Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanda idmanın  sürətlə inkişafı dövlət siyasətidir

İyulun 3-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylə
mişdir. Dövlət başçısı  bütün idmançılara böyük uğurlar arzulamış,  idmançılarımızın  Azərbaycanı ləyaqətlə təmsil edəcəyinə və Vətənə böyük qələbələrlə qayıdacaqlarına əmin olduğunu bildirmişdir. Sonra o, Azərbaycanda idmanın  sürətlə və uğurla inkişaf etdiyini və bunun  dövlət siyasəti olduğunu vurğulamışdır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır”. İlham Əliyev  idmançılarımızın uğurlarından danışmış,  beynəlxalq arenalarda onların ölkəmizi ləyaqətlə təmsil etdiyini, hər il yüzlərlə medal qazandıqlarını qürur hissi ilə qeyd etmişdir. “Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün böyük sevincdir, böyük fərəh hissi yaradır. Mən əminəm ki, bundan sonrakı dövrdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər”.
“İdmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır. Hazırda 34 regional Olimpiya Mərkəzi tikilmişdir, 8 mərkəzdə tikinti davam edir. Əminəm ki, yaxın zamanlarda hər bir rayon mərkəzində müasir Olimpiya İdman Kompleksi açılacaqdır. Bu siyasəti biz 2000-ci ildən başlamışıq və son 12 il ərzində, demək olar ki, bölgələrimizin əksəriyyətində müasir Olimpiya kompleksləri tikilmişdir. Gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edirlər. Bizim doğrudan da güclü komandamız vardır. Bu komanda böyük uğurlara nail ola bilər. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışıq. Tariximizdə ilk dəfədir ki, Azərbaycan Olimpiya Oyunlarında böyük say tərkibi ilə çıxış edir. Çünki Olimpiya oyunlarında 50-dən çox idmançıya malik olan ölkə böyük idman ölkəsi kimi tanınır. Bu dəfə Olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın sayı 53-dür. Bu, doğrudan da bizim idman potensialımızı bir daha göstərir.
İdmançılarımızın böyük şansları, böyük imkanları vardır. Biz hamımız, bütün Azərbaycan xalqı idmançılara yalnız uğurlar arzulayırıq və onların qələbələrini gözləyirik. İdmançılar bizim milli sərvətimizdir. Azərbaycan idman arenalarında öz sözünü deyir, deyəcəkdir. Mən əminəm ki, London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaqdır”, deyə İlham Əliyev qeyd etmişdir.
Sonra gənclər və idman naziri Azad RƏHİMOV çıxış edərək ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişafına göstərdiyi xüsusi diqqətə görə bütün idmançılar və idman ictimaiyyəti adından cənab Prezidentə dərin təşəkkürünü bildirmişdir.  Daha sonra nazir Azərbaycanın idman sahəsindəki uğurlarından danışmış, London Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan  idmançılarına  böyük ümidlər bəslədiyini qeyd etmiş,  onların  bu etimadı doğruldacağına, ölkəmizi layiqincə təmsil edəcəyinə əmin olduğunu bildirmişdir.
Tədbirdə idmançılar adından Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi UMUDOV, İdmanın atletika növü üzrə paralimpiya yığma komandasının üzvü, üçqat dünya çempionu Hüseyn HƏSƏNOV,  Boks üzrə yığma komandanın üzvü Vətən HÜSEYNOV çıxış edərək ölkə başçısına idmana göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, Vətənə yalnız qələbə ilə qayıdacaqlarına söz vermişlər.