Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Elektron vergi hesab-fakturalarının təqdim edilməsi

 Vergi ödəyiciləri elektron vergi hesab-fakturalarını iki üsulla - «onlayn» və «oflayn» rejimdə hazırlaya bilərlər

 Əldə olunan nəticələr

«Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün Strateji Plan» çərçivəsində ƏDV sahəsində vergi inzibatçılığının daha da müasirləşdirilməsi məqsədilə ölkədə 2010-cu ildən elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır. Artıq üç ilə yaxındır ki, ödəyicilər vergi hesab-fakturalarını elektron formada təqdim edirlər. Ötən müddət ərzində vergi inzibatçılığının şəffaflığı baxımından əhəmiyyətli olan bu sistem həm də vergi ödəyiciləri üçün müsbət nəticəsini vermişdir. Elektron vergi hesab-fakturaları vergi xidməti orqanları ilə vergi ödəyiciləri arasında əlaqələrin elektron vasitələrlə qurulmasını təmin etmiş, vergi orqanlarının işini əhəmiyyətli dərəcədə asanlaşdırmaqla vergi nəzarətini gücləndirmiş, eyni zamanda vergi ödəyicilərinin vaxtına və maliyyə vəsaitlərinə qənaət edilməsinə imkan yaratmışdır. Yeni xidmətin tətbiqi nəticəsində kağız sərfiyyatı minimuma endirilmiş, saxta hesab-fakturalardan istifadə etmək cəhdlərinin qarşısı birdəfəlik alınmışdır.

E-vergi hesab-fakturalarının «onlayn» və ya «oflayn» rejimdə təqdim edilməsi

Əlavə dəyər vergisinin ödəyiciləri bu sistemdən tam istifadə edə bilərlər. Digər ödəyicilər onlara təqdim edilmiş e-vergi hesab-fakturalarına baxmaq, çap etmək imkanına malikdirlər. Ödəyicilərin e-vergi hesab-fakturalarını təqdim etmələri üçün Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında müvafiq altsistem yaradılmışdır. Ödəyici e-vergi hesab-fakturaları bölməsinə daxil olmaq üçün İnternet Vergi İdarəsinin digər altsistemləri (e-bəyannamə, ƏDV depozit hesabı və s.) üçün istifadə olunan kod, parol və şifrədən istifadə etməlidir. Başqa sözlə, vergi ödəyicisi bir istifadəçi kodu, parol və şifrədən istifadə etməklə eyni zamanda İnternet Vergi İdarəsinin hər iki altsistemində işləyə bilər. Eyni seriyada və eyni nömrədə e-vergi hesab-fakturalarının təkrarlanmasına yol verilmir. Vergi ödəyiciləri e-vergi hesab-fakturalarını iki üsulla - onlayn və oflayn rejimində hazırlaya bilərlər.

«Onlayn» rejimdə - vergi ödəyicisi ona vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə İnternet Vergi İdarəsinin «elektron vergi hesab-fakturası» bölməsinə daxil olur və onlayn rejimdə vergi fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir.

«Oflayn» rejimdə - vergi ödəyicisi elektron vergi hesab-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını (Elektron Faktura Tərtibatı Proqramını-eFP) və digər zəruri proqramları İnternet Vergi İdarəsindən öz kompüterinə yükləyir və tələb olunan fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır, paketləyir. Daha sonra istifadəçi kodu, parol və şifrəsindən istifadə etməklə İnternet Vergi İdarəsinin elektron vergi hesab-fakturası bölməsinə daxil olur və hazırladığı paketi menyunu seçməklə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən fakturalara avtomatik olaraq unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir. Bundan sonra bütün digər əməliyyatlar onlayn rejimdə aparılır. Bu rejim əsasən iri vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və çox sayda vergi hesab-fakturalarını təqdim edən vergi ödəyiciləri tərəfindən istifadə edilməsi tövsiyə olunur. Əgər e-vergi hesab-fakturası tərtibat proqramı vasitəsilə hazırlanmışdırsa, bir paketdəki faktura sayına məhdudiyyət qoyulur. Belə ki, bir paketdəki e-vergi hesab-fakturalarının sayı 200-dən artıq olmamalıdır. Paket sadəcə göndərmək üçün bir vasitə olduğundan, onun içində yalnız eyni vergi ödəyicisinə təqdim edilmiş fakturaların olması kimi qayda nəzərdə tutulmur. Yəni fərqli ödəyicilərə təqdim olunmalı e-vergi hesab-fakturaları eyni paketin içində yerləşdirilə bilər.

Ödəyici tərəfindən göndərilən paketdə xətalı fakturalar varsa, bu fakturalar eFP proqramında müvafiq düzəlişlər edilərək yenidən paketlənməklə göndərilməlidir. Ödəyici daha öncə göndərdiyi e-fakturalara İnternet Vergi İdarəsinin e-vergi hesab-fakturaları bölməsinin «Göndərdiklərim» qovluğunda və ya «Axtar» bölməsində müvafiq parametləri daxil etməklə baxa bilər.

Elektron faktura doldurularkən onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən «0» kimi qəbul edilir. Elektron vergi hesab-fakturasının hazırlanaraq qeydə alındığı tarix fakturanın verilmə tarixi sayılır və bu tarix elektron vergi hesab-fakturasında proqram təminatı vasitəsilə avtomatik qeyd olunur.

Əvəzləşmələr haqqında məlumat necə təqdim olunmalı...

Hesabat dövrü üçün ƏDV (aksiz) bəyannaməsi təqdim edilmiş gün ərzində aidiyyəti hesabat dövrü üzrə əldə edilmiş fakturalar barədə məlumat İnternet Vergi İdarəsinin e-vergi hesab-fakturası bölməsinin «Əvəzləşdirilənlər» ekranında tərtib edilərək göndərilir. Əvəzləşmələr haqqında məlumatı tərtibat proqramı vasitəsilə də göndərmək olar. Bunun üçün proqramın Fayl/Yeni/Əvəzləşdirmə menyusundan istifadə olunmalıdır.

Fakturada dəyişikik olarsa, nə etməli...

Əgər fakturada dəyişiklik olarsa, dəqiqləşdirilmiş e-vergi hesab-fakturaları tərtib olunaraq təqdim edilməlidir. Dəyişiklik qarşı tərəfin təsdiqindən sonra qüvvəyə minir. Satıcı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş e-vergi hesab-fakturaları alıcı vergi ödəyicisi tərəfindən təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda, dəqiqləşdirilmiş hesab-fakturalar proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcı vergi ödəyicilərinə təqdim edilən dəqiqləşdirilmiş e-vergi hesab-fakturalarının təsdiq edilməsi tələb olunmur və fakturalar çap edilərək təqdim edilə bilər.

 Arzu İBRAHİMOVA