Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Vətəndaşa müasir və keyfiyyətli xidmət məramı

«ASAN xidmət» mərkəzlərində vergi xidmətlərinin də güstərilməsi nəzərdə tutulur

Vətəndaşlara göstərilən xidmətlərin müasir dövrün tələblərinə cavab verməsi, əhalinin hökumət qurumları ilə təmasının daha çevik, işlək mexanizmlər üzərində qurulması və bu sahədə elektron xidmətlərin təşkili məqsədinə xidmət edən islahatlar ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» fərmanı bu istiqamətdə növbəti mühüm addım olub.
Dövlət başçısı bu məqsədin reallaşdırılması üçün 2012-ci il 5 sentyabr tarixində «Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» fərman imzalayıb. Fərmana əsasən, «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnamə»si, strukturu, habelə «ASAN xidmət» mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları» təsdiqlənib.
«ASAN xidmət» mərkəzlərində dövlət orqanları tərəfindən bu xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; doğumun qeydə alınması; ölümün qeydə alınması; nikahın qeydə alınması; nikahın pozulmasının qeydə alınması; övladlığa götürmənin qeydə alınması; atalığın müəyyən edilməsinin qeydə alınması; adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi; notariat fəaliyyəti; şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; məhkumluq barədə arayışların verilməsi; daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı; yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi; daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı; hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi; gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu; Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi; torpaq kadastrı məlumatları barədə arayışların verilməsi; əmək pensiyalarının təyin edilməsi; dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.
Fərmanla Dövlət Agentliyinin işçilərinin say həddi 120 ştat vahidi müəyyən olunub. Həmçinin, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna və Milli Arxiv İdarəsinə tapşırılıb ki, yuxarıda qeyd edilən xidmətlərin «ASAN xidmət» mərkəzlərində həyata keçirilməsi üçün həmin mərkəzlərdə onlar üçün müəyyənləşdiriləcək yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər. Həmin mərkəzlərdə xidmət göstərəcək əməkdaşların təyinatı zamanı onların nəzakətli, məsuliyyətli, peşəkar olmaları, ünsiyyət qurmaq və izah etmək bacarıqları nəzərə alınmalıdır. Fərmana əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «ASAN xidmət» mərkəzlərində xidmət göstərəcək dövlət orqanlarının informasiya sistemləri arasında əlaqələndirmə yaratmaq məqsədilə həmin mərkəzləri rabitə kanalları ilə təmin etməlidirlər.
 Fərmana əsasən, Maliyyə Nazirliyi bu tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə maliyyə vəsaitinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası fərmanın icrasına nəzarəti həyata keçirməli, «ASAN xidmət» mərkəzlərində xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizinin həmin mərkəzlərin saxlanılması, habelə bu mərkəzlərdə fəaliyyət göstərən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə ayrılması barədə müvafiq təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Fərmanla Nazirlər Kabinetinə bir sıra təşkilati və hüquqi tədbirləri həyata keçirmək, qüvvədə olan normativ-hüquqi aktları təkmilləşdirmək tapşırığı verilib.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, texnika elmləri doktoru, professor Rasim Əliquliyev hesab edir ki, «ASAN xidmət» mərkəzləri vətəndaşlara müasir və keyfiyyətli xidmət göstərmək imkanı yaradacaq. Onun fikrincə, ədliyyə, gömrük, vergi, miqrasiya, rabitə, əmlak, sosial müdafiə sahələrində vətəndaşlara göstəriləcək xidmətlər əhalinin dövlət qurumları ilə münasibətlərinin daha sivil məcrada tənzimlənməsinin əsasını qoyacaq: «İndiyə qədər bir sıra sahələrdə «vahid pəncərə» sisteminin tətbiqi uğurlu bəhrəsini verib. Hesab edirəm ki, vətəndaşlara göstərilən xidmətlərin də «vahid pəncərə» əsasında həyata keçirilməsi ölkədə vətəndaş-dövlət münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəldəcək. Vətəndaşın hər hansı məsələni həll etməsi üçün bir neçə dövlət qurumuna müraciət etməsinə zərurət qalmayacaq. Bu mənada, vətəndaşların dövlətə olan inam və etimadı, güvəni daha da artacaq. Ümumilikdə, ölkə başçısının son fərmanı həm də inkişafın hazırkı mərhələsində Azərbaycanı vətəndaşların maraqlarını daim uca tutan hüquqi, demokratik dövlətə çevirmək istəyindən irəli gəlir».
 
S.MUSTAFAYEV