Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir

Ötən həftə  Milli Məclisin plenar iclasında vergi qanunvericiliyinə və digər bir sıra qanunvericilik aktlarına təklif olunan əlavə və dəyişikliklər müzakirəyə çıxarılmışdır. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə və «Dövlət rüsumu haqqında» Qanuna təklif olunan dəyişikliklər barədə deputatlara ətraflı məlumat vermişdir.

Komitə sədri qeyd etmişdir ki, məcəllə qəbul olunarkən mükəmməl sənəd olsa da, sonradan ölkə iqtisadiyyatında gedən inkişaf prosesləri bu sahədə qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zərurətini yaratmışdır. O bildirmişdir ki, müzakirəyə təqdim olunan «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanun layihəsi, əsasən, dörd istiqaməti: vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, vergi ödəyicilərinin mənafelərinin qorunması, vergi inzibatçılığının    vergi nəzarətinin təkmilləşdirilməsini əhatə edir.

Vergi ödəyicilərinin mənafelərinin qorunması prioritet təşkil edir

Qanunvericilikdə edilmiş son dəyişikliklərdə əsas vəsaitlərə aid edilən aktivlərin dəyərinin artırılması, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər  tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqların qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edilməklə vergiyə cəlb olunmasını, əsas vəsaitlərin (aktivlərin) yenidən qiymətləndirilməsindən yaranan artımın mənfəət vergisindən azad edilməsini, amortizasiya və əmlak vergisi hesablanan zaman qeyd edilən artımın nəzərə alınmamasını, büdcəyə ödənilməli olan əlavə dəyər vergisinin təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə vergi ödəyicisinin kassasına və hesablaşma hesabına daxil olmuş məbləğlərdən hesablanmasını nəzərdə tutan maddələr öz əksini tapmışdır.

Bununla yanaşı, muzdla işləyən fiziki şəxslərə aparılan ödənişlərin əməkhaqları şəklində leqallaşdırılması, əhalinin pul gəlirlərinin artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Vergi Məcəlləsinin 101-ci maddəsinə bir sıra dəyişikliklərin edilməsi zəruri hesab olunmuşdur. Bu dəyişikliklər, əsasən, fiziki şəxslərin aylıq gəlirlərinə və qeyri-sahibkarlıq fəaliyyətindən illik gəlirlərinə tətbiq edilən gəlir vergisinin maksimal dərəcəsinin 30%-dən 25%-ə endirilməsindən, fiziki şəxslərin 14% dərəcə ilə gəlir vergisinə cəlb edilən aylıq gəlirlərinin 2000 manatdan 2500 manatadək artırılmasından, fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinin 14% dərəcə ilə gəlir vergisinə cəlb edilən illik gəlirlərinin isə  24000 manatdan 30000 manata qaldırılmasından ibarətdir.

Dəyişikliklərdə vergi orqanları tərəfindən vergi borclarının məcburi alınması zamanı vergi ödəyicilərinin məhkəməyə müraciət etmək imkanlarının genişləndirilməsi də vardır.

Vergi ödəyicilərinin sosial statusu nəzərə alınmışdır

Sosial vəziyyətindən asılı olaraq gəlir vergisi güzəştlə tutulan fiziki şəxslərin müxtəlif  kateqoriyalarının aylıq gəlirlərinə tətbiq edilən vergi güzəştləri müvafiq olaraq 100 manatdan 200 manata, 55 manatdan 100 manata, 20 manatdan 50 manatadək artırılmışdır.

Qeyd olunan güzəşt və imtiyazlar nəticəsində 47 mln. manat vəsaitin vergi ödəyicilərinin və vətəndaşların sərəncamında qalacağı gözlənilir.

Dəyişikliklər sayəsində qeyri-neft  sektorunun inkişafı daha da sürətlənəcək 

Dəyişikliklərdə Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə yaradılmış sənaye  və texnologiyalar  parkları ilə bağlı istehsalın təşviq edilməsi məqsədilə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitinin yerləşdirilməsindən əldə olunan gəlirlərin mənfəət vergisindən azad edilməsini nəzərdə tutan 106-cı,  Fondun aktivlərində yerləşdirilməsi üçün idxal edilən qızılın və qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsinin ƏDV-dən azad edilməsini nəzərdə tutan  164-cü  maddədə dəyişikliklər edilmişdir.  Vergi Məcəlləsinin 164-cü  maddəsində edilmiş dəyişikliklərdən biri də ödənişli təhsil xidmətlərinin ƏDV-dən azad edilməsidir.

Vergi nəzarətinin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər bunları əhatə edir:

· vergi ödəyicisinin filialı, nümayəndəliyi və digər təsərrüfat subyektlərinin olduğu ünvan üzrə uçota alınması;

· əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənəd əsasında vergi orqanlarında uçota alınması;

· cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə kommersiya sirri hesab olunan məlumatların maliyyə monitorinqi orqanına verilməsi;

· vergi ödəyicisində  əmlak vergisinin hesablanması və ödənilməsinin düzgünlüyü yoxlanıldığı zaman inventarizasiyanın aparılması;

· vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və növbədənkənar səyyar vergi yoxlamalarının 9 aydan çox olmayan müddətdə dayandırılması (təxirə salınması) halları;

· elektron fayl formasında sənədlərin tələb edilməsi;

· elektron qaydada audit aparılan zaman sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməməsinə, bilərəkdən təhrif olunmuş formada təqdim edilməsinə və sənədlərin qanunla müəyyən edilmiş müddətdə saxlanılmamasına və Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vəsaitin dondurulması haqqında vergi orqanının sərəncamının icra edilməməsinə görə maliyyə sanksiyasının tətbiqi;

· büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələrinin yol vergisinə cəlb edilməsi.

Müzakirələrdə cıxış edən millət vəkilləri bu dəyişikliklərin Azərbaycanda daha sivil vergi sisteminin tətbiq olunmasına, qeyri-neft sektorunun inkişaf etməsinə səbəb olacağını, ölkə iqtisadiyyatının daha dinamik inkişafına təkan verəcəyini vurğulamışlar.