Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
TOVUZ  ABAD  VƏ  FİRAVAN  DİYARA  ÇEVRİLİR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn vəzifələr hər yerdə olduğu kimi, ölkəmizin qərb regionunda yerləşən Tovuz rayonunda da ictimaiyyətlə birgə keçirilən yığıncaqda geniş müzakirə olunmuşdur. İlk öncə, qeyd olunmuşdur ki, ölkəmizin sosial-iqtisadi həyatına 2012-ci il də uğurlu il kimi daxil olmuş, iqtisadiyyatın çoxşaxəli və dinamik inkişafı təmin edilmiş, bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir. Azərbaycan Prezidentinin uzun gələcəyə hesablanmış strateji xətti aylar, illər ötdükcə ölkəmizi daha da möhkəmləndirir, beynəlxalq aləmdə nüfuzunu artırır. Möhtəşəm inkişaf və tərəqqi dalğası respublikamızın bütün rayonlarından, o cümlədən Tovuzdan da yan keçməmişdir.
Rayonda ilin doqquz ayında iqtisadiyyatın bütün sahələrində, kənd təsərrüfatı məhsulları istehsalında, həmçinin səhiyyə, təhsil, mədəniyyət və turizm sahələrinin inkişafında, azad sahibkarlığın dəstəklənməsində, nəqliyyat sektorunun inkişafında xeyli işlər görülmüş, abadlıq-quruculuq işlərinin miqyası genişləndirilmişdir. Əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təmin edilməsi yoluna qoyulmuş, rayon ərazisində ekoloji tarazlığın qorunması, sanitar normalara əməl edilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində nəzərdə tutulan bütün tədbirlər uğurla yerinə yetirilmişdir.
2012-ci ilin doqquz ayının yekunlarına görə rayonda 5 milyon 134 min manatlıq sənaye məhsulu, 153 milyon 964 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, 580 min manat həcmində poçt və rabitə xidməti göstərilmiş, pərakəndə əmtəə dövriyyəsinin həcmi 174 milyon 975 min manat təşkil etmişdir.
Keçən ilin eyni dövrü ilə muqayisədə kənd təsərrüfatında 4,1 faiz, pərakəndə əmtəə dövriyyəsində 11,4 faiz, sənaye məhsullarının ümumi həcmində 6,6 faiz, əsas kapitala yönəlmiş investisiyalarda 66,6 faiz artım əldə edilmişdir.
2012-ci ilin doqquz ayı ərzində rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilmişdir. Tovuz şəhərinin küçə və xiyabanları, yol kənarları, səkilər müasir tələblər səviyyəsində yenidən qurulmuş, orijinal dizaynla dekorativ divarlar inşa edilmiş, şəhərin küçələrində yeni işıqlandırma dirəkləri qurulmuşdur.
Qovlar qəsəbəsinin «Azadlıq» prospekti və Vağzal küçəsi yenidən qurulmuş, ayırıclı zolaq salınmış, asfalt-beton örtük qoyulmuş, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Hasarlara qaya daşından dekorativ üzlük vurulmuş, burada mövcud olan parkda və onun ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Bu ilin aprel ayının 12-də ölkə Prezidenti cənab İlham Əliyev Qərb regionuna səfəri çərçivəsində «Göytəpə» qədim yaşayış məntəqəsində olmuş, onu yüksək dəyərləndirmiş, tədqiqat işlərinin davam etdirilməsi və burada «Arxeopark» yaradılması barədə tövsiyələrini vermiş, həmin işlərin maliyyələşdirilməsi üçün 300 min manat vəsait ayırmışdır. Bundan əlavə, Prezidentin sərəncamı ilə Tovuz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə 2 milyon manat, Tovuz-Qovlar-Ağbaşlar yolunun əsaslı  təmiri məqsədi ilə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Həmin yolun əsaslı təmirinə başlanmış və işin xeyli hissəsi görülmüşdür. Bundan başqa, Tovuz şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlanmış, bu müddət ərzində 2 ədəd 2500 kubmetrlik su anbarının tikintisi başa çatdırılmış, hazırda Tovuz şəhərinin küçələrində şəhərdaxili kanalizasiya xəttinin çəkilişi gedir. Müvafiq dövr ərzində 80 şagird-yerlik Qazqulu kənd ümumi orta məktəbinin, N.Tusi adına 1176 şagird-yerlik, Ç.Məmmədov adına 360 şagird-yerlik, M.Yusifov adına 180 şagird-yerlik Məşədivələr kənd, 180 şagird-yerlik Səfərli kənd və S.Kazımov adına 640 şagird-yerlik Qovlar şəhər tam orta məktəbinin tikintisi başa çatdırılaraq yeni dərs ilində istifadəyə verilmişdir. Hazırda bir neçə məktəbin tikintisi davam etdirilir.
