Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Peşə Liseylərində “Vergi Tədris Otaqları” yaradılmışdır

Dekabr ayının 25 və 27-də Binəqədi rayonunda yerləşən 18 saylı və Xətai rayonunda yerləşən 4 saylı Peşə liseylərində “vergi tədris otaqları”nın istifadəyə verilməsi ilə bağlı təqdimat mərasimləri keçirilmişdir. Ümumilikdə 860 nəfər şagirdin təhsil aldığı bu peşə liseylərində vergilər haqqında biliklərin gənc nəslə əyani şəkildə çatdırılması məqsədilə yaradılmış “vergi tədris otaqları” müasir avadanlıqlar, kompyuter dəstləri, vergilərə aid kitablar, dərs vəsaitləri, bukletlər, lövhələr və s. ilə təchiz olunmuşdur.

Tədbiri giriş sözü ilə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq  qeyd etmişdir ki, bu cür otaqların yaradılması vergi orqanları ilə Peşə liseyləri arasındakı əməkdaşlıq əlaqələrini gücləndirəcək, gənclərimizə vergi mədəniyyətinin aşılanmasına kömək edəcəkdir.

Ə.Məmmədov bildirmişdir ki, Vergilər Nazirliyi tərəfindən vergilərin tədrisi ilə əlaqədar orta məktəb şagirdləri üçün üç dərs vəsaiti və ali məktəblərin tələbələri üçün bir neçə dərslik nəşr olunaraq tədris proqramlarına daxil edilmiş, ümumtəhsil məktəblərində 54 metodiki vergi kabineti yaradılmışdır. Gələcəkdə daha 9 Peşə liseyində bu cür kabinetlərin yaradılması nəzərdə tutulur.

Tədbirdə Vergilər  və Təhsil Nazirliklərinin, KİV-in ictimaiyyətin nümayəndələri də iştirak etmişlər.