Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Vergilər Nazirliyinin pavilyonu böyük maraqla qarşılanıb

Sentyabr ayının 20-dən 22-dək «Bakı Ekspo» sərgi kompleksində 6-cı Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi keçirilmişdir. Hər il təhsil müəssisələrinin çoxsaylı nümayəndələrini bir araya gətirən bu sərgi təhsil və maariflənmə ilə maraqlanan hər bir şəxs - abituriyentlər, tələbələr və onların valideynlərindən tutmuş əlavə ixtisas əldə etmək istəyən və öz karyerasında yüksəlməyi arzu edən peşəkarlar üçün mühüm tədbirlərdən biri sayılır. Sərginin unikallığı həm də ondan ibarətdir ki, o, gələcək peşə seçimi üçün əlverişli şərait yaratmaqla yanaşı, həm də işəgötürənlər və iş axtaran namizədlərə real yardım göstərir. Builki sərgidə 20 ölkə, o cümlədən Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Koreya, Litva, Malayziya, Ukrayna, İsveçrə, Çexiya və digər dövlətlərin nümayəndələri iştirak etmişlər.

Sərgidə təmsil edilən Vergilər Nazirliyinin pavilyonu iştirakçılar arasında  böyük marağa səbəb olub. Ziyarətçilər vergiyə dair zəngin materialların əks olunduğu müxtəlif vəsaitlərlə tanış olmuş, vergi sistemində aparılan islahatlarla bağlı fikirlərini bildirmişlər. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin əməkdaşları sərgi iştirakçılarını maraqlandıran suallara cavab vermiş, onlara çoxlu sayda məlumatlandırıcı, maarifləndiriçi materiallar və nəşrlər paylamışlar.