Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Vergilər naziri İranın ölkəmizdəki səfirini qəbul etmişdir

Dekabr ayının 13-də vergilər naziri Fazil Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul etmişdir.

Tanışlıq məqsədi daşıyan görüşdə son illər ölkəmizdə əldə olunmuş nailiyyətlərdən danışan F.Məmmədov vurğulamışdır ki, bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş iqtisadi siyasət dayanır. Bu siyasət nəticəsində həm ölkənin paytaxtında, həm də bütün regionlarında iqtisadiyyatın sürətlə artdığını bildirən nazir, hazırda əsas fəaliyyət növü kənd təsərrüfatı məhsullarının istehsalı olan vergi ödəyicilərinin torpaq vergisindən başqa bütün vergilərdən azad olunmasına baxmayaraq, kənd rayonları üzrə vergi daxilolmalarının dəfələrlə artdığını, bunun da bölgələrdə yeni iş yerlərinin və sənaye sahələrinin yaradılması ilə bağlı olduğunu qonağın diqqətinə çatdırmışdır.

Vergilər naziri Azərbaycanda reallaşdırılan vergi islahatları,  vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi sahəsində əldə edilmiş nailiyyətlər, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər barədə də qonağa ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikasının vergi administrasiyaları arasındakı əlaqələr 2011-ci ilin yanvar ayının 1-dən etibarən tətbiq edilən gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilə ilə tənzimlənir və Azərbaycan tərəfi bu müqaviləyə tam həcmdə əməl olunması üçün üzərinə düşən bütün öhdəliklərə həmişə əməl etmişdir və bundan sonra da bu prinsipə sadiq qalacaqdır.

Görüşdən məmnun qaldığını qeyd edən cənab Möhsün Pakayin təmsil etdiyi ölkənin iqtisadi siyasəti barədə məlumat verərək, Azərbaycanla İran arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün real imkanlar olduğunu, ölkəmizdə fəaliyyət göstər­diyi dövrdə bu əlaqələrin dərinləşməsinə  öz töhfəsini verməyə çalışacağını bildirmişdir.

Azərbaycanın  son illər ərzində çox yüksək templərlə inkişaf etməsinin dost ölkənin səfiri kimi onu çox sevindirdiyini dilə gətirən səfir İranın vergi administrasiyasının Azərbaycan Respublikası Vergilər Nazirliyinin əldə etdiyi qabaqcıl təcrübədən bəhrələnə biləcəyini söyləmişdir. 

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının vergi orqanları arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları barədə  də fikir mübadiləsi aparılmışdır.