Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

"Vergi Dostları"na sertifikatlar təqdim olunub

Vergilər Nazirliyi tərəfindən Zaqatala, Balakən və Qax rayonlarında “Vergi dostları” layihəsi çərçivəsində 87 nəfər orta ümumtəhsil məktəbinin müəlliminə “vergi dostu” sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq,  nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması ilə bağlı görülən işlərdən danışmışdır.  Qeyd  olunmuşdur ki, “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, Vergilər Nazirliyinin tətbiq etdiyi elektron xidmətlər (məktub və ərizələrin, bəyannamənin göndərilməsi, e-qutuya daxil olan məktubların oxunması, vergi borcunun öyrənilməsi və s.) barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir, həmçinin  orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş vergilərə aid məsələlərin tədrisinə köməklik göstərir, vergilərə dair metodiki kabinetlərdə təşkil olunan görüş və treninqlərdə iştirak edir. “Vergi Dostu” sertifikatı almağa namizədlər qruplara bölünərək müvafiq ƏVİ tərəfindən Vergi ödəyicilərinə xidmət mərkəzlərində keçirilən təlim kurslarına cəlb edilirlər.

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək “vergi dostları”na uğurlar arzulamış, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında və şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə danışmışdır. Günün sonunda  təlimi müvəffəqiyyətlə başa vurmuş “vergi dostları”na sertifikatlar, “Vergi Dostu”nun yaddaş kitabçası və kompüterlər təqdim olunmuş, onlar  əməkdaşlıq barədə öhdəlik vərəqəsini imzalamışlar.

Tədbirdə Zaqatala rayon icra hakimiyyətlərinin və digər dövlət qurumlarının nümayəndələri, Vergilər Nazirliyinin və 13 saylı ƏVİ-nin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələri iştirak etmişr.