Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ədalət sonunda öz yerini tutdu

Avqustun 31-i xalqımız üçün çox əlamətdar bir hadisə ilə yadda qaldı. Həmin gün Azərbaycan vətəndaşı, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Sahib oğlu Səfərovun Macarıstandan Azərbaycana verilməsi ölkə əhalisini hədsiz dərəcədə sevindirdi. O, 8 il əvvəl, yəni 2004-cü ildə  Budapeştdə NATO-nun tədris kurslarında olarkən dövlət bayrağımızı və xalqımızı təhqir etmiş erməni zabiti Qurqen Markaryanı qətlə yetirmiş və ömürlük həbs cəzası almışdı. Soydaşımızın  Vətənə gətirilməsi və Azərbaycan torpağına qədəm qoyduğu anda Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilərək azad olunması isə  xalqımızda və haqsevər insanlarda böyük məmnunluq yaratdı.

Qeyd edək ki, Ramil Səfərovun Azərbaycana verilməsindən əvvəl Macarıstanın dövlət orqanları ilə intensiv danışıqlar aparılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev daim bu məsələni diqqət mərkəzində saxlamış və bu məsələ ilə bağlı müvafiq tədbirlər görmüşdür.

Dövlət başçısının bu addımı onun hər bir ölkə vətəndaşı, əsgər və zabitinin arxasında durduğunun bariz göstəricisidir. R.Səfərovun qayıdışı ölkə əhalisinin böyük sevincinə səbəb olmuş və vətəndaşlar Prezident İlham Əliyevə bu addımına görə minnətdarlıqlarını bildirmişlər.

Macarıstandan Azərbaycana ekstradisiya olunan və Bakıya gəldiyi gündən Prezidentin sərəncamı ilə əfv olunan Ramil Səfərov  bu olaydan çox şad olduğunu, başda ölkə rəhbəri olmaqla hər kəsə, o cümlədən Macarıstan dövlətinə təşəkkürünü bildirmişdir: “Vətənə gətirilməyimə, azadlığa buraxılmağıma görə Macarıstan dövlətinə, Azərbaycan dövlətinə, xüsusən, bu məsələdə böyük siyasi iradə, xoş məram göstərmiş Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.” R.Səfərov doğmalarından tutmuş ilk dəfə gördüyü insanlara qədər hamının üzündə gördüyü sevincin ona böyük rahatlıq və xoş duyğular bəxş etdiyini də qeyd etmişdir. Onun ailə üzvləri və yaxınları da bu işdə əməyi keçən hər kəsə dərin minnətdarlıqlarını bildirmişlər.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun Azərbaycana qaytarılması və azad olunması torpaqlarımızın ermənilər tərəfindən işğalına göz yuman ölkələr və beynəlxalq təşkilatlar, xüsusilə Ermənistan tərəfdən ciddi narahatlıq və narazılıqla qarşılanmışdır. Ermənistan parlamentinin üzvü, AŞPA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Milli Birlik Vəhdət Partiyasının sədri Artaşeş Geqamyan erməni mətbuatında və "Regnum" informasiya agentliyində yayılan məqaləsində Azərbaycan tərəfini terrorla hədələyib. Erməni siyasətçisi Ramil Səfərovun Macarıstandan Azərbaycana verilməsinə etiraz olaraq zabitimizin və siyasətçilərimizin ünvanına təhdidlər səsləndirmişdir. Qeyd edək ki, etiraz əlaməti olaraq, Ermənistan XİN-inin binası qarşısında aksiyalar da keçirilmişdir.

Nəzərə çatdıraq ki, Ramil Səfərovun ölkəmizə qaytarılması və əfv olunması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Bu, Azərbaycanın 2000-ci ildə qoşulduğu "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası”na tamamilə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən onun əfv edilməsi dövlət başçısının müstəsna səlahiyyətidir və cənab Prezident böyük humanistlik göstərərək bu səlahiyyətindən istifadə etmişdir.

Macarıstan höküməti Ramil Səfərovun qaytarılması ilə Azərbaycan-Macarıstan höküməti arasında heç bir əlaqə olmadığını da bildirmişdir.

Qeyd edək ki, Müdafiə Nazirliyi R.Səfərovla görüşərək onu əfv olunması münasibətilə təbrik etmiş, ona üçotaqlı mənzil və həbsdə olduğu müddətdə yığılıb qalmış məvacibini  vermişdir.  Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, eyni zamanda, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu  mayor rütbəsi ilə təltif edərək, gələcək hərbi fəaliyyətində uğurlar arzulamışdır.

 31 avqust tarixi təkcə Ramilin deyil, bütün Azərbaycan xalqının yaddaşında həmişəlik qalacaqdır. Ona görə ki, həmin gün dövlətimizin gücü və nüfuzu, ölkə Prezidentinin müdrikliyi və qətiyyəti bir daha bütün dünyaya nümayiş etdirildi. Bu tarix bizə, Vətənimizə və ümumi gələcəyimizə inamı artıran həqiqət anı oldu.

                                                                                       Mətanət Hüseynova