Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

HİKMƏT SƏMASININ SÖNMƏZ ULDUZUDUR

Bəlkə Gəncə indiki qədər qonaqlı-qaralı olmayıb. Bir tərəfdən misli görünməmiş abadlıq-quruculuq işləri, digər tərəfdən müxtəlif tədbirlərdə iştirak etmək üçün təşrif buyuran qonaqlar şəhərə yeni rəng, yeni çalar qatıb. Bu tədbirlərin içərisində isə ən möhtəşəmi dahi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş rəngarəng layihələrin və proqramların həyata keçirilməsidir. Doğumundan 870 il ötməsinə rəğmən, Nizami həmişə gəncdir, cavandır, müasirdir. O, zamana, məkana sığmayan şairdir, mütəfəkkirdir. Nizami Gəncəvi Azərbaycan üzərində yanan elə bir günəşdir ki, onun hərarəti heç zaman sönməyəcək. Onun ümmana bənzər yaradıcılığına təkcə yubileydən-yubileyə yox, hər gün müraciət etmək lazımdır. Nizamini bir-iki dəfə oxumaq olmaz. Onun hikmət dünyasına hər dəfə baş vuranda bir inci qazanırsan, özün də bilmədən müdrikləşirsən, dərinləşirsən. Budur Nizami dünyasının gücü, qüdrəti! Nizami dünyasına daxil olduqda Azərbaycan bir ölkə, bir xalq, bir məmləkət olaraq insanın  gözündə çox nəhəng, çox güclü və çox möhtəşəm görünür. Onun ölməz sətirləri, müdrik kəlamları sərhədləri aşır, ölkələri dolaşır və yer üzündə yaşayan bütün insanların mənəvi aləmini bəzəyir. Dahi şairin hər şeirində, hər beytində Azərbaycanın ətri, rayihəsi duyulur, onun yalnız və yalnız Azərbaycan xalqına məxsusluğu öz təsdiqini tapır. Odur ki, Nizami şəxsiyyətinə tarixin bütün dönəmlərində hörmət və ehtiram bəslənmişdir. 1941-ci ildə ölməz şairin anadan olmasının 800 illiyi qeyd edilmişdir. II Dünya müharibəsi dalğasının Azərbaycana da gəlib çatmasına baxmayaraq, Nizami muzeyinin yaradılması haqqında qərar qəbul edilmiş, respublikanın böyük alimləri, ziyalıları, sənət fədailəri bu nəcib işin həyata keçirilməsinə bütün səy və bacarıqlarını qoymuşlar. Nizami Gəncəvi irsinə ən böyük hörmət və ehtiram ulu öndər Heydər Əliyev tərəfindən göstərilmişdir. Nizaminin əsərlərinin nəşri, təbliği, onun məqbərəsinin qorunması, adının əbədiləşdirilməsi və yubileylərinin keçirilməsi haqqında ümummilli lider tərəfindən onlarla əmr və sərəncamlar imzalanmışdır. Ulu öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev də Nizami Gəncəvi irsinin təbliğinə böyük həssaslıqla yanaşmışdır. Cənab prezidentin təşəbbüsü ilə 2004-cü ildə «Xəmsə» nəfis şəkildə yenidən nəşr edilmiş, Nizami poeziya günləri keçirilmiş, Sankt-Peterburq şəhərində şairin heykəlinin təntənəli açılışı olmuş, 2005-ci ildə Nizami adına Ədəbiyyat Muzeyinin təmir və bərpasına 13 milyon manat vəsait ayrılmışdır. Cənab İlham Əliyev 26 may 2011-ci il tarixində AMEA-da keçirilmiş illik hesabat yığıncağında Nizami Mərkəzinin yaradılmasının zəruriliyini bildirmişdir. Belə bir mərkəzin şairin doğulub yaşadığı şəhərdə – qədim Gəncədə yaradılmasına qərar verilmişdir. Ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən Gəncə abadlaşmaqla yanaşı, həm də «Nizamiləşir». Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi çərçivəsində AMEA Gəncə Regional Elmi Mərkəzi tərəfindən «Adiloğlu» nəşriyyatında «Xəmsə» nəfis şəkildə yenidən nəşr edilmişdir. Bununla yanaşı, əməkdar elm xadimi, filologiya elmlər doktoru, professor Xəlil Yusiflinin «Nizami: Sələflər və Xələflər» adlı monoqrafiyası işıq üzü görmüşdür. Hikmət səmasının sönməz ulduzu dahi mütəfəkkir Şeyx Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi çərçivəsində Azərbaycan mədəniyyətinin hamisi, milli-mənəvi dəyərlərimizin keşikçisi olan Heydər Əliyev Fondu tərəfindən «Xəmsə» yenidən yüksək poliqrafik tərtibatla nəşr olunur. Bundan başqa Fondun maliyyə vəsaiti hesabına Gəncə Regional Elmi Mərkəzinin direktor müavini, nizamişünas-alim Samir Pişnamazzadənin «Nizami məqbərəsinin tarixi və taleyi» adlı monoqrafiyası nəşrə hazırlanır. Azərbaycanın Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq Nizami məqbərəsinin təmir edilməsi, onu əhatə edən 35 hektar ərazidə dahi mütəfəkkirin memorial kompleksinin yaradılması, Nizami memorial kompleksinin YUNESKO və İSESKO-nun maddi-mənəvi irsinə daxil edilməsi istiqamətində həyata keçirilən tədbirlər, Nizami parkının, Nizami prospektinin abadlaşdırılması və aparılan abadlıq-quruculuq işləri dahi söz ustadının yubileyinə edilən hədiyyələrin tam olmayan siyahısıdır. İşlər səngimək bilmədən davam etdirilir. Bu gün Nizami Gəncəvinin türbəsi ətrafında görülən işlər insanı heyran edir. Türbə ətrafında aparılan yenidənqurma və abadlıq tədbirləri bu yerləri nəinki Azərbaycanın, həm də dünyanın ən gözəl və cazibədar guşələrindən birinə çevirib. Burada Nizami dühasının əzəməti, Azərbaycan xalqının milli-mənəvi zənginliyi mükəmməl biçimdə öz təcəssümünü tapıb. Belə məkanların yaradılması günbəgün yüksələn Azərbaycan dövlətinin nüfuzunu artırır.

 Zülfü İLYASOV, bölgə müxbiri,

Gəncə şəhəri