Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanın duza olan tələbatı 100% təmin olunmaqdadır

Noyabrın 5-də Masazır duz zavoduna mediatur təşkil olunmuş, jurnalistlər zavodla, oradakı proseslərlə daha yaxından tanış olmuşlar. Əvvəlcə jurnalistlərə zavodun yaranma tarixi, buradakı istehsal prosesi haqqında müəyyən məlumat vermək məqsədilə tədbir təşkil olunmudur.  Tədbirdə çıxış edən zavodun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərov 2005-ci ildə aparılmış araşdırma nəticəsində Azərbaycan əhalisinin 75%-inin  yod çatışmazlığından əziyyət çəkdiyinin müəyyən olduğunu və zavodun əsas olaraq bu ehtiyacdan yarandığını vurğulamışdır. Afiq Səfərov, eyni zamanda, zavod qurulmazdan əvvəl buradan duz daşıyaraq kustar üsulla satan insanların əmək fəaliyyətinin məhdudlaşdırılmaması məqsədilə zavod qurulduqdan sonra işlə təmin olunduğunu bildirmişdir. Onun sözlərinə görə, Masazır duz zavodunun fəaliyyəti ilə Azərbaycanın duza olan tələbatı 100% təmin olunmaqdadır və artıq Azərbaycan qonşu ölkələrə duz ixrac edən bir ölkəyə çevrilib. Hazırda Gürcüstan, Orta Asiya ölkələrinə də duz ixrac olunmaqdadır.

Daha sonra çıxış edən zavodun istahsalat müdiri Ceyhun Salmanov sənaye və qeyri-sənayedə istifadə olunan duzların artıq xaricdən gətirilmədiyini, öz bazarımızda istehsal olunduğunu, Azərbaycanın duza olan ehtiyaclarının ehtiyatlarımız çərçivəsində qarşılandığını bildirmişdir. O, istehlakçıların tələbatını nəzərə alaraq, yeni çeşidlərin də istehsal olunduğunu qeyd etmişdir. Əvvəllər sadəcə süfrə duzu kimi təqdim olunan “Azərduz”un artıq xörək, turşu, heyvanlar üçün yalama duzu kimi çeşidləri, eyni zamanda,  qazanxanalarda, neft sənayesi, gön-dəri, xammal təsərrüfatlarında, yol-istismar idarələrində istifadə üçün növləri  də vardır.

Duzda yodun miqdarına gəldikdə isə Ceyhun Salmanov əvvəllər duz istehsal edilən sexlərdə yodun miqdarına ciddi nəzarət edilmədiyini, bunun isə insan orqanizmi üçün mənfi nəticələrinin olduğunu nəzərə çatdıraraq, hazırda bu məsələyə xüsusi diqqət yetirildiyini, yodun miqdarında müəyyən çatışmazlıqlar aşkarlandığı zaman malın geri qaytarıldığını, satışa çıxarılmadığını vurğulamışdır. O, həmçinin bildirmişdir ki, bir çox duzların istifadə müddəti də çox vaxt yalnış qeyd olunur. Belə ki, duzun əsas yararlılıq müddəti 9 aydır. Daha çox saxlanan duzun tərkibində yod tədricən azalır ki, bu da keyfiyyətin itməsi ilə nəticələnir. Bəzi duzların üzərinə yararlılıq müddətinin 3, 4 il və ya daha çox yazılmasının səbəbi isə əsas olaraq maliyyə itkisindən qaçmaqdır. Keyfiyyətli duzu müəyyən edən əsas amillər olaraq isə istehsalat müdiri yararlılıq müddətinin 9 ay kimi qeyd olunmasını, duzun içində qara parçaların olmamasını, duzların bir-birinə yapışmamasını və istehsalçı haqqında məlumatın verilməsini göstərmişdir.

Sonda jurnalistlər zavodla, oradakı istehsal prosesi ilə daha yaxından tanış olmuşlar. Qeyd edək ki, zavodda məhsullar tam olaraq avtomatik şəkildə, hazır məhsula qədər insan əli dəymədən hazırlanır. 

 

Mətanət Hüseynova