Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
VERGİ CİNAYƏTLƏRİNİN İBTİDAİ ARAŞDIRILMASI DEPARTAMENTİNDƏ
“AÇIQ QAPI” GÜNÜ KEÇİRİLMİŞDİR

Noyabrın 22-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində “Açıq qapı” günü keçirilmişdir. Tədbir KİV nümayəndələrini vergi xidmətinin mühüm fəaliyyət istiqamətlərindən biri olan vergi hüquqpozmaları ilə mübarizə sahəsində aparılan işlərlə tanış etmək məqsədi daşıyırdı.
Mətbuat nümayəndələrini salamlayan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Vidadi Məmmədov Departamentin fəaliyyət istiqamətləri barədə onlara ətraflı məlumat vermişdir. KİV nümayəndələrinin nəzərinə çatdırılmışdır ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin yaradılmasından 11 ildən artıq bir vaxt keçir. Departament Vergilər Nazirliyi sistemində cinayətlərin ibtidai araşdırılmasını və əməliyyat-axtarış tədbirlərini həyata keçirən strukturdur.
V.Məmmədov bildirmişdir ki, VCİAD-ın yaradılmasının ilk təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndər  Heydər Əliyev 2000-ci ildə prokurorluq orqanlarının rəhbər işçiləri ilə, habelə Vergi Məcəlləsinin layihəsinin müzakirəsi ilə əlaqədar keçirdiyi müşavirələrdəki çıxışlarında vergi hüquqpozmalarına və bu sahədə törədilən cinayətlərə qarşı mübarizənin aparılması üçün vergi orqanlarına əlavə səlahiyyətlərin verilməsinin zərurətə çevrildiyini vurğulamışdı. Məhz onun göstərişləri ilə 2000-ci ildə Vergilər Nazirliyinin tərkibində Hüquq-mühafizə orqanları ilə əlaqələndirmə Baş İdarəsi, sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsi, 2001-ci ilin iyun ayının 7-də isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yaradılmışdır.
2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi orqanlarına əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq səlahiyyətlər verilmiş, sonralar Departamentin səlahiyyətləri daha da genişləndirilmişdir. Bu illər ərzində Departament tərəfindən vergi cinayətlərinin vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə ciddi işlər həyata keçirilmişdir.
Sonra KİV nümayəndələri Departamentin bir il əvvəl istifadəyə verilmiş yeni binası, İstintaq və Əməliyyat idarələri, Təhqiqat, Mühafizə və xidmət şöbələri, Kriminalistika və uçot bölməsi ilə tanış olmuşlar. “Açıq qapı” Günü çərçivəsində KİV nümayəndələri üçün VCİAD-ın fəaliyyəti, eləcə də açıq hökumətin qurulması sahəsində Vergilər Nazirliyinin gördüyü işlərlə bağlı təqdimatlar keçirilmişdir.
Vergilər nazirinin müşaviri Günay Cəfərli vergi xidmətində açıq hökumətin qurulması sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, vergi xidmətində aparılan islahatlarda başlıca prinsiplərdən biri kimi prosesin şəffaflığının təmin olunmasını, onun ictimai müzakirələrinin aparıldığını qeyd etmişdir. Media nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı və bu sənədlərlə bağlı Vergilər Nazirliyində aparılan işlər barədə məlumat verilmişdir.
Departamentin strukturunda yeni yaradılmış xidmət sahələri, xüsusilə Kriminalistika və uçot bölməsinin fəaliyyəti, aparılan araşdırmalar zamanı kriminalistik metodlardan istifadə edilməsi, xüsusi uçotların istifadəsi ilə cinayət törətmiş şəxslər və onların əməlləri barədə ətraflı məlumatların əldə olunması ilə bağlı VCİAD-ın təqdimatında yer almış məlumatlar KİV nümayəndələrinin marağına səbəb olmuşdur.
Onlara məlumat verilmişdir ki, Departament vergi cinayətlərinə qarşı mübarizə sahəsində vergi cinayətlərini törətmiş fiziki və hüquqi şəxsləri aşkarlayaraq, dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsini təmin etmək, cinayət törətmiş və istintaqdan qaçıb gizlənən şəxsləri axtarıb tapmaq, sübutların toplanmasında kriminalistik metodlardan istifadə etməklə təhqiqat və istintaq aparmaq, xüsusi uçot bazalarını formalaşdırmaq və araşdırma ilə bağlı digər vəzifələri həyata keçirir. Qeyd olunmuşdur ki, demokratik prinsiplər əsasında qurulmuş Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən, Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs dövlətə vurduğu ziyanı tamamilə ödədikdə məsuliyyətdən azad olunur.
Sonra KİV nümayəndələrinə vergi hüquqpozmaları ilə mübarizə sahəsində 2012-ci ilin 9 ayı ərzində aparılan işlər barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə ümumilikdə 322 cinayət işi başlanmışdır. 262 cinayət işi üzrə ibtidai istintaq tamamlanmışdır ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 27 iş çoxdur.
Hesabat dövründə istintaqı tamamlanmış cinayət işlərindən külli miqdarda gəlir əldəetmə və vergidənyayınma, xeyli miqdarda vergidənyayınma, aksiz markaları ilə markalanmamış malların satılması, qanunsuz sahibkarlıq, özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə ümumilikdə 62 nəfər barəsində 58 iş baxılması üçün ittiham aktı ilə aidiyyəti məhkəmələrə göndərilmiş, 204 işin icraatına xitam verilmişdir. İcraatına xitam verilmiş cinayət işlərindən 150 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (23 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan cinayət işinə xitam verilmiş, 9 milyon 102,6 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.
Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.

Analitik-informasiya şöbəsi