Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Vergi orqanlarına işə qəbul imtahanları keçirilmişdir

Dekabr ayının 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən vergi xidməti orqanlarına işə qəbulla bağlı test imtahanları keçirilmişdir. Müsabiqə komissiyasının verdiyi məlumata əsasən, imtahanda iştirak etmək üçün 2367 nəfər elektron ərizə ilə  müraciət etmiş, onlardan 2138-nin sənədləri qəbul olunaraq imtahana buraxılmışdır. 229 nəfərin yaşı və ixtisası müvafiq tələblərə uyğun olmadığından onlar müsabiqəyə buraxılmamışlar.

Vergi xidməti orqanlarına işə qəbulla bağlı test imtahanları Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetində təşkil edilmişdir. İmtahanlarda 1716 nəfər iştirak etmiş və onlardan 541 nəfər birinci mərhələdən keçmişdir.

Xatırladırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi test imtahanında uğur qazanmış namizədlərin müsabiqə komissiyası tərəfindən müsahibədən keçirilməsidir.  Test imtahanında 70-dən çox bal toplamış namizədlər müsabiqənin növbəti mərhələsində - Vergilər Nazirliyinin aparatında keçiriləcək müsahibədə öz qüvvələrini sınayacaqlar. Bu mərhələdən də uğurla keçən namizədlər vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə edir.