Bu ilin doqquz ayında Tovuz rayonu üzrə kənd təsərrüfatı məhsullarının istehsalının həcmində 8,3 faiz artım müşahidə edilmişdir. Belə ki, oktyabr ayının 1-dək 23600 hektar sahədən müxtəlif növ kənd təsərrüfatı məhsulları toplanmışdır ki, bu da keçən illə müqayisədə 1980 hektar və yaxud 3 faiz çoxdur. Əkilmiş sahələrdən keçən illə müqayisədə 5104 ton taxıl, 23529 ton kartof, 127 ton bostan, 419 ton tərəvəz artıq toplanmış, bütün sahələr üzrə məhsuldarlıq artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı strateji məqsəd daşıdığına görə, bu sahədə hədəf inkişaf tempini ilbəil artırmaqdır. 2012-ci ilin doqquz ayında yerli gəlirlər üzrə büdcə proqnozu 6 milyon 779 min manat müəyyən edilmişdir. Bu proqnoza qarşı 8 milyon 629 min manat vəsait daxil olmuşdur ki, bu da proqnoz tapşırığa 127,3 faiz əməl edilməsi deməkdir. Doqquz ay ərzində yaşayış məntəqələrinin elektrik enerjisi, qaz və içməli su təchizatı məsələləri ilə müntəzəm məşğul olmuşlar. Rayonda yaşıllıqlar salınması sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. İlin əvvəlindən Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin kənarlarında, eləcə də rayondaxili yollar boyunca müxtəlif növ ağaclar və gül kolları əkilmiş, 47 hektar sahədə meşə massivi salınmışdır. Hazırda payız mövsumundə aparılacaq meşə əkin işlərinə hazırlıq görülür. İlin sonunadək daha 43 hektar sahədə meşə əkini nəzərdə tutulmuşdur. Hesabat dövründə rayonda 9 xəstəxana, 25 həkim məntəqəsi və 19 tibb məntəqəsi fəaliyyət göstərmişdir. Mərkəzi rayon xəstəxanasında və Qovlar şəhər xəstəxanasında istilik sistemlərinin qurulması işlərinə başlanmış, tibb müəssisələri müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilmiş, imtiyazlı xəstələrə 225 min manatlıq pulsuz dərman preparatları verilmişdir.
Turizmin inkişafı sahəsində qarşıya qoyulmuş vəzifələr sistemli qaydada, konkret plan və proqramlar əsasında həll olunur. Turizm obyekti kimi inşa edilən «Ayan Palace» otelinin açılışı, «Göytəpə» arxeoloji parkının yaradılması, magistral yolların çəkilməsi, infrastrukturun yenilənməsi rayonda turizm imkanlarının genişləndirilməsinə və turizm potensialının artırılmasına sanballı töhfələr vermişdir.
Hesabat dövründə Tovuz şəhərində «Ekspressbank»ın Tovuz filialının tikintisinə başlanmış, Rayon Maliyyə İdarəsinin tikintisi isə yekunlaşmaq üzrədir. Tovuz şəhərinin Heydər Əliyev prospektində və Qovlar şəhərində 9 ədəd yöndəmsiz, istifadəyə yaramayan obyekt götürülərək yerində müasir tələblərə cavab verən layihələr əsasında yeni tikililərin inşasına başlanmış, 35 sahibkar obyektinin fasadı yenidən qurularaq milli ornamentlərdən istifadə etməklə aqlay tavalarla üzlənmişdir. Hazırda bu proses davam etdirilir.
Rayonda işlər səngimək bilmir. Axı, ilin sonuna az qalıb. Qarşıdan soyuqlu-şaxtalı günlər gəlir. Görüləsi işlər isə var. Əmək adamları toran qovuşanacan çalışırlar. Doğma yurdu abad, firavan görmək üçün…

Zülfü İLYASOV,
bölgə müxbiri,
Tovuz rayonu