Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Professor Albert Tağıyev

I İNNOVASİYA NƏZƏRİYYƏSİNİN ƏSASLARI

1.1 İnnovasiya və yenilik: mahiyyəti, məzmunu, funksiyaları

Bir  iqtisadi kateqoriya kimi “innovasiya” terminini ilk dəfə elmə gətirən Avstriya (sonralar Amerika) alimi Jozef  Şumpeter  olmuşdur. O, 1911-ci ildə nəşr etdirdiyi “İqtisadi inkişaf nəzəriyyəsi” əsərində ilk dəfə “iqtisadi inkişafda yeni kombinasiyalar” məsələsinə baxmışdır. İqtisadi inkişafda yeni kombinasiyalar dedikdə, məhz innovasiya nəzərdə tutulur. Elə bu əsərdə innovasiya prosesini şərh etmişdir. O, inkişafda aşağıdakı 5 dəyişiklikləri müəyyən etmişdir:

1. İstehsalda yeni texnikadan, texnoloji proseslərdən, yaxud bazarlardan istifadə edilməsi.

2. Yeni xüsusiyyətli məhsulun tətbiqi.

3. Yeni xammaldan istifadə etmək.

4. İstehsalın təşkilinin və onun maddi-texniki təminatının dəyişməsi.

5. Bazarın yeni təchizat formasının yaranması.

J. Sumpeter isbat etmişdir ki, iqtisadiyyatın mərkəzi fiquru yenilikçi – işgüzardır. Şumpeterə görə innovasiya - tətbiq etmək məqsədilə yeni istehlak-əmtəələrinin, yeni istehsal və nəqliyyat vasitələrinin, bazarların və sənayenin təşkili formalarının dəyişdirilməsidir.

Bu günədək də innovasiyaya baxışlar bir-birindən fərqlənirlər və odur ki, ona verilən təriflər də müxtəlifdir. Onlardan bəzilərini qeyd edək:

·   İnnovasiya – yeni texnikaya, texnologiyaya, əməyin və istehsalın təşkilinin yeni formalarına, xidmətlərə və  idarəetməyə, o cümlədən yeni nəzarət, uçot, planlaşdırma metodları formalarına və bu kimi istiqamətlərə yönəldilən əsaslı vəsait qoyuluşunun maddiləşmiş nəticələridir (Balabanov İ.L.);

·   İnnovasiya – elmi-tədqiqat və konstruksiya işlərinin nəticələrinin bazaradək çatdırılmasıdır;

·   İnnovasiya (yenilik) – yeni növ məhsulun, texnologiyanın işlənilməsi, yaradılması və bölgüsünə, yeni təşkilati formaların tətbiq edilməsinə və bu kimi istiqamətlərə yönəldilmiş yaradıcılıq fəaliyyətinin nəticəsidir (Borisov A.B.);

·   İnnovasiya – elə bir prosesdir ki, onun nəticəsində  intellektual əmtəələr, kəşflər, informasiya, “noy-hay”, yaxud ideya-iqtisadi mahiyyət daşıyan məhsullara çevrilir (Brayn T.);

·   İnnovasiya – bazar tələbatını ödəyə bilən, bazara məhsul çıxarmaq qabiliyyətinə malik olan, xüsusi işləmələrə əsaslanmış orijinal texnologiyaların  mənimsənilməsidir (Valdaytcev S.V.);

·   İnnovasiya – müsbət yaxud mənfi sosial-iqtisadi dəyişikliklərə səbəb olan istehsal ünsürlərinin ilkin strukturunun dəyişdirilməsidir, yəni onun daxili strukturunun yeni vəziyyətə keçirilməsidir. İstehsal ünsürlərinin strukturu dedikdə - təşkilatın, məhsulların, texnologiyaların, istehsal vasitələrinin strukturu və işçi qüvvəsinin peşə və ixtisas strukturu nəzərdə tutulur (Valenta F.);

·   İnnovasiya – bir sistem kimi fəaliyyət göstərən müəssisənin məqsədli dəyişikliyidir (Voldaçek A.);

·    İnnovasiya – cəmiyyətin yeni ictimai tələbatını ödəmək üçün yeni praktiki vasitələrin yaradılması, yayılması və istifadə edilməsinin kompleks prosesidir (Qivişiani D.M.);

·   İnnovasiya – elmi-tədqiqat, marketinq, istehsal və idarəetmə sferasının qarşılıqlı təsirinin nəticəsidir (Qoldşteyn G.);

·   İnnovasiya – idarəetmə obyektinin dəyişdirilməsi və iqtisadi, sosial, ekoloji, elmi-texniki və digər səmərə növü almaq məqsədilə yeniliyin tətbiqinin son nəticəsidir (İlenkova S.V.);

·   İnnovasiya – intellektual (elmi-texniki) fəaliyyətin nəticəsindən cəmiyyətin müxtəlif istehlak sferasında istifadəsini nəzərdə tutur.

·   İnnovasiya – elmi kəşf yaxud ixtiradır, təcrübi tətbiqə malikdir. Müvafiq sahədə sosial, iqtisadi, siyasi tələbatı ödəməklə yanaşı, müvafiq səmərəyə malikdir (Kontopoviç L.B. );

·   İnnovasiya – elmi-tədqiqat işlərinin yaxud da əvvəlki analoqlardan keyfiyyətcə fərqli olan ixtiraların nəticələrinin müəssisəyə tətbiqi obyektidir (Medinskiy V.Q.);

·   İnnovasiya – elmi ideyaların, ixtira və kəşflərin nəticələrinin tətbiqi hesabına müəyyən iqtisad,  fayda, mənfəət, əlavə dəyər qazanmağı təmin edən – ictimai, iqtisadi, texniki proseslərdir (Santo V.);

·   İnnovasiya – müəssisənin strategiyası üzrə yeni qərarların qəbulunun həyata keçirilməsidir (Rapport V.);

·   İnnovasiya – idarəetmə obyektinin dəyişdirilməsi və iqtisadi, sosial, ekoloji, elmi-texniki və digər səmərə qazanılması məqsədilə həyata keçirilən yeniliyin son nəticəsidir (Fatxuddinov R.A.);

·   İnnovasiya – konkret ictimai tələbatı ödəyən və bir sıra  (iqtisadi, elmi-texniki, sosial, ekoloji) səmərə verən prinsipcə yeni və modifikasiya edilmiş vasitələrin yaradılması  və tətbiqinin yekun nəticəsidir (Sokolov O.V., TitovA.B., Şabanova M.M.);

·   İnnovasiya – hər-hansı yeniliyin tətbiqi, yeni yenilik və islahatdır (Xurek M.);

·   İnnovasiya (yenilik) – yeni işlənilmələrə, yeni növ məmulatın, texnologiyanın yaradılması və yayılmasına yeni təşkilati formaların və i.a. tətbiqinə yönəldilmiş yaradıcılıq fəaliyyətinin son nəticəsidir.