Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Qanunsuz totalizator fəaliyyəti göstərən daha iki obyekt aşkar edilib

Sentyabr ayının 25-də Vergilər Nazirliyi yanında vergi Auditi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 30A, ev 29 ünvanında vergi nəzarəti tədbirləri həyata keçirilərkən Qafarov Şahin Ələsgər oğluna (VÖEN 1302699892) və  Quliyev Orxan İbrahim oğluna (VÖEN 1001364012) məxsus obyektlərdə qanunsuz totalizator oyunlarının təşkil edildiyi aşkar olunmuşdur.

“Real” adı ilə qanunsuz totalizator fəaliyyəti göstərən Ş.Qafarova məxsus obyektdə nəzarət tədbiri keçirilərkən obyektin qanunsuz fəaliyyətini təsdiq edən 4 ədəd kompüter dəsti, noutbuk, televizor, “qara mühasibatlıq” sənədləri və nağd pul vəsaitləri aşkar edilərək vergi əməkdaşları tərəfindən müvafiq sənədləşmələr aparılaraq götürülmüşdür. Həmin gün eyni ünvanda O.Quliyevə məxsus “Maxsimus” adlanan digər obyektdə də qanunsuz olaraq totalizator oyunlarının keçirildiyi aşkar edilmiş, obyektin qanunsuz fəaliyyətini təsdiq edən 2 ədəd kompüter dəsti, televizor, boş və yazılı uduş kuponları, nağd pul vəsaitləri müvafiq qaydada rəsmiləşdirilərək götürülmüşdür.

Keçirilən tədbir zamanı hər iki şəxsin nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi də müəyyən olunaraq müvafiq sənədləşmələr aparılmışdır.

Vergilər Nazirliyi qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı mübarizəni davam etdirir və xəbərdarlıq edir ki, vergi qanunvericiliyinin pozulması hallarına qarşı gələcəkdə də sərt tədbirlər görəcəkdir.

 

Analitik-informasiya şöbəsi

27.09.2012