Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Bölgələrdə vergi ödəyicilərinin maarifləndirilməsinə diqqət artırılır
 
Kiçik Qafqazın ətəyində, Xəzər dənizinin sahilində, Samur-Abşeron ovalığında yerləşən, təbii imkanlarının üstünlüyü ilə seçilən Xazmaz turizm baxımından da əlverişli yerdir. Bərəkətli torpağı, gur meşələri, çağlayan bulaqları və çayları, qədim abidələri bu yerlərə ilk dəfə yolu düşən hər kəsdə unudulmaz təəssüratlar yaradır
Son illər Xaçmazda yenidənqurma və abadlıq işləri də geniş miqyas alıb: parklar, xiyabanlar, muzeylər, nadir memarlıq üslubu ilə inşa edilən binalar, abidələr rayona təkrarsız gözəllik bəxş edir. Nabran-Yalama zonası turizm və istirahət məskəni kimi diqqəti xüsusilə cəlb edir.
Əlverişli imkanları ilə həm də sahibkarlığın sürətlə inkişaf etdiyi rayon kimi tanınan Xaçmazda vergi ödəyiciləri ilə işin də müasir dövrün tələbləri səviyyəsində qurulması mühüm əhəmiyyət kəsb edir. 2008-ci ilin may ayında 3 saylı Ərazi Vergilər İdarəsinin (ƏVİ)  rayonda Vergi ödəyicilərinə xidmət mərkəzinin fəaliyyətə başlaması Xaçmaz sahibkarlarının üzləşdiyi qayğı və çətinliklərin həllinə geniş imkanlar açıb. Əvvəllər vergi məsələləri ilə bağlı 3 saylı ƏVİ-nin yerləşdiyi Quba rayonuna gəlməli olan xaçmazlı vergi ödəyiciləri indi bu qayğıdan azad olublar.     
İş adamları vergi qanunvericiliyini öyrənir
Xaçmazdakı Vergi ödəyicilərinə xidmət mərkəzi rayonun ən görməli yerlərindən birində - «Şəxsiyyətlər parkı»nda inşa olunub. Yüksək maddi-texniki baza və müasir texnologiyalara malik mərkəzdə vergi ödəyicilərinə xidmət üçün geniş imkanlar yaradılıb. İş adamları vergi sahəsində meydana çıxan suallara cavab tapmaq üçün bura tez-tez müraciət edir, müxtəlif xidmətlərdən bəhrələnirlər. Bunun nəticəsidir ki, 2012-ci ilin ilk  yarısında mərkəzin fəaliyyətindən istifadə edən vergi ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8% və ya 472 nəfər artaraq 3122 nəfərə çatıb.
Mərkəzin əməkdaşı Qazıəhməd Şahbazov rayonda vergi ödəyicilərinin hüquqi bilik səviyyəsinin o qədər də qənaətbəxş olmadığını bildirir. Onun sözlərinə görə, vəziyyətin ciddiliyi nəzərə alınaraq, mərkəzdə vergi qanunvericiliyinin fiziki və hüquqi şəxslərə ətraflı izahı istiqamətində sistemli iş aparılır: «Burada vergi ödəyiciləri üçün bəyannamələrin doldurulması, vergilərin elektron formada ödənilməsi,  hesabat, ərizə, arayış və digər sənədlərin tərtibatı, elektron imza ilə bağlı xidmətlərin göstərilməsi, fiziki şəxslərin real vaxt rejimində qeydiyyatı və digər xidmətlər göstərilir. Lakin xidmət keyfiyyətinin daha da yüksəldilməsi üçün mərkəzin AVİS sisteminə qoşulmasını da arzu edərdik».
Mərkəzin fəaliyyətindən bəhrələnən bir çox iş adamları isə  artıq müstəqil şəkildə elektron xidmətlərdən istifadə etmək vərdişlərinə yiyələniblər. «Ulduz» MMC-nin rəhbəri Ağasalam Ağayev bildirir ki, burada yaradılmış imkanlardan istifadə etməklə qısa müddətdə vergi sahəsində zəruri vərdişlərə sahib olub: «İndi vergi bəyannamələrini müstəqil şəkildə doldura bilirəm. Mərkəzdə bizə qanunvericilik də geniş izah olunur».  
Xaçmazda özəl vergi xidməti...
Vergi bəyannaməsini elektron formada təqdim etmək üçün mərkəzə gəlmiş Zakir Nuriyev də xidmətlərin səviyyəsindən razı olduğunu vurğulayır: «Əvvəllər müxtəlif məsələlərlə bağlı Quba rayonuna getməyə məcbur idik. Xaçmazdakı xidmət mərkəzinin fəaliyyətə başlamasından sonra buna ehtiyac qalmayıb. Burada müxtəlif xidmətlərdən istifadə edə bilirik.
Son illərdə rayonda fəaliyyətə başlamış özəl vergi xidməti də sahibkarların müraciəti əsasında onlara ödənişli səyyar xidmətlər göstərir. İş adamları istədikləri zaman özəl vergi xidmətinin əməkdaşlarını öz müəssisələrinə dəvət edir və onların məsləhətlərindən yararlanırlar. Özəl vergi xidmətinin əməkdaşı Şövkət İbrahimova bildirir ki, Vergi ödəyicilərinə xidmət mərkəzindən fərqli olaraq, özəl vergi xidmətləri çağırış əsasında xidmət göstərirlər: «Vergi ödəyicilərinə xidmət mərkəzinə gəlmək üçün vaxtı olmayan vergi ödəyiciləri bizə müraciət edirlər. Biz müəssisələrə gedib onlara lazımi xidmətləri göstəririk. Gün ərzində bununla bağlı bizə 20-30 müraciət olur».
Şabran sahibkarları qanunvericiliyi öyrənirlər
3 saylı ƏVİ-nin əhatə dairəsinə aid daha bir xidmət mərkəzi Şabran rayonunda 2011-ci ilin fevralından fəaliyyətə başlayıb. Digər mərkəzlər kimi, bura da müraciət edənlərin sayı aydan-aya artır. 2012-ci ilin birinci yarısında 2179 nəfər sahibkar müxtəlif məsələlərlə bağlı mərkəzə müraciət edib.
Mərkəzin xidmətindən mütəmadi olaraq istifadə etdiyini deyən vergi ödəyicisi Süsən Məmmədova hesab edir ki, iş adamlarının vergi qanunvericiliyini bilməsi son dərəcə vacibdir: «Bəzən vergi ödəyiciləri məhz qanunvericiliyi bilmədiklərindən cərimə sanksiyaları ilə üzləşirlər. Etiraf edim ki, özüm də məhz bu səbəbdən bir dəfə cərimə olunmuşam. Amma xidmət mərkəzi fəaliyyətə başlayandan belə problemlərlə üzləşmirik. Ərazi Vergilər İdarəsindən bizə ünvanlanan məktubların izahı üçün tez-tez buranın əməkdaşlarına müraciət edirik. Artıq bir çox elektron xidmətlərdən müstəqil şəkildə istifadə edə bilirik».     
Vergi ödəyicisi Ceyhun Məmmədov isə Şabrandakı Vergi ödəyicilərinə  xidmət mərkəzi ilə yanaşı, Vergilər Nazirliyinin «195» Telefon Xidmətindən də mütəmadi istifadə etdiyini bildirir. O, ümumilikdə nazirlikdə vergi ödəyicilərinin müraciətlərinə həssas münasibətin olduğunu razılıqla qeyd edir.
Xidmət mərkəzlərinə digər məqsədlər üçün müraciət edən vətəndaşlar da diqqətdən kənarda qalmır. Şabranlı gənc Mübariz Mirzəyev ali məktəbə sənəd verərkən mərkəzin internet xidmətindən istifadə etdiyini bildirərək mərkəz əməkdaşlarının göstərdiyi köməyi yüksək dəyərləndirir.
Xidmət mərkəzlərinin istifadəçiləri artır
Ümumilikdə, 2012-ci ilin birinci yarısında Qusar, Xaçmaz və Şabran rayonlarında fəaliyyət göstərən xidmət mərkəzlərinə və 3 saylı ƏVİ-nin xidmət şöbəsinə ümumilikdə 8263 nəfər vergi ödəyicisi müraciət edib, onlara vergi məsələləri ilə bağlı 25 mindən artıq xidmət göstərilib.
3 saylı ƏVİ-nin rəisi Vidadi Kərimovun bildirdiyinə görə, vergi ödəyicilərinin maarifləndirilməsi tədbirləri xüsusi diqqət mərkəzində saxlanılır. Hesabat dövründə vergi ödəyiciləri ilə 41 brifinq və görüş keçirilib. Həmin tədbirlərdə iştirak edən 957 vergi ödəyicisinə vergi qanunvericiliyi və digər məsələlər haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də telefon vasitəsi ilə müraciət etmiş 616 vergi ödəyicisinin vergi qanunvericiliyinə uyğun məlumatlandırılması təmin olunub.
İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsi 2011-2012-ci dərs ilində şagird və müəllimlərlə vergilər mövzusunda 65 treninq-görüş keçirib. 2012-ci ilin mayında şagirdlər arasında vergilərə aid dərs vəsaitlərinin mənimsənilməsi və bu sahədə bilik səviyyəsinin yüksəldilməsi məqsədilə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının 28 orta məktəbinin 252 şagirdi arasında vergilər mövzusunda müsabiqə keçirilib. Bundan başqa, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə həmin rayonların poçt şöbələrində, bazarlarda, yarmarkalarda və əhalinin sıx yerləşdiyi digər yerlərdə əmək müqaviləsinin bağlanması və əmək¬haqqının hesabatda düzgün qeydə alınması ilə bağlı xüsusi məlumat formaları yerləşdirilib.
Şimal bölgəsində fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrində vergi bəyannamələrinin vaxtında təqdim edilməsi, vergilərin müəyyən olunmuş müddətlərdə ödənilməsi, nağdsız hesablaşmaların üstünlükləri, POS-terminallardan istifadə, vergi və rüsumların elektron formada ödənilməsi qaydaları, işçilərlə əmək müqavilələrinin bağlanması sahəsində geniş təbliğat və izahat işləri aparılır.  
Ümumilikdə, 3 saylı ƏVİ-nin əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti sahibkarların maarifləndirilməsi sahəsində ən yaxşı təcrübələrdən biri kimi dəyərləndirilir. Bu xidmət mərkəzlərinin sayı artdıqca sahibkarların üzləşdiyi çətinliklərin həlli imkanları da genişlənir.