Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Vergidən yayınmaya qarşı sərt tədbirlər

6 milyon 409 min 132,69 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıran sahibkar barəsində cinayət işi məhkəməyə göndərilmişdir

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Lənkəran rayon sakini, «Elkontex», «Elnur-X» məhdud məsuliyyətli cəmiyyətlərinin və «Sərdar LTD» İstehsalat Kommersiya Şirkətinin direktoru Elnur Əhmədağa oğlu Cahangirovun vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edərək, eləcə də bəyannamə təqdim etmədən külli miqdar təşkil edən 6 milyon 409 min 132,69 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığını aşkar etmişdir.
Elnur Cahangirov «Sərdar LTD» İstehsalat Kommersiya Şirkətinin direktoru işləyərkən şirkətin adından vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində vergi tutulan dövriyyəni azaltmış, eyni zamanda mənfəət vergisi bəyannaməsini təqdim etməmiş və ümumi hesabla külli miqdar təşkil edən 3 milyon 311 min 165.71 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, o, «Elkontex» MMC-nin direktoru vəzifəsində işləyərkən ümumi hesabla külli miqdar təşkil edən 1 milyon 612 min 418,22 manat məbləğində əlavə dəyər vergisini, «Elnur-X» MMC-nin direktoru kimi ümumi hesabla külli miqdar təşkil edən 1 milyon 485 min 548,76 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqdan gizlənən Elnur Cahangirov tutulmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilərkən Elnur Cahangirov ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş, «Elkontex», «Elnur-X» MMC-nin və «Sərdar LTD» İstehsalat Kommersiya Şirkətinin direktoru vəzifəsində işləyərkən həmin müəssisələrin adından müxtəlif adda mal-materialların alqı-satqısı və xidmətlərin göstərilməsi ilə məşğul olduğunu, mühasibat işlərini özünün apardığını bildirmişdir.
Elnur Cahangirov barəsində cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılmaq üçün məhkəməyə göndərilmişdir.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.