Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 634 milyon

629,6 min manat vəsait daxil olmuşdur

2012-ci ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 634 milyon 629,6 min manat təşkil etmişdir. Bu məbləğin 38,6%-i mənfəət vergisinin, 23,7%-i əlavə dəyər vergisinin, 13,1%-i fiziki şəxslərin gəlir vergisinin, 7,3%-i aksizlərin, 17,3%-i isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə 3 milyard 21 milyon 641,7 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,9% çoxdur.

Yanvar-noyabr aylarında respublika üzrə 66445 vergi ödəyicisi qeydiyyata alınmışdır. 2011-ci ilin iyul ayının 1-dən cari ilin dekabr ayının 1-dək 51128 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçmişdir. 1 dekabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 477038 olmuşdur.

2012-ci ilin yanvar-noyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90% təşkil etmişdir.