Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
İri ticarət mərkəzlərində NKA-ların quraşdırılması davam edir

Sahibkarların məlumatlandırılması, onlara vergi qanunvericiliyinin tətbiqi ilə bağlı izahatların verilməsi və zəruri hüquqi yardımın göstərilməsi ölkədə yürüdülən vergi siyasətinin əsas istiqamətlərindən biri kimi Vergilər Nazirliyinin daim diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq iri ticarət mərkəzlərində fəaliyyət göstərən vergi ödəyicilərinin qeydiyyata alınması prosedurlarının sadələşdirilməsi, onların vaxtına və xərclərinə qənaət etmələri üçün vergi uçotunun və ünvanlı xidmətlərin həyata keçirilməsi məqsədilə stasionar məntəqələrin yaradılmasına zərurət yaranmışdır.
Vergilər nazirinin müvafiq əmrinə əsasən, 2011-ci ildə «Sədərək» və «ArazAvia» firmalarına məxsus iri ticarət obyektlərində fəaliyyət göstərən vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotuna alınması məqsədilə stasionar məntəqələr yaradılmışdır. Vergi uçotunun təşkili ilə əlaqədar ərizələrin qəbulu və müraciət edən vergi ödəyicilərinə qeydiyyat sənədlərinin təqdim edilməsi üçün stasionar məntəqələr zəruri avadanlıqlarla təchiz edilmiş və bir qrup vergi xidməti əməkdaşı məntəqələrə ezam olunmuşdur. Həmin məntəqələrdə sahibkarların uzaq məsafə qət etmədən vergi uçotuna durmaq haqqında ərizələrinin onlayn rejimdə qeydiyyatı aparılır, bir gün ərzində onlara VÖEN şəhadətnaməsi təqdim edilir.
Hər iki ticarət mərkəzində stasionar məntəqələr fəaliyyətə başladıqları vaxtdan bu günə kimi ümumilikdə 7265 vergi ödəyicisi və 10724 təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınmışdır. Onlardan 4653 vergi ödəyicisi və 6716 təsərrüfat subyekti (obyekti) «Sədərək», 2612 vergi ödəyicisi və 4008 obyekt isə «ArazAvia» ticarət mərkəzlərində qeydiyyata alınmışdır. Stasionar məntəqələrdə, həmçinin, fəaliyyətini dayandırmış ödəyicilər ərizə ilə müraciət edib VÖEN-lərini aktivləşdirə bilərlər.
Külli miqdarda dövriyyəyə malik iri ticarət mərkəzlərində nağd pul dövriyyəsinə vergi nəzarətinin daha da gücləndirilməsi məqsədilə cari ilin fevral ayından NKA-ların quraşdırılmasına başlanmışdır. İri ticarət mərkəzlərində indiyə qədər ümumilikdə 5646 vergi ödəyicisinə məxsus 6667 obyektdə 6780 NKA quraşdırılmışdır. «Sədərək» ticarət mərkəzində 3500 vergi ödəyicisinə məxsus 4156 obyektdə 4247 NKA, «ArazAvia» ticarət mərkəzində isə 2146 vergi ödəyicisinin 2511 obyektində 2533 NKA qeydiyyata alınmışdır.
Stasionar məntəqələrin yaradılması iri ticarət mərkəzlərində əvvəllər mövcud olan bir çox problemləri həll etmişdir. O cümlədən qeydiyyat prosedurunun, bütün vergi xidmətlərinin elektronlaşdırılması vergi ödəyicilərinin, həmçinin NKA-ların qeydiyyatını daha da sadələşdirmiş, qeydiyyata sərf olunan vaxt və vəsait itkisini minimuma endirmişdir.
Ticarət mərkəzlərində stasionar məntəqələrin fəaliyyət göstərdiyi çox qısa zaman ərzində vergi xidməti əməkdaşları tərəfindən aparılan məlumatlandırma və izahat işləri nəticəsində burada vergilərin könüllü ödəmə sisteminin inkişafına nail olunmuşdur. İri ticarət mərkəzlərində ödəyicilərin, o cümlədən müştərilərin rahat alış-veriş etmələri üçün bütün lazımi şərait yaradılmışdır. Belə ki, ticarət mərkəzlərində nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə POS-terminalların quraşdırılmasına da başlanmışdır. Bundan başqa, nəzarət-kassa aparatlarında hər hansı nasazlıq yarandıqda ödəyicinin uzaq məsafə qət etməsinə də ehtiyac qalmamışdır. Burada fəaliyyət göstərən Servis Texniki Xidmət Mərkəzi tərəfindən ödəyicilərə lazımi xidmətlər göstərilir.
Mövzu ilə əlaqədar iqtisadçı ekspert Azər Mehdiyevə müraciət etdik. Ekspert bildirir ki, son zamanlar Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinin hüquqlarının qorunması, onların rahatlığının təmin edilməsi, vergilərin ödənilməsi ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində həyata keçirilən işlər təqdirə-layiqdir. Xüsusən nazirlik tərəfindən elektron vergi xidmətlərinin, o cümlədən vergi orqanı olmayan ərazilərdə xidmət mərkəzlərinin sayının artırılması ictimayyət arasında rəğbətlə qarşılanır. Xidmət mərkəzlərinə üz tutan ödəyicilər az xərc hesabına lazım olan vergi xidmətini əldə etməklə bərabər, onları maraqlandıran suallara cavab tapa bilirlər. Vergilərin ödənişi ilə bağlı problemlər daha çox minlərlə sahibkarın bir yerdə fəaliyyət göstərdiyi iri ticarət mərkəzlərində müşahidə edildiyi üçün belə obyektlərə daha yaxın məntəqədə xidmət göstərilməsi məqsədə¬uyğundur. İri ticarət mərkəzlərində ödəyicilərə elə çalışdıqları yerdə vergi xidmətinin təşkili vətəndaşların əvvəllər qarşılaşdıqları bir çox problemləri aradan qaldırmışdır. Belə ki, ticarət mərkəzlərində xidmət məntəqələri yaradılmaqla, ilk növbədə, vətəndaşların əvvəllər qeydiyyata sərf etdikləri əlavə vaxt və vəsait itkisinin qarşısını almış, onların maliyyə və vaxt resurslarını daha səmərəli istiqamətdə xərcləmələrinə imkan yaratmışdır. Stasionar məntəqələrin yaradılması iri ticarət mərkəzlərində vergi yığımını asanlaşdırmaqla bərabər, vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, etimadın artmasına, vergidənyayınma hallarının azalmasına səbəb olmuşdur. Eyni zamanda, məntəqələrdə bütün xidmətlər, proseslər göz önündə baş verdiyi üçün sahibkarlarla vergi orqanları arasında şəffaflığın təmin edilməsinə imkan yaranmışdır. Şəhərdən kənar ərazilərdə iri ticarət mərkəzlərinin sayının artdığını nəzərə alsaq, düşünürəm ki, belə xidmət məntəqələrinin sayının artırılması da labüddür.

Arzu İBRAHİMOVA