Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

                                         Diqqət: hüquqlarınızın pozulmasına yol verməyin!

(ardı)

İstehlakçı hüquqlarının pozulmasının daha bir səbəbi isə vergi ilə bağlıdır. Belə ki, qanuna əsasən mağaza sahibləri satılmayan mala görə ziyana düşsələr də, dövlətə vergi ödəməlidirlər. Bu isə satıcıların ziyandan qaçmaq üçün yararsız məhsullar satması ilə nəticələnir.

Bu cür halların qarşısının alınması üçün istehlakçıların düzgün və dolğun şəkildə məlumatlandırılması çox vacibdir. İstehlakçılar mal alarkən ilk növbədə onun satış şəraitinə nəzər yetirməlidirlər. Əgər mağaza məhsul üçün təyin olunmuş normalara cavab vermirsə, qidalar müəyyənləşdirilmiş temperaturda saxlanmırsa, bəzi açıq qidalar günün qabağında, tozlu yerlərdə satılırsa, etiketsizdirsə, istehlakçı ordan mal almamalıdır. İstehsal edilmiş məhsulun üzərində istehsal və ticarət markası, mal yaxud xidmət nişanı olmalıdır. İstehsal markasında istehsalçının adı, mənsubiyyəti, yeri və standartların işarəsi göstərilməlidir. Hazırlanmış məhsul istehsal markasına uyğun gəlməli və onun etiketi olmalıdır. Etiketdə malın buraxılma tarixi, saxlanma müddəti olmalı, əgər etiket yoxdursa, istehlakçı o malı almamalıdır. İstehlakçıların diqqət etməli olduğu məsələlərdən biri də ondan ibarətdir ki, məhsul üzərində yararlılıq müddəti göstərilən yazını əl ilə qoparmaq mümkün olmasın. Çünki belə halda satıcılar vaxtı keçmiş məhsulun üzərindəki yazını qoparıb, yerinə istifadə müddəti uzadılmış yazı yapışdıra bilərlər.

İstehlakçı aldığı məhsulun qəbzini, məişət, gigiyenik sertifikatını və ya digər istənilən sənədini tələb etmək hüququna malikdir. Satıcılar da istehlakçılara onları maraqlandıran suallarla bağlı zəruri və düzgün məlumat verməlidirlər. İstehlakçılar, həmçinin hüquqlarının qorunması üçün “Alınan mallar geri qaytarılmır” yazısının olduğu mağazalardan mal almamalıdırlar.

Hər bir insan, eyni zamanda, həm də istehlakçıdır. Bu səbəbdən istehlakçı hüquqlarının müdafiəsi və hər kəsin bu məsələ ilə bağlı məlumatlandırılması çox vacib məsələlərdəndir. Qeyd edək ki, ilk dəfə istehlakçıların hüquqlarının müdafiəsi hərəkatı Amerikada yaranıb və prezident C.Kennedi 15 mart 1962-ci ildə “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” bəyanat qəbul etmişdir. Əlbəttə, sonralar təkcə Amerikada deyil, beynəlxalq müstəvidə yeni qanun və bəyanatlar qəbul olundu ki, bunlarda istehlakçı hüquqları əvvəlkilərə nisbətən genişlənmişdir. Ölkəmizdə isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci il 19 sentyabr tarixində qəbul olunmuşdur. Qanuna əsasən, istehlakçının mal, iş və ya xidmətləri, onların istehsalçı və satıcısını sərbəst seçmə, malın miqdarı, çeşidi, keyfiyyət və təhlükəsizliyi haqqında dolğun və düzgün məlumatlandırılmaq, qanunvericilikdə nəzərdə tutulan hallarda lazımi keyfiyyətdə olmayan, insan sağlamlığı və həyatı üçün təhlükəli olan mallara görə, öz hüquq və mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək, ictimai təşkilatlarda birləşmək hüquqları vardır. Qanunun 7-ci maddəsinə əsasən qüsurlu mal alan istehlakçının məhsulu lazımi keyfiyyətdə mala dəyişməyə, satış qiymətini uyğun məbləğ azaltmağı, həmin mala uyğun digər modellə dəyişdirməyi, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququ vardır. İstehlakçı tələbini ödəməyən malı alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində lazımi keyfiyyətli mala dəyişmək hüququna malikdir. Pərakəndə satılan mallar üçün satıcı tərəfdən daha uzun müddət müəyyən oluna bilər. Qanuna əsasən istehlakçı hüquqlarının müdafiəsi üçün məhkəməyə də müraciət edə bilər. Qanunun 26-cı maddəsi istehlakçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsini də nəzərdə tutub. Müxtəlif vaxtlarda qanuna əlavə və dəyişikliklər də edilmişdir.

İstehlakçı hüquqlarının qorunması üçün əsas amillərdən sayılan maarifləndirmə beynəlxalq sənədlərdə, həmçinin milli qanunvericilikdə də öz əksini tapmışdır.

İstehlakçı hüquqlarının müdafiəsi üçün sahibkarlıq subyektləri qarşısında da müəyyən vəzifələr durur. Hazırlanan məhsulların keyfiyyət və təhlükəsizliyinin vaxtaşırı monitorinqinin aparılması,  səlahiyyətli orqanlar tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsinin təmin olunması vacibdir. İstehlakçı hüquqlarının qorunması ilə bağlı dövlət ölkənin istehlakçı siyasətini formalaşdırmalı, bütün ticarət şəbəkələrində şikayət və təkliflərlə bağlı kitab və qutular qoyulmalıdır.

Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı ixtisaslaşmış qeyri-hökumət təşkilatları da yaradılmışdır. Belə təşkilatlardan biri də Azad İstehlakçılar Birliyidir. Birlik 31 yanvar 1997-ci ildə qeydiyyatdan keçmişdir. Məqsədi istehlakçı hüquqlarının müdafiəsi, istehlakçı bazarının insan və ətraf mühit üçün mal və xidmətlərdən qorunmasıdır. Təşkilat əhali arasında istehlakçı hüquqlarına dair daimi maarifçilik işi aparmaq missiyasını həyata keçirir. Birliyin sədri Eyyub Hüseynovdur. Təşkilat istehlakçıların şikayətlərini nəzərə alaraq, bu sahədə əməli addımlar atır.

Müasir dövrdə elektron ticarət də geniş inkişaf etmişdir. İstehlakçı hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi həmçinin elektron ticarət dövriyyəsinə də aiddir.  Elektron ticarət informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Ölkəmizdə elektron üsulla ticarət dövriyyəsi aparılır və bu haqda da qanun mövcuddur. Müasir dövrdə elektron ticarət qlobal bazarlara daha tez nüfuz etmək xüsusiyyətinə malikdir. Məhz bunları nəzərə alaraq, elektron ticarətdə istehlakçı hüquqları məsələsini də diqqətdə saxlamaq lazımdır. Elektron ticarətin əsas üstünlüyü istehlakçıların hər hansı məhsulu əldə etmək üçün saatlarla tıxacda qalmaq, telefona kontur yükləmək məqsədilə bankomat, bank axtarışına çıxmaq problemlərinin aradan qaldırılmasıdır.

Lakin bu cür ticarətdə alınması istənilən məhsula əl ilə toxunma imkanının olmaması və istehlakçıların hüquqlarını qoruya bilən effektiv müdafiə mexanizminin lazımi səviyyədə təşkil olunmaması bəzi hallarda istehlakçıların hüquqlarının pozulması və şikayətləri ilə nəticələnir. Belə ki, alıcıların əksəriyyəti ödədikləri pulun həmin şirkətə çatmayacağından, hakerlərin onların kartlarındakı məbləği mənimsəyəcəklərindən və ya online üsulla aldığı məhsulun keyfiyyətsiz çıxdığı təqdirdə  onu geri qaytara bilməyəcəklərindən narahat olurlar. Çünki elektron ticarətlə məşğul olan bəzi şirkətlərin konkret ofisi olmur. Lakin elektron ticarətin son illərdə sürətlə inkişaf etdiyini nəzərə alaraq, bu sahədə hər iki tərəfin maarifləndirilməsi, hüquqların daha yaxşı şəkildə qorunması istiqamətində mühüm işlər görülmüşdür. Məhz bu işlərin nəticəsi olaraq, vaxtaşırı elektron ticarət sahəsində istehlakçı hüquqlarının qorunması vəziyyətini monitorinq edəcək və onları maarifləndirəcək komissiya fəaliyyətə başlamışdır.