Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Tanrı hər bir insanı özünəməxsus istedadla yaradır. O istedadı kəşf etmək, onu icitmaiyyətə yararlı hala salmaq isə hər kəsə nəsib olmur. Öz musiqisi  ilə insanların qəlbinə yol tapmağı bacaran insanlardan biri də bəstəkar, əməkdar incəsənət xadimi Aygün Səmədzadədir.


Aygün xanım  bir çox müğənnilərin repertuarında xüsusi yer tutan 100-ə yaxın mahnının müəllifidir. Onun  "Tut ağacım", "Məktəb illəri", "Bu dünyanı nağıl bilək", "Tənha royal", "Bakinskiy roman", "Gecələr", "Yağış", "Bakı haqqında nağıl", "Sənli günlərimçün çox darıxmışam", "Qəfil zəng", "Peşmanam" və bir çox əsərləri dinləyicilər tərəfindən çox sevilir və dinlənilir. Onu sevənlərlə hər zaman səmimi və doğru-dürüst olmağı bacaran bəstəkar hər zaman təkrarçılığın olmamasına çalışır. Aygün xanım insanların mühitdən aldıqlarının musiqi şəklində təzahür olunduğunu düşünərək dinləyiciləri yormamaq, onların “qulaqlarını çirkləndirməmək” üçün zaman-zaman  yaradıcılıqda müəyyən fasilələrin olması tərəfdarıdır.

Öz istedadı ilə  musiqisevərlərin  ruhunu oxşayan,  bəstələri ilə çoxlarının ürəyini fəth edən bəstəkar xanım hər müğənni ilə də işləmir. İfa olunan musiqiyə onun ifaçısından daha çox önəm verən Aygün xanım işlədiyi müğənnilərin insani keyfiyyətlərinə, eyni zamanda oxunacaq musiqinin sevilməsi üçün müğənninin səs diapazonunun nəzərə alınmasına da önəm verir. Onun bəstələrinin insanlar tərəfindən daha çox sevilməsinin əsas səbəbi bəlkə də elə işinə böyük məsuliyyət və məhəbbət hissilə yanaşması ilə əlaqədardır. Tanınmış bəstəkarımızın fikrincə, hazırda hər hansı mahnının populyarlaşması üçün müğənni və bəstəkardan çox, onun reklamı əsas rol oynayır. Bu fikirləri Aygün xanım noyabrın 12-də Azərbaycan Tədris Akademiyasında (A.S.A.) jurnalist tələbələrlə görüşü zamanı bildirmişdir.

Məhz bu və digər səbəblərdən mahnı sahəsinə marağın azaldığı qənaətində olan Aygün xanım bunun səbəblərini daha çox efirin həddən artıq lazımsız musiqilərlə dolması, mahnı janrının hazırki dövrdə çox ucuzlaşması ilə əlaqələndirir. İnsanların musiqi zövqlərinin də onların geyim, yaşam və düşüncə tərzləri kimi formalaşdığını bildirən bəstəkar incəsənətin kütlə səviyyəsinə düşməsinə qarşıdır və “İncəsənət kütlənin qulu ola bilməz” fikrindədir. Sevilən bəstələr müəllifi orta məktəblərdə musiqi sahəsinə diqqət ayrılması, hər kəsin, hətta jurnalistlərin də peşəkar musiqiçi ilə söhbəti üçün elementar musiqi savadının olması tərəfdarıdır. Aygün xanım tənqidə münasibətin normal olmaması ilə əlaqədar olaraq hər zaman iradını bəstəkar kimi deyil, musiqişünas kimi dilə gətirdiyini bildirir: “Musiqişünas kimi hər şeyi deyə bilərəm, bəstəkar kimi isə yox”.

Aygün xanım milli mahnılarımıza çox böyük önəm verərək, onların bir çox millətlər tərəfindən oxunmasını müsbət qiymətləndirsə də,  bunun məhz düşmən ölkə tərəfindən həyata keçirilməsinə qarşıdır. O, hətta hazırda düşmən millət içərisində gözəl səsə malik xanəndələrin də məhz vaxtilə əsir düşmüş azərbaycanlılar ola biləcəyini düşünür.

Həzin və ürəyəyatımlı musiqilər müəllifi, sevilən bəstəkar Aygün xanım  tədbirdə həmçinin, hazırda xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilən “Mahmud və Məryəm” filminin musiqisi  üzərində işlədiyini də bildirmişdir.

“Hər illərin fərqli musiqisi var” fikrinin müəllifi olan Aygün xanımın  bəstələri düşünürük ki, həmişəyaşar və ölməzdir...

 Mətanət Hüseynova