Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ukraynanın ali təhsil sisteminin təqdimatı keçirilmişdir

Noyabrın 30-da Ukraynanın ali təhsil sisteminin təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko hər iki ölkə prezidentlərinin bu məsələyə kifayət qədər diqqət ayırdıqlarını, Ukrayna ilə Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, bir çox  sahələr, o cümlədən təhsil sahəsində inkişaf etdiyini bildirmişdir. Diplomların tanınmasına gəldikdə isə A.Mişşenko bu məslə ilə bağlı  müqavilənin qüvvədə olduğunu qeyd etmişdir.

 Hazırda Azərbaycandan 4000 nəfərdən çox tələbənin təhsil aldığı Ukraynada 500 min nəfəri birləşdirən Azərbaycan diasporu ən çoxsaylı diasporlardan biridir. Ölkəmizdə də çoxsaylı ukraynalı tələbənin təhsil aldığını qeyd edən səfir Ukraynanın Azərbaycandakı tələbələrinin sayını artırmağı qarşısına məqsəd qoyduğunu bildirmişdir. O, ölkəmizdə energetika sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlanması üçün gözəl baza olduğunu və Ukraynanın bu cür mütəxəssislərə ehtiyac duyduğunu da qeyd etmişdir.

Tədbirdə Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin İnformasiya-İmic Mərkəzinin nümayəndəsi Nataliya Naumenko, Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzinin Bakıdakı nümayəndəsi Aydın Novruzov, Odessa Milli Politexnik Universiteti, Donetsk Milli Universiteti, Karazin adına Xarkov Milli Universitetinin nümayəndələri və başqaları da iştirak etmişlər. Onlar çıxışlarında  Ukraynanın təhsil sistemindən, onun üstünlüklərindən, ordakı təhsil qiymətlərindən, tələbələrin yaşayış şəraitindən danışmış, universitetlər haqqında məlumat vermişlər.

 Mətanət Hüseynova