Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Bioloji təbabət  Sizin sağlamlığınızın keşiyində

Statistikaya görə XX əsrin əvvəllərində bütün xəstəliklərin yalnız yarısı uzun müddət davam edirdi, amma hazırda bu göstərici 90%-ə çatmışdır. Elə həmin statistikaya görə, əgər əvvəllər uzun müddət davam edən xəstəliklər, yəni xroniki xəstəliklər nəticəsində əhali ölümü 45% təşkil edirdisə, hazırda bu 80%-ə qalxmışdır.  Bir çox insan maddələr mübadiləsi, sinir sistemi, immun sistem, eləcə də hamımızı çox narahat edən “xərçəng” xəstəliyindən əziyyət çəkir. Sözsüz ki, hazırda bir çox dərman preparatları mövcuddur. Amma onlar bizə yalnız xəstəlik əlamətlərini yüngülləşdirməklə kömək edə bilirlər. Adətən xəstəliyin səbəbini aradan qaldıra bilmirlər. Lakin kimyəvi dərmanlarla müalicə zamanı xəstəlik əlamətləri müvəqqəti olaraq aradan qaldırılır, müalicə əvəzinə xəstəlik gizli hala keçirilir. Xəstəlik gizli surətdə inkişaf etdiyi üçün elə bir həddə çatır ki, onun qarşısını almaq mümkün olmur. Bununla yanaşı, kimyəvi dərmanların zərərli təsiri nəticəsində sağlam orqan və toxumalar zədələnir. Məsələn: Tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, parasetamol hətta ən kiçik dozalarda allergik xəstəliklərin, astmanın yaranmasına səbəb olur. Ən təhlükəlisi ondan ibarətdir ki, parasetamol qaraciyəri zədələyir və bu kəskin qaraciyər xəstəliklərinin meydana çıxmasında ən çox rast gəlinən səbəbdir. Uzunmüddətli və tez-tez istifadəsi mədə–12-barmaq bağırsaq xorasına, hətta mədə qanaxmasına gətirib çıxardır. Təsadüfi deyil ki, hələ təkcə ABŞ-da hər il parasetamol qəbulundan 450 nəfər həyatını itirir və 26000 insan xəstəxanaya düşür. Bu problemi aradan qaldırmaq üçün  ABŞ-ın dərman maddələri və qida əlavələri üzrə komissiyası FDA parasetamolun yol verilən istifadə dozasını azaltmağı qərarlaşdırdı.

Orqanizmimiz əksər problemləri aradan qaldırmaq üçün kifayət qədər imkana sahibdir. Orqanizmin bunu edə bilməməsi hansısa maneənin və səbəbin olduğunu göstərir. Bu səbəb və maneələrə homotoksin adı verilmişdir. Burada homo – insan, toksin isə zəhər olub, başqa sözlə, insan zəhəri deməkdir. Çünki onlar yalnız insan orqanizminə qarşı zərərlidir. Bu homotoksinlərə:

·   kimyəvi və ya sintetik dərman preparatları;

·   ətraf mühitin zərərli amilləri, o cümlədən stress;

·   zərərli qida məhsulları;

·   virus;

·   bakteriya;

·   zərərli vərdişlər və s. aiddir.

Sübut olunmuşdur ki, homotoksinlər orqanizmə daxil olduqdan sonra orqanların fəaliyyətini pozur və bu maneələrin (homotoksinlərin) tezliklə aradan qaldırılması vacibdir. Bunun üçün orqanizmə özünübərpa və müdafiə gücünü qaytarmaq kifayətdir. Məhz BİOLOJİ TƏBABƏTin əsas məqsədi budur. Orqanizmin zərərli maddələrlə mübarizəsi nəticəsində xəstəliyin müxtəlif əlamətləri meydana çıxır. Məsələn: ağrı, hərarətin yüksəlməsi, qusma, ürəkdöyünmə, tərləmə, ağız suyu ifrazının, göz yaşı ifrazının, sidik ifrazının artması və s. Buradan belə nəticə çıxartmaq olar ki,  xəstəlik – insan orqanizminin zəhərli maddələrə qarşı apardığı mübarizəsinin təzahürüdür. 

Bioloji Təbabət  orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodudur. 2009-cu ilin fevral ayından başlayaraq BİOLOJİ TƏBABƏT Klinikası fəaliyyət göstərir. Qeyd edək ki, Bioloji Təbabət digər müalicə metodlarından fərqli olaraq:

· xəstəliyi deyil, xəstəni müalicə edir. Yəni müalicə fərdi olaraq seçilir;

· müalicədə yalnız təbii tərkibli potensiyalaşdırılmış dərman preparatlarından istifadə edir;

·  müalicə zamanı digər orqan və toxumalar zədələnmir.

 

BİOLOJİ TƏBABƏTİN FƏLSƏFƏSİ

· Primum non nocere   – Zərər vermə!

·  Vis medicatrix natura – Təbiətin müalicə gücü

·  Tolle causam    – Mövcud olan simptomları deyil, xəstəliyin səbəbini müəyyən edib,  səbəbi müalicə etmək

BİOLOJİ TƏBABƏT klinikası Türkiyənin EGE Universitetinin professoru Afiq  Bərdəli ilə əməkdaşlıq edir. Dünya genetik elmində tanınmış alim, prof. dr. Afiq Bərdəli bir çox xəstəliyin genini kəşf etmiş və “Bərdəli geni” olaraq patentləşdirmiş, gətirdiyi peşəkar heyəti ilə Azərbaycanda Genetik Diaqnozun, müalicənin yeni və ən son üsullarını tətbiq edir.

Prof. dr. Afiq Bərdəlinin Azərbaycana gətirdiyi möcüzəvi texnologiya sayılan insan genetik şifrəsini oxuyan, DNT sekans cihazının vasitəsilə bütün:

·   xromosom xəstəlikləri;

·   sonsuzluq, talassemiya;

·   qızdırma;

·   irsi qan xəstəlikləri;

·   ürək qan-damar;

·   revmatologiya;

·   onkologiya;

·   nefrologiya;

·   nevrologiya;

·   ginekologiya;

·   metabolik;

·   endokrin;

·   uşaq xəstəliklərinin genetik diaqnostikası edilir.

Bu cihazın vasitəsilə 6000-dən çox xəstəliyin doğumdan öncə, doğumdan sonra və nigahdan əvvəl diaqnozu qoyulur.

Həmçinin Prof. dr. Afiq Bərdəli bütün xəstələrə BİOLOJİ TƏBABƏT Klinikasında ayda bir dəfə genetik konsultasiya verir.

Bioloji təbabət klinikasını seçməyiniz üçün səbəblər:

1.  Müasir texnologiya ilə təchiz olunmuş laboratoriya və diaqnostika şöbələri.

2. Almaniyada ən son texnologiya ilə hazırlanmış və tərkibində müxtəlif bitki, heyvan, mikroorqanizm, mikroelement mənşəli komponentlər olan biopreparatlarla müalicə.

3. Ən müasir aparatura ilə təchiz edilmiş fizioterapiya şöbəsində:

- Plazmoferez

- Ozonoterapiya

“SPA” terapiya

- Hidrokolonterapiya

4. Tibbi kosmetologiya.

5.   Müasir müalicə üsulları ilə qədim Şərq müalicə metodlarının sintezi:

- Biopunktura

- Homeosiniatriya

Mezoterapiya

Autohemoterapiya

- Manual terapiya

- Hirudoterapiya  və s.

6.  Almaniyada xüsusi kurs keçmiş həkim heyəti.

7. Xəstələrin müalicəsinin alman mütəxəssislərinin iştirakı ilə Bioloji Təbabət klinikasında və Almaniyada təşkili.

Unutmayın ki, hər bir ağır xəstəlik yüngül əlamətlərlə başlayır. Buna görə də heç bir xəstəliyə və xəstəlik əlamətinə biganə yanaşılmamalıdır. Tibb sahəsində belə bir deyim var: Üçbucağın bir tərəfində həkim, bir tərəfində xəstə, o biri tərəfində isə xəstəlik durur. Əgər xəstə ilə həkim bir olarsa xəstəliyə asanlıqla qalib gəlmək olar. Əksinə xəstəlik ilə xəstə bir olarsa əlbəttə ki, xəstəlik qalib gələcək...

Artıq  BİOLOJİ TƏBABƏT klinikasında:

·  hormonal asılılıq;

·  psoriaz;

·  artroz;

·  bronxial astma;

·  miqren;

·  qırmızı qurdeşənəyi;

·  trofik yara;

·  qeyri-spesifik xoralı kolit;

·  uşaqlıq mioması və digər xroniki xəstəliklər uğurla müalicə olunur.

Ünvan:

Bakı şəh., Cavadxan küç., 24 (M.Əcəmi metro stansiyasının yaxınlığında)

·  Tel/Fax: (012)(070) (055)(050)  430 89 89

Göyçay filialı: Göyçay r-nu, M.Muradov küç.12

·  Tel: (020 274) 70 80/ 90

info.planeta@mail.ru

www.biolojitababat.az