Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Telefon-məlumat xidmətinin «EN-15838 Standartı»na uyğunluq sertifikatı yenilənib

Sertifikatlaşma şərtlərinə uyğun olaraq cari ilin 29-30 oktyabr tarixlərində Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu tərəfindən Vergilər Nazirliyinin Telefon-məlumat xidmətinin fəaliyyətinin təkrar auditi keçirilmişdir. Auditin nəticələrinə əsasən, Standartlaşma üzrə Avropa Komissiyası tərəfindən  Vergilər Nazirliyinin «195» Telefon-məlumat xidmətinə  EN-15838 Standartlarına uyğunluq barədə yenilənmiş keyfiyyət sertifikatı təqdim edilmişdir və bu sertifikat hər iki ildən bir müşahidə monitorinqinin keçirilməsi şərti ilə 8 noyabr 2018-ci il tarixədək qüvvədə olacaq.
Qeyd edək ki, Vergilər Nazirliyinin Telefon-məlumat xidmətinə Standartlaşma üzrə Avropa Komissiyası («Austrian Standards plus») tərəfindən ilk keyfiyyət sertifikatı  2011-ci ilin sentyabr ayında Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu tərəfindən keçirilmiş auditin nəticəsinə əsasən verilmişdi. Ötən dövr ərzində Vergilər Nazirliyinin Telefon-məlumat xidmətinin fəaliyyəti təkmilləşdirilmiş, müştəri məmnuniyyətini artırmaq məqsədilə IOTA-ya üzv olan ölkələrin təcrübəsi öyrənilmiş, metodiki sənədlər toplusu yenidən hazırlanmış, əməkdaşlar vergi qanunvericiliyi, idarəetmə, proqnozların hazırlanması kimi istiqamətlərdə yerli və xarici treninqlərdə iştirak etmişdir. İstər əməkdaşların, istərsə də ümumilikdə xidmətin fəaliyyətinin qiymətləndirilməsi tamamilə yeni və beynəlxalq təcrübəyə əsaslanan spesifik metodla  aparılmağa başlanmışdır. Bunlarla yanaşı, cari ildə qeyri-iş saatlarında zəng etmiş şəxslərə növbəti iş günündə canlı rejimdə vergi orqanının əməkdaşı ilə əlaqə yaratması üçün müraciət etmək imkanı və «İkitərəfli SMS xidməti» kimi yeni xidmətlər istifadəyə verilmişdir.
Qeyd edək ki, Vergilər Nazirliyinin Telefon-məlumat xidməti respublikamızda bu sertifikata layiq görülən ilk və dövlət qurumları arasında yeganə xidmətdir.