Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Görkəmli uşaq şairi və tədqiqatçısı haqqında biblioqrafiya

Azərbaycan biblioqrafik informasiya vasitələri arasında universal xarakterli, geniş əhatəli, retrospektiv şəxsi biblioqrafik vəsaitlər mühüm yer tutur. Müxtəlif elmi sahələrin görkəmli simalarına həsr olunmuş, çoxsaylı biblioqrafik göstəricilər müxtəlif tərtib olunma metodikasına malikdir. Bu elə şəxsi biblioqrafik vəsaitlər içərisində yaradıcı ziyalılara, şair və yazıçılara dair tərtib edilən biblioqrafik göstəricilərin özünəməxsus xüsusiyyətləri vardır.
Bu baxımdan ədəbiyyatşünaslıq sahəsinin biblioqrafik informasiya təminatında mühüm rol oynayan biblioqrafik vəsaitlərdən biri Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilə həsr olunmuş biblioqrafiya böyük maraq doğurur. Tərtibçi B.Ələsgərov, elmi redaktor F.Əsgərlidir.
Biblioqrafiya şairin 1959-2011-ci illər ərzində Azərbaycan və dünya xalqlarının dillərində çapdan çıxmış şeirləri, nəsr əsərləri, publisistik yazıları, dram əsərləri, eləcə də müxtəlif elmi konfrans və simpoziumlardakı çıxışları, tərtib etdiyi müqəddimə, yazdığı redaktoru olduğu kitablar, ali və orta məktəblər üçün dərslikləri öz əksini tapmışdır. Biblioqrafik vəsaitdə Zahid Xəlilin həyat və yaradıcılığı haqqında bir çox tanınmış simaların müxtəlif dövrü mətbuat orqanlarında dərc olunmuş rəylərinə də geniş yer verilmişdir.
Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş biblioqrafik göstərici “Tərtibçidən” və beş hissədən ibarətdir. Birinci hissə “Z.Xəlilin əsərlərinin nəşri haqqında məlumat”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Qələm dostları, ədəbiyyat və mədəniyyət xadimləri və oxucuları Zahid Xəlil haqqında” bölmələrindən ibarətdir. Tərtibçi Azərbaycanda biblioqrafik vəsaitlərin çoxillik təcrübəsinə, eləcə də bir sıra xarici ölkələrin təcrübəsinə əsaslanmaqla həmin bölmələrin məzmununu açmağa çalışmışdır.
Biblioqrafik vəsaitin II hissəsində Zahid Xəlilin kitabları, tərtib etdiyi, ön söz yazdığı, redaktoru və buraxılışına məsul olduğu kitablar, ayrı-ayrı kitablarda nəşr olunmuş materialları, kitablarda və dövri mətbuatda nəşr olunmuş şeirləri, povestləri, ədəbi-tənqidi, publisistik məqalələri, məruzə və çıxışları, dialoq və müsahibələri, bədii tərcümələri haqqında təsvirlər toplanmışdır. Burada müəllifin 2008-2009-cu illərdə buraxılmış altı cildlik “Seçilmiş əsərləri”, eləcə də 1971-2011-ci illərdə müxtəlif nəşriyyatlarda çıxmış ayrı-ayrı biblioqrafik məlumatlar öz əksini tapmışdır.
Şəxsi biblioqrafik vəsaitin Zahid Xəlilin həyat və yaradıcılığına həsr olunmuş III hissəsində əlifba sırası ilə əvvəlcə kitablar, sonra dövri mətbuatda çap olunmuş məqalələr və sair verilmişdir.
Biblioqrafik göstərici Z.Xəlil haqqında dolğun təsəvvür yaradır. Bu göstərici Azərbaycan şəxsi biblioqrafik vəsaitlər sisteminə layiqli töhfə kimi qiymətləndirilə bilər.

ABUZƏR XƏLƏFOV,
Əməkdar elm xadimi, BMT yanında
Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki,
BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor