Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
«Azərbaycan elektron xidmətlər sahəsində qonşu ölkələri üstələyir»
Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq edən
Azərbaycan Marketinq Cəmiyyəti bu fikirdədir

Dünya İqtisadi Forumunun ənənəvi «Qlobal Rəqabət Qabiliyyəti İndeksi»nə (Global Competitivness Report - 2012-2013) gürə Azərbaycanın dünyanın 140 ölkəsi arasında 46-cı yeri tutması və ütən ilə nisbətən 9 pillə irəliləməsi iqtisadzı ekspertlər tərəfindən ülkəmizdə biznes mğhitinin liberallaşdırılması istiqamətində həyata kezirilən tədbirlərin nəticəsi kimi dəyərləndirilir.
Azərbaycan Marketinq Cəmiyyətinin sədri, iqtisadçı ekspert Rəhim Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, sözügedən hesabat ölkəmizdəki inkişaf proseslərinin beynəlxalq səviyyədə müsbət dəyərləndirildiyini göstərir. Onun sözlərinə görə, Dünya İqtisadi Forumu hələ 2005-ci ildən Azərbaycandakı iqtisadi prosesləri, xüsusilə biznes mühitini öyrənmək məqsədilə Azərbaycan Marketinq Cəmiyyətini tərəfdaş qeyri-hökumət təşkilatı elan edib. Forumun nümayəndə heyəti bu məqsədlə ölkəmizə gəlib, cəmiyyətin maddi-texniki bazası, iş şəraiti, eləcə də ekspertlərinin hazırlıq səviyyəsi ilə yaxından tanış olub: «Dünya İqtisadi Forumu dünyanın ciddi və nüfuzlu iqtisadi-işgüzar məkrəzlərindən biridir. Təşkilat müxtəlif kriteriyalar əsasında hər bir ölkənin rəqabətqabiliyyətlilik səviyyəsini öyrənir. Forumun reytinq cədvəllərinin mötəbərliliyi dünyada heç bir tərəddüdsüz qəbul olunur.
Ayrı-ayrı ölkələrdəki vəziyyətin qiymətləndirilməsi prosesinə tərəfdaş ictimai qurumlar da cəlb edilir. 2005-ci ildə belə tərəfdaş qurumun seçilməsi məqsədilə Dünya İqtisadi Forumunun nümayəndələri Azərbaycanda imic araşdırması aparıblar. Yekun qiymətləndirmələrdən sonra Azərbaycan Marketinq Cəmiyyəti tərəfdaş ictimai qurum seçilib və əməkdaşlıq barədə saziş imzalanıb. Razılaşmaya əsasən, cəmiyyət Forumun xüsusi təlimat və iş qrafiki əsasında Azərbaycanın rəqabətə davamlılıq səviyyəsinin qiymətləndirilməsi prosesində yaxından iştirak edir. Dünya İqtisadi Forumunun ekspertləri bununla əlaqədar Bakıda əməkdaşlarımız üçün xüsusi treninq də keçiblər».
Rəhbəri olduğu cəmiyyətin Dünya İqtisadi Forumunun sifarişi əsasında Azərbaycandakı iqtisadi vəziyyətin dəyərləndirilməsi istiqamətində sorğular keçirdiyini deyən Rəhim Hüseynov əlavə edib ki, bu məqsədlə respublikanın 100-dək tanınmış iqtisadçı ekspertin rəyi əsas götürülür: «Dünya İqtisadi Forumu hər ilin yanvarında bizə xüsusi sorğu-anket vərəqələri göndərir. Qurumun təlimatına əsasən, biz həmin sorğu-anket vərəqələrini respublikanın 100-dək iqtisadçı ekspertinə təqdim edirik. Ekspertlərin sayca çoxluğu ona görə vacib sayılır ki, burada hansısa subyektivlik çalarlarına və qeyri-dəqiq qiymətləndirmələrə yol verilməsin. Sorğu-anket vərəqələrində iqtisadiyyatın müxtəlif sahələrinə dair çoxsaylı suallar da əksini tapır. Tələbə əsasən, biz həmin anket-sorğu vərəqələrinin orijinalını Foruma göndəririk. Yəni sorğuların keçirilməsinə və cavablandırılmasına ciddi nəzarət var. Hər ilin avqust ayının sonuncu həftəsi yekun nəticələr məlum olur və bizə də göndərilir. Biz Dünya İqtisadi Forumu nəticələri rəsmən elan edənə qədər bu nəticələri məxfi saxlamaq barədə öhdəlik də götürmüşük. Forum bir qayda olaraq «Qlobal Rəqabət Qabiliyyəti İndeksi» üzrə reytinq cədvəlini hər ilin sentyabr ayında açıqlayır. Yalnız bundan sonra biz nəticələr barədə ictimaiyyətə məlumat veririk».
İqtisadçı ekspert həmçinin bildirib ki, qurumun Azərbaycan üzrə hesabatları tamamilə obyektiv reallığı əks etdirir. O, həmçinin vurğulayıb ki, son illərdə ölkədə biznesə başlama prosedurlarının sadələşdirilməsi, ümumilikdə yerli və xarici sahibkarlar üçün daha əlverişli mühitin yaradılması istiqamətində mühüm işlər görülüb: «Bir zamanlar xəyal hesab etdiyimiz bir çox məsələlər son illərdə uğurla reallaşdırılıb. Məsələn, sahibkablıq subyektlərinin «bir pəncərə» sistemi ilə qeydiyyatına başlanması ilə Azərbaycan Dünya İqtisadi Forumunun hesabatlarında ciddi şəkildə irəliləyib. 2011-2012-ci illərdə fiziki və huquqi şəxslərin elektron formada, cəmi bir neçə dəqiqə ərzində qeydiyyata alınması son dərəcə mühüm irəliləyişdir. Azərbaycan sahibkarlara göstərilən elektron xidmətlər sahəsində bütün qonşu ölkələri üstələyir. Şübhəsiz, bu kimi proqressiv yeniliklər dünyanın aparıcı iqtisadi-maliyyə qurumları, o cümlədən Dünya İqtisadi Forumu tərəfindən müsbət qarşılanır».

Samir MUSTAFAYEV