Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Bakı Metropoliteni  45 yaşını qeyd edir
 
Müasir dövrdə nəqliyyat sisteminin yüksək inkişafından danışarkən Metropoliten  nəqliyyat növünü qeyd etməmək düzgün olmazdı. Hazırda dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində nəqliyyatın getdikcə artan sıxlığı şəraitində bu nəqliyyat növü küçə-yol şəbəkəsinin işini asanlaşdırdığından əhali arasında ən populyar vasitələrdən biri,  istənilən hava şəraitindən asılı olmayaraq hər kəsin üz tuta biləcəyi etibarlı nəqliyyat növüdür. Doğma Bakımızda sakinlərin, şəhərə gələn qonaqların daha çox və mütəmadı istifadə etdiyi və eyni zamanda təhlükəsizliyi təmin olunmuş nəqliyyat sistemi kimi Bakı Metropoliteni 1967-ci ildən fasiləsiz olaraq fəaliyyət göstərir. Bəlkə də çoxları bilmir ki, Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin darısqal küçələrini tramvay, trolleybus və avtobus nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün – metropolitenin tikintisi hələ 1932-ci ildə qərara alınmışdır.
Lakin bir qədər sonra başlanan 1941-1945-ci illər müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane olmuşdur. Yal­nız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazası yaradılır, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 kilometrlik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700 metr aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı Metropoliteninin istismara verilməsini xeyli gecikdirir. 1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan Ι növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da biri “Qara şəhər” adlanan ərazidə yerləşən “Xətai” stansiyası idi. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Hazırda Bakı Metropoliteninin 23 stansiyası vardır – “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “M.Əzizbəyov” (indiki “Koroğlu”), “Ulduz”, “Bakmil”, “N.Nərimanov”, “Gənclik”, “C.Cabbarlı”, “Xətai”, “28 may”, “Nizami”, “Emlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar” “Memar Əcəmi”, “Sahil”, “İçərişəhər”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül”. Bu stansiyalardan 14-ü ulu öndər Heydər Əliyevin Bakı metrosuna böyük diqqət və qayğısı sayəsində tikilərək istifadəyə verilmişdir. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də metropolitenə daim diqqət və qayğı ilə yanaşmışdır. Məhz dövlətimizin başçısının beş il öncə imzaladığı sərəncam əsasında 8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi təsdiq olunmuşdur.
2013-cü ildə Bakı Metropoliteninin daha 2 stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bunlar “Memar Əcəmi – 2” (“Memar Əcəmi” stansiyasından keçid) və “Avtovağzal” stansiyalarıdır. Qeyd olunan istiqamətdə tikinti işləri davam etdirilir. Metronun “Memar Əcəmi” stansiyasından paytaxtın “Azadlıq” meydanına xəttin çəkilişi də planlaşdırılır. Bunlarla yanaşı, Bakı Metropolitenində yeniliklər də davam etməkdədir. Belə ki, artıq 160-dan çox yeni vaqon alınmışdır ki, bu da metropolitenin vaqon parkının 75 faizini təşkil edir. Bakı Metropolitenin dayanacaqları  da vaxtaşırı təmir olunur, abadlaşdırılır, bəzi stansiyalarda olan memarlıq abidələri və sənət nümunələri insanlarda mənəvi dəyərlərimizə ehtiram hissini artırır.
Bakı Metropoliteninə dövlət tərəfindən göstərilən diqqət və qayğı danılmazdır. Metropolitenin rəisi Tağı Əhmədovun dediyinə görə, son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına yeni metropoliten xətləri inkişaf etdirilib. Şəhər nəqliyyatının 30 faizini təşkil edən Bakı Metropoliteninin inkişaf planına əsasən, 2030-cu ilədək metrostansiyaların sayı 76-a, istismar xətlərinin uzunluğu isə 119 kilometrə çatdırılacaqdır. Bütün bunlar bir daha deməyə əsas verir ki, Bakı Metropoliteni bundan sonra da paytaxt əhalisinə və şəhərimizin qonaqlarına ləyaqətlə xidmət göstərəcəkdir. Arzu edirik ki, Bakı Metropoliteni ildən-ilə inkişaf edərək daha geniş əraziləri  əhatə etsin, peşə bayramı münasibətilə başda cənab Tağı Əhmədov olmaqla,  Bakı Metropolitenin bütün əməkdaşlarını ürəkdən təbrik edir, onlara şərəfli və çətin işlərində uğurlar arzulayırıq.
“İqtisadiyyat”