə bilər. Azərbaycanda heç bir şirkət heç bir dövləti mənsubiyyətinə görə dövlət satınalmalarından kənarlaşdıra bilməz (Ermənistan şirkətlərini çıxmaqla). Təəssüf olsun ki,  bu hal köhnə Avropa ölkələri tərəfindən qarşılıqlı şəkildə gözlənilmir. Azərbaycan şirkəti ölkə mənsubiyyətinə görə köhnə Avropa ölkələrindəki qanunvericiliyə görə dövlət satınalmalarından kənarlaşdırıla bilər.

Azərbaycanda ixracın artırılması üçün real imkanlar var.  2012-ci ildə keçirilən iki tədbirdən sitat gətirəcəyim Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə keçən İkinci iqtisadi siyasət forumunda Çilinin sabiq prezidenti cənab Rikosdo Laqos çıxış etdi. O, dedi: “Çili Avropa İttifaqı ilə sərbəst ticarət sazişi imzaladı. Biz düşündük ki, ixracımızı dərhal artıra biləcəyik. Amma Avropa rəsmiləri bildirdilər  ki, bitkilərə verilən su Avropa sanitar normalarına uyğun deyil. Ona görə də biz meliorasiya sistemimizi Avropa səviyyəsinə uyğun yeniləşdirməli olduq. Bu da bir neçə il vaxt tələb etdi.” Deyiləndən belə nəticə çıxara bilərik ki, əvvəl Avropa normalarına uyğunlaşmaq, sonra öhdəlik götürmək daha səmərəli olar. İkinci tədbir Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi tədbir idi. Tədbirdə Malayziyanın sabiq baş naziri Mohathir Mohamad çıxış etdi. O, bildirdi ki: ”Biz hədəf kimi məşğulluq problemini götürmüşdük. Biz düşünürük ki, əgər 1 hektar ərazini kənd təsərrüfatı məqsədilə istifadə etsək, 1-2 nəfər çalışacaq. Sənaye üçün istifadə etsək, 100 nəfər işləyəcək. Düzdür, Azərbaycan əhalisinin təqribən 50 faizi kənddə yaşayır. Onun bir qismi sırf kənd təsərrüfatı ilə məşğul olur. Onların məşğulluğu, kənd həyat tərzinin - ənənələrin qorunması, habelə ölkənin ərzaq təhlükəsizliyi, süfrələrimizə saf məhsulların gəlməsi baxımından bu məsələ vacibdir. Amma gələcək baxımından, dünya iqtisadiyyatı ilə bir addımlamaq baxımından keyfiyyətli, çoxistiqamətli sənayeləşmə zəruridir. Habelə postindustrial cəmiyyətin tələbləri də nəzərə alınmalıdır.

 Fəxrlə qeyd edə bilərik ki, artıq Azərbaycan şirkətləri beynəlxalq müstəvidə artıq fəaliyyət göstərir.

Dövlət Neft Şirkəti xaricdəki nümayəndəlikləri - Gürcüstan, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya,  Ukrayna, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və birgə müəssisələri vasitəsi ilə dünya enerji bazarına da daxil olmuşdur. Gürcüstanda Kulevi Qara dəniz Terminalı yüksək səviyyədə fəaliyyət göstərir. Türkiyədəki “Petkim” neft-kimya şirkətinin genişləndirilməsi və xammalla etibarlı təchiz olunması böyük nailiyyətlərdir. İzmirdə neft emalı zavoduna yatırılan 5 milyard ABŞ dolları nəticəsində Azərbaycan Türkiyəyə daha çox sərmayə yatırmış oldu, nəinki Türkiyə Azərbaycana.

Azərbaycan Beynəlxalq Bankının Moskva, Tiflis, Frankfurt, London, Lyuksemburq, Nyu York Və Dubayda nümayəndəlikləri vardır. Qafqaz İnkişaf Bankının Tiflisdə nümayəndəliyi var. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC də xaricdə iri infrastruktur layihələrini icra edir. «Mətanət A» - şirkəti qloballaşaraq “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə  ixrac edir. Şirkətin Moskva, Aktau və Tbilisi şəhərlərində nümayəndəlikləri vardır. Hazırda Rusiyanın Krasnodar vilayətində tikinti materialları zavodunu inşa edir. Bu cür nümunələr yenə var.  

 

Dəyişən beynəlxalq mühit.

Böhran dövründə almanlar Yunanıstanda  aktivləri alır. Azərbaycan artan maliyyə imkanları və beynəlxalq nüfuzundan istifadə edərək bu gün pulla ifadədə  ucuzlaşmış strateji nöqtələri, habelə ölkəmizə mal idxal edən istehsalları ala bilər.

Fəal xarici iqtisadi siyasət - hücum iqtisadiyyatı formulunu gəbul edərək eyni zamanda daxili investisiyalarla xarici investisiyaların səmərəli nisbətini təmin etməyin gərək olduğunu da vurğulayırıq. Bu, milli kapitalın xaricə axını yox, onun strateji nöqtələrdə platsdarm quraraq, yeni Azərbaycan investorları üçün dayaq nöqtəsi yaradaraq, dəyər artıraraq şərəflə geri dönüşü olmalıdır.

-                      Bu qədər gərgin iqtisadi müzakirələrdən sonra bir qədər lirikaya ehtiyac var. Düşünürəm, bir iqtisadi bayatı yerinə düşər:

Əzizinəm bank yaxşı,

         

  Qarabağda tank yaxşı.

               Yığmağa qərib ölkə,

                        Sərfinə Vətən yaxşı!

 

Bütün bu müzakirələrdən sonra qeyri-ixtiyari belə sual çıxır:

Azərbaycan qarşıya qoyulan bu məqsədlərə çatmağa qadirdirmi?

 Bəli, qadirdir! Çünki:

 

-      AZƏRBAYCAN BMT-nin  Təhlükəsizlik Şurasının SƏDRİDİR!

-      AZƏRBAYCAN Avroviziyanın ev  SAHİBİDİR!

-   AZƏRBAYCAN sərhədləri  aşa bilən güclülərin VƏTƏNİDİR!