Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Xəzəryanı regionda son 18 ilin ən böyük inşaat sərgisi

Oktyabrın  17-də “Bakı Ekspo Mərkəzində  regionun inşaat sahəsində ən iri tədbiri olan  “BakuBuild-2012” 18-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi öz işinə başlamışdır. “Xəzər İnşaat Həftəsi” adlandırılan “BakuBuild-2012” sərgisi Mərkəzin üç zal, dəhliz və yeni xarici meydançasını bütünlüklə əhatə etməsi ilə seçilir ki, bu da sərgi sahəsinin 20 % artması deməkdir.

Sərgiyə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstək verilir.

Dünyanin 31 ölkəsindən 455 şirkətin iştirak etdiyi sərginin sponsoru  “Holcim Azerbaijan” şirkətidir. Sərginin təşkilatçıları qismində isə Böyük Britaniyanın “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian LLC” şirkətləri çıxış edirlər. “Iteca Caspian” şirkətinin icraçı direktoru olan Fərid Məmmədov  bu il sərgiyə şirkətlərin böyük maraq göstərməsinin səbəbini Azərbaycanda sürətli inkişaf və Avropadakı borc böhranı ilə əlaqələndirmişdir: “Bütün tanınmış şirkətlər buradadır. Bildiyimiz kimi, Avropa ölkələrində iqtisadi artımda  yavaşlamalar, bazarlarda tələbatlarda azalmalar var. Bu şirkətlər özlərinə yeni bazarlar axtarırlar. Azərbaycan iqtisadiyyatı  doğrudan da inkişaf edir. Azərbaycan bazarı çox böyük bazar deyil, amma dinamik bazardır. Bilirlər ki, Azərbaycanda yüksək səviyyəli işlər görülür. Hamı istəyir ki, bu bazarda təmsil olunsun, öz məhsul və xidmətlərini göstərsinlər”. Məmmədovun sözlərinə görə, sərgidə iştirak edən şirkətlərin sayı keçən illə müqayisədə 30% artıb.

İştirakçılarının 60%-nin daimi eksponentlərdən ibarət olduğu sərgidə kollektiv stendlər də fəal iştirak edirlər. Builki “BakıBuild” sərgisində 7 kollektiv stend ekspozisiya iştirak edir ki, onların arasında Finlandiya, Almaniya, İspaniya, İtaliya, İran və Portuqaliya milli qrupları var. Yunan milli qrupu isə bu il sərgidə ilk dəfə çıxış edir. Sərgidə ən böyük sahələri türk istehsalçıları tutur. Sərgi iştirakçılarının 35%-ni isə yerli iştirakçılar təşkil edir.

Öz universallığı ilə seçilən “BakuBuild” sərgisində sadə alətlərdən landşaft layihələndirilməsinə qədər inşaat məhsulları və xidmətlərin bütöv spektri, dizayn yenilikləri və innovasiyalı texnologiyalar nümayiş olunur. Builki sərgidə isə ilk dəfə olaraq, işıqlandırma sistemi üçün xüsusi işıq cihaz və qurğuları, mehmanxana, saray və yaşayış kompleksləri üçün xüsusi çilçıraqlar, eyni zamanda, mansarda əraziləri üçün  xüsusi pəncərələr təqdim olunur. Sərgidə “Daşınmaz əmlak” adlı yeni sektor da fəaliyyətə başlayır.

Kompleksin qarşısında açıq xarici ekspozisiyada “AzTexnika” (Azərbaycan), “HİDROKON” (Türkiyə), “Hyundai” (Koreya), “JCB” (Böyük Britaniya) və başqa lider brend və şirkətlərin texnikaları nümayiş olunur.

“BakuBuild” sərgisi ilə yanaşı 4-cü Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji (“Aqua-Therm Baku”) və 5-ci Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri (“CIPS-2012”) sərgiləri də keçirilmişdir.

Ümumiyyətlə, “BakuBuild” sərgisi tikinti materialları və xidmətlərinin yerli, eyni zamanda, xarici istehsalçı və istehlakçıları arasında  işgüzar əlaqə və əməkdaşlıq münasibətlərinin qurulması, inşaat sektorundakı ekspertlər arasında təcrübə və ən yeni məlumatların mübadiləsi baxımından çox əhəmiyyətlidir. Sərgi oktyabrın 20-nə qədər davam edəcək.

                                                                             Mətanət Hüseynova