Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İnnovativ texnologiyaların tətbiqi vergi yoxlamalarında dəyişikliklərə səbəb olmuşdur

Son illər vergi sistemində həyata keçirilən kompleks islahatlar nəticəsində nəzarət işlərinin səmərəliliyi xeyli yüksəlmiş, səyyar vergi yoxlamalarının keyfiyyəti artırılmışdır. Bu sahədə həyata keçirilən tədbirlər, vergidənyayınma hallarının qarşısının alınması istiqamətində görülən işlərlə bağlı suallarımızı Vergi Auditi Departamentinin rəis müavini Raqif Qurbanov cavablandırır.

- Raqif müəllim, vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasında səmərəli audit və qabaqlayıcı operativ nəzarət mexanizmlərinin mühüm rolu vardır. Bu mənada, Vergi Auditi Departamentinin üzərinə mühüm vəzifələr düşür. 2012-ci ilin ötən dövrü ərzində bu sahədə hansı tədbirlər həyata keçirilmişdir?

- Səmərəli nəzarət mexanizmlərinin qurulması vergidənyayınma hallarının əhəmiyyətli şəkildə azaldılmasına birbaşa təsir göstərir. Beynəlxalq təcrübə göstərir ki, bu, ilk növbədə vergidənyayınma risklərinin düzgün təhlili və qiymətləndirilməsindən asılıdır. Vergi auditinin aparılmasının səmərəliliyini artırmağın əsas yolu yeni informasiya texnologiyalarının və proqram təminatlarının tətbiqi ilə risk obyektlərinin müəyyən olunması, geniş məlumat bazasının təhlili əsasında vergidənyayınma hallarının aşkar edilməsidir.

Son illər ölkəmizdə vergi auditinin aparılması sahəsində geniş informasiya texnologiyalarının tətbiqi səyyar vergi yoxlamalarının təyin olunması və aparılmasında keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Bu da, nəticə etibarilə, səyyar vergi yoxlamalarının sayının azalmasına, lakin hesablanmış vergilərin həcminin əsaslı artımına imkan vermişdir.

Vergi Auditi Departamentində yaradılan Vergidənyayınma risklərinin təhlili şöbəsi riskli vergi ödəyicilərinin müəyyən olunmasına sistemli və əhatəli yanaşmanı təmin etmişdir. Məhz vergidənyayınma risklərinin təhlili əsasında 2012-ci ilin 9 ayı ərzində 5409 vergi ödəyicisində səyyar vergi yoxlamaları təyin edilmişdir ki, bu da aktiv vergi ödəyicilərinin cəmi 2,2%-ni təşkil etmişdir. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə təyin edilmiş səyyar vergi yoxlamalarının sayının 2550 ədəd və ya 32% azalmasına baxmayaraq, yoxlamaların keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Belə ki, departament tərəfindən 2011-ci ilin 9 ayı ərzində başa çatdırılmış 7105 yoxlama zamanı ümumilikdə 267,8 milyon manat məbləğində əlavə vəsait hesablanmış və orta hesabla 1 yoxlamaya düşən əlavə vəsait 37,7 min manat təşkil etmişdi. 2012-ci ilin 9 ayı ərzində isə bu göstərici 5884 yoxlama üzrə ümumilikdə 303,8 milyon manat, orta hesabla 1 yoxlamaya düşən əlavə vəsait 51,6 min manat olmuşdur.

Vergidənyayınma risklərinin araşdırılması zamanı Vergilər Nazirliyində yaradılmış baza məlumatlarından geniş istifadə edilir. Hər ay vergi ödəyicilərinin apardıqları əməliyyatlar barədə əldə edilmiş məlumatlar (e-VHF, ƏDV depozit hesabındakı vəsaitin hərəkəti və qarşılıqlı əlaqələr barədə məlumatlar) onların bəyannamə göstəriciləri ilə müqayisə olunaraq vergidənyayınma riskləri müəyyənləşdirilir. AVİS-dən alınmış bu məlumatlar qiymətləndirilərək vergi nəzarəti tədbirlərinin həyata keçirilməsində istifadə edilir.

Hazırda Vergilər Nazirliyində yaradılmış texniki imkanlar nəticəsində vergi ödəyiciləri tərəfindən alınmış xüsusi razılıqlar (lisenziyalar), fərqlənmə nişanları, idxal-ixrac əməliyyatları, nəqliyyat vasitələri, dövlət torpaq sahələrinin icarəyə götürülməsi və s. barədə müxtəlif orqanlardan məlumatlar əldə edilir və vergi xidmətinin məlumat bazasına işlənir. Bu məlumatlar vergi ödəyicilərinin bəyannamələri və digər iqtisadi göstəriciləri ilə müqayisə olunaraq, vergidənyayınma riskləri qiymətləndirilir və nəticəsinə görə müvafiq tədbirlər görülür.

Bütövlükdə, vergi auditinin aparılması məqsədilə riskli vergi ödəyiciləri, risk meyarları yüksək olan ayrı-ayrı iqtisadi fəaliyyət sahələri üzrə daim geniş təhlillər aparılır.

- Son bir neçə aydır ki, vergi orqanları tərəfindən əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi sahəsində geniş tədbirlər həyata keçirilir. Hazırda Vergi Auditi Departamenti tərəfindən bu sahədə hansı işlər görülür?

- «Əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində kompleks tədbirlərin həyata keçirilməsi barədə» vergilər naziri cənab Fazil Məmmədovun əmri ilə bu sahədə nəzarətin gücləndirilməsi üçün Vergilər Nazirliyində aidiyyəti struktur vahidi yaradılmış, görüləcək işlərin strukturlar arasında əlaqəli şəkildə təşkil edilməsi üçün departamentdə müvafiq komissiya fəaliyyətə başlamışdır.

Bu sahəyə vergi nəzarəti tədbirlərinin gücləndirilməsi məqsədilə, ilk növbədə, əmək münasibətlərində riskli vergi ödəyiciləri müəyyən edilmiş, həmin ödəyicilərdə bu məsələ ilə bağlı araşdır­malar aparılmışdır. Cari ilin avqust-sentyabr ayları ərzində departament tərəfindən aparılmış əmək münasibətlərinə vergi nəzarəti tədbirləri zamanı 14827 vergi ödəyicisi üzrə əmək və vergi qanunvericiliyinin tələblərinin pozulması halları aşkar edilərək, ümumilikdə 60490 yeni əmək müqaviləsinin bağlanması təmin olunmuşdur. Bu tədbirlər zamanı orta hesabla hər bir vergi ödəyicisi üzrə 4-dən yuxarı yeni müqavilənin bağlanması təmin edilmişdir.

İşçi saylarının müvafiq bəyannamələrdə düzgün əks etdirilməsi də xüsusi diqqət yetirilən məsələlərdəndir. Vergi Auditi Departamenti və Bakı Şəhər Vergilər Departamenti tərəfindən 2012-ci ilin 9 ayı ərzində aparılmış vergi nəzarəti tədbirləri zamanı 23527 vergi ödəyicisi üzrə 88623 yeni əmək müqaviləsinin bağlanması təmin olunmuş, həmin vergi ödəyicilərindən 22218-i və ya 94,4%-i tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan dəqiqləşdirilmiş vergi bəyannamələrinin verilməsinə nail olunmuşdur.

Hazırda departament tərəfindən əmək münasibətlərinə vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi və vergi ödəyicilərindən muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan dəqiqləşdirilmiş vergi bəyannamələrinin alınması tədbirləri davam etdirilir.

Yeri gəlmişkən, bu günlərdə Raqif Qurbanovun 50 yaşı tamam olmuşdur. Fürsətdən istifadə edərək Raqif müəllimi 50 illik yubileyi münasibətilə təbrik edir, gələcək fəaliy­yətində yeni-yeni uğurlar arzulayırıq.

«VERGİLƏR